Qadin.NET / Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)

Əziz Qadin.Net xanımları. Çoxdandir ki sizin haqda bir xəbər hazırlamaq istəyirdim və ilk xəbərim deyəsən dadlı olacaq. Çünki bu dəfə sizin üçün elə özünüzün və bilmədiyimiz burdakı xanımların ləziz yeməklər marağını sizə təqdim edəcəm. Maraqlı olar sizə inşAllah. Ümid edirəm bəyənərsiz.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)
 Louis Vuitton (Ekspert)
O qədər zəngin mətbəximiz var ki, heç bir ölkənin mətbəxinə dəyişmərəm. Yemək həvəskarı olmasam da ağzımın dadını bilən biriyəm. Yəni hər yeməyə tamah salmaram. Amma hər yeməyi də bişirməyi bacarıram. smile Həyatın elə qanunauyğunluqları var ki, çox qəribədir, bir zaman həvəslə biz gözləyirdik anamız süfrəyə hansı nemətləri düzəcək, indi bizdən soruşurlar... Əslində yazdığım bu ifadə ilə nəyi vurğulamaq istəyirəm, yəni indi hər arzumu uşaqların istəyi üzərinə yönəltmişəm. Onlar nəyi sevirlərsə onu hazırlayıram və təbii yeyirəm. Amma subaylıq sultanlıq olan dövrdə sevdiyim yeməklər var idi. Hər kəsi dindirsən bir ağızdan deyəcək ki, mənim anamın bişirdiyi xörəyə çatanı yoxdur. Elə mən də onlardan biri. smile  Anamın əli dəyən bütün xörəklər dadlı gələrdi mənə. Özəl sifariş verdiyim isə xəngəl olardı. Həmişə də axıracan yeməzdim qabıma qoyulanı, anam da hər dəfəsində deyərdi bir də bişirməyəcəm, axıracan yemirsən. Daha sonra biz tərəfdə "Qaysava" deyilən bir yemək var, ərikdən hazırlanır, onu çox sevərdim. Şirniyyatla o qədər aram yoxdur, amma hər halda xoşladığım biri olmalıdır. girl_smi Şəkərburanı daha çox sevirəm digərlərinə baxanda, bir də Şəki bamiyəsini. Allahın verdiyi hər ruziyə görə Ona şükürlər olsun. Bu nemətlərin qədrini bilmək lazımdır, əsas odur. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)

  Almaz S. (Redaktor)

Hər bir qadın kimi mən də mətbəxi çox sevirəm. Sevimli yeməkləri zövqlə hazırlamağı və onu gözəl şəkildə süfrəyə təqdim etmək biz qadınların ən sevimli peşəsidir. Şirniyyat sevənəm. Bəzəkli rus piroqlarını, lavaşlı və biskvitli tortları və digər şirniyyatları hazırlamağın, sonra Qadin.Netin qarşısında bir fincan çayla onları nuş etməyin ləzzəti ayrıdır. Əlbəttə mən saytımızda olan bizim şipşirin şirniyyat bişirən qızlarımız kimi ləzzətli hazırlamağı bacarmasam da hər halda cəhd edirəm. winked Yeməklərdən də balığı, bir də toyuq və hind toyuğundan başqa digər quşları çıxmaq şərti ilə bütün yeməkləri sevirəm. Plov xoşlayanam, ən çox da onu hazırlamağı sevirəm. Əslində balıq çox xeyirlidi, ancaq iyi olmasaydı əla olardı. Yayda isə meyvələrə üstünlük verirəm, yəni əsas qidam meyvə olur.  

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)

Yagmur damlasi (Nəzarətçi)

Mən Azərbaycan övladıyam və bununla qürur duyuram! Vətənimin hər nazı-neməti mənim üçün əzizdir. Bizim mətbəximizə məncə heç bir mətbəx çatmaz, sevdiyim yemək çoxdur. Allahın bizə bəxş etdiyi hər nemətə dəyər verərək hazırlayıram, deyilənə görə pis yemək bişirmirəm.
Ümumiyyətlə hər qadının əlində bir cür dad var, hamı bir yeməyi eyni dadla bişirə bilməz.
Hər uşaq üçün də öz anasının "əlinin dadı" var. Mən özüm artıq anayam, amma anamın, nənəmin əllərindən çıxan yemək üçün burnumun ucu göynəyir. Bizim mətbəximiz o qədər zəngindir ki, danışmaqla bitməz. Canım, sırf ən çox sevdiyim bir yeməyim yoxdur, hamısını sevirəm. Allah o nemətləri bizə çox görməsin, biz də o nemətləri israf etməyək gərək. İsrafçılıq olan bir evdə bərəkət olmaz, Allah hamınızın süfrənizə ruzi-bərəkət versin!Amin! 

GulenaY (İstifadəçi)

Ooo, yemekler insan həyatının ən önəmli vacib anlarından biridir... Ac olanda üşüyürəm, əsəbi oluram, amma məni görsəniz hündürboy, incə qızam, heç elə bil yeyən adama oxşamıram.smile Nə olur olsun, özüm yeməyimi 1 dəqiqə gec qabağıma qoysam da yoldaşımın yeməyini mütləq vaxtında hazırlayıram. "Kişinin ürəyinə yol mədəsindən keçir" deyə belə bir məsəl var, amma şablonluqlardan uzaq insanam deyə fikirləşirəm ki, yemək həyatımızın vacib anıdır, arzularımızı həyata keçirmək üçün, sağlamlığımız üçün və yaşamağımız üçün. Sevdiyim milli mətbəxdən ən başlıcası Qarabağ döşəmə plovu, pomidor-bibər-badımcan dolmasıdır. Badımcanla bağlə bütün yeməkləri sevirəm, sonra toyuq, hind toyuğu çığırtması. Dünya mətbəxindən qırğızların funçoza salatını, Samsi, Mantı, Lagman Po Fransuzki, türklərin layla şorbası və pizzaları, qızıl balıqdan, qırmızı balıqdan olanlar... Hamıya nuş olsun. Təki yediyimiz halal çörək olsun. Amin.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1) 
 Yeganə (İstifadəçi) 

Əvvəlcə təşəkkür edirəm, məni də dəvət etdiyin ücün, Ayka. Demək olar sevmədiyim bir-iki yeməyi çıxmaq şərtilə elə də sevmədiyim yeməklər yoxdur. Ən çox sevdiyim yemək isə xörəklərimizin şahı olan plovdur. Plovu da yalnız döşəməynən (yəni turşu-qovurmayla yox). Bir də bizim bölgənin şahı sayılan Qozlu Plovu çox sevirəm. Yeməklər arasında kartof qızartmasını daha çox sevirəm və hər gün üç dəfə də yesəm bezmərəm. Şirniyyatlara gəlincə isə həvəslə bişirəm, axtarıram, amma sonunda baxa-baxa qalıram. Heç sevmirəm bu xüsusiyyətimi. İnaniram ki, bundan belə də dəyişilməz olaraq qalacaq ağız dadım.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)
Firuzə (Yaqut)
Xarici ölkələrdən hara gedirsən, get, öz mətbəximizdən başqa yalandı. Dadlı-ləzzətli təamları var Azərbaycanın. MaşAllah olsun, mətbəximiz o qədər zəngindir ki, sayıb qurtarmaq olmur.
Mən qonaq gedəndə, hara k  ərkim çatır, qabaqcadan xəbər verirəm ki, döşəməli plov hazırlasın. Çox xoşlayıram. Ümumiyyətlə plovu xoşlayıram, 2-ci yerdə dolmadı. Dovğanı xoşlayıram. Bir də səhər-səhər yumurta ilə pomidor bişirib yeməyi çox sevirəm. Kabab və qalan yeməklər o qədər də mənə vacib deyil. Elə bunlar olsun, bəs edər. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1) 

Gümüş (İstifadəçi)

İlk öncə xəbərinizdə mənə yer verdiyiniz üçün çox sağ olun. Əslində Azərbaycanın yeməklərini sevirəm və sevərək yeyirəm. Yeyə bilmədiyim yemək yoxdur. Ən çox sevdiyim və vaz keçilməz yeməyim Turşulu Plov və Yarpaq Dolmasıdır. Bunları həm sevirəm, həm də bişirməyi bacarıram.

Sevdiyim şirniyyatlara gəldikdə Napoleon tortu və Paxlavadır. Bunlardan dayanmadan yeyərəm, doysam da gözüm qalar. Allah hamının süfrəsini bol eləsin, Amin.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)

Şokolad (İstifadəçi)

Mən Allahın verdiyi hər bir nemətə görə sonsuz şükür edirəm. Heç kim deyə bilməz ki, mən yemək yeməyi və hansısa bir yeməyi sevmirəm. Hər bir insanın az da olsa yeyə biləcəyi və sevdiyi yemək vardır. Mən də o insanlardan biri kimi onu deyə bilərəm ki, mənim də sevdiyim yeməklər var və çoxdur. Plov, pomidor-bibər-badımcan dolması, toyuq ürək-ciyər qovurması, spagetti, buğlama kimi yeməkləri, pizzalar, toyuq dönəri, blinçiklər, pendirli börək, su böyrəyi kimi soyuq qəlyanaltıları sevirəm. Salatlardan mimoza, badımcan salatı və şirniyyatlardan Şəki halvası, ekler, bütün şokoladlı şirniyyatlar və tortlar, türk paxlavası. Bu şirniyyatların da içində fındıq, badam olanlarını.

Lalə Hacət-i Vuslat (İstifadəçi)
Öncə, xəbərdə mənə iştirak etmək imkanı verdiyiniz üçün təşəkkür edirəm!
"Sevdiyim yeməklər və şirniyyatlar" mövzusuna iki baxışdan cavab vermək olar: yeməyi xoşladığım və hazırlamağı xoşladığım.
Uşaqlıqdan xoşladığım yemək kartof qızartması, bir də "üç bacı dolması", yəni pomidor-bibər-badımcan dolmasıdır (Övladlarım da indi mənə bənzəyib). Şirniyyatlardan isə "rafaello" konfetlərinə "yox" deməyim çətindir.Hazırlamağa gəldikdə isə yeməklərdən Ləvəngili plovu hazırlamaq zövg verir mənə! Şirniyyatlardan isə tort hazırlamağı sevirəm, xüsusilə bəzəmək prosesini. Maraqlı xəbərləriniz davamlı olsun inşaAllah. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1) 
MikaMiluS (Mirvari) 
Milli mətbəximizdən ən çox sevdiyim yeməklər yarpaq dolması, toyuq ləvəngisi və dovğadır.
Balıq isə ümumiyyətlə mənim vazgeçilməzimdi, balığın hər növ yeməklərini çox sevirəm (şupundan başqa). Hind toyuğu kababı sevimli yeməklərim sırasındadı. Latviya mətbəxindən xoşladığım bir yemək Pelekie zirni boz noxudlu yeməkdi, əsasən bayramlarda hazırlayırlar. İki cür hazırlanma qaydası var, ikisi də çox dadlı olur. Türk yeməklərinin (xəmir yeməklərindən başqa) və İtaliya salatlarının ümumiyyətlə fanatıyam. Zeytunlu, pendirli, tərəvəzli salatları çox sevirəm. Şirniyyatın isə çox da həvəskarı deyıləm. Bir tək vazgeçə bilmədiyim şirniyyat var, o da paxlavadır. 
Təvazökarlıqdan uzaq olsa da deyim ki, istədiyim hər yeməyi bişirə bilirəm, yəni alınır məndə. Əvvəl bir çox qazanları yandırıb yeməklərı zay etməyimə baxmayaraq indi hər şey qaydasındadı, biggrin  Allah hər kəsin süfrəsini bərəkətli eləsin. Amin.  Məndən bu qədər...    
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)
Əziz xanımlarımız, ümid edirəm xəbərimi bəyənərsiniz və xəbərimin növbəti hissələrini gözləyin.   
25 may 2013
GO BACK