
Щ‚Щ„ШЁRo-Xe-Sa Щ‚Щ„ШЁ (Redaktor)
Çox qadınlar kimi yemək bişirmək işi evdə mənim üzərimə düşür. Xoşladıgım yeməklər çoxdur. Milli yeməklərimizin hamısını hazırlayıram və xoşlayıram, amma ən çox xoşladığım yarpaq dolması, pomidor çığırtması, göy paxla, dovğadır. Şirniyyat isə yaralı yerimdir. Mən şirniyyatı çox sevirəm, axır vaxtlar az hazırlayıram, çünki artıq çəkim artıb. Amma gün ərzində şirin nəsə yeməsəm, dayana bilmirəm.

SəRRaS (Nəzarətçi)
Azərbaycan mətbəxindən, hərdən isə türk mətbəxindən başqa heç yerin yeməklərin yemərəm acımdan ölsəm belə... Normal halda hər yerdə hamının bişirdiyi yeməkləri yemirəm, amma dadlı yeməyə yox deyə bilmirəm... Amma əgər günlərlə yemək olmasa, heç istəmərəm. Su, şirə kimi şeylərlə başımı qataram. Onu da deyim ki, ailə həyatı qurana qədər evimizdə mətbəxə keçməmişdim. Anam elə deyirdi ki, "Öyrən, bu gün-sabah lazım olacaq". Deyirdim: "Mənə deyiblər ki, əsas sənsən (amma elə deyilmiş, indi bir gün sevdiyi yeməkdən bişirməsəm, vay halıma)". İlk dəfə burda bişirdim və hamının xoşuna gəldi. Düzdür, bəzi bilmədiklərimi qaynanam öyrədib, bəziləri də var ki, hələ də bilmirəm. İnşAllah, onları da öyrənəcəyəm. Məsələn, xəmir yoğura bilmirəm, qorxuram ki alınmaz. Amma çox istəyirəm öyrənim. Gəldiyim birinci bayram idi. Qaynanam rayonda idi, mənə zəng elədi ki, "aş suz". Mən də hələ etməmişdim. Telefonda başa saldı, bişirdim. Axşam onu süfrə üzünə çıxara bilmədim. Yoldaşım dedi-güldü. Onu da deyim ki, qorxumdan hələ də aş bişirmirəm. Bir xasiyyətim var ki, bişirdiyim şirniyyat, ya da yemək alınmasa, oturub ağlayıram. Yeməyin üstündə hədsiz çox əsirəm, ta ki yemək bişənə qədər mənimki mənə dəyir. Şirniyyat bişirəndə isə neçə dəfə Ayətül-kürsü oxuyuram. Sobaya qoyanda da başında gözləyirəm, gözlərimi çəkmirəm ordan... Mənim ən çox sevdiyim yemək yarpaq dolmasıdır, amma toylarda, ya da harasa qonaq gedəndə onu yemirəm.. Sevdiyim yeməklər plov, yarpaq dolması, badımcan dolmasıdır. Quru yeməkləri, salatları, dondurmanı çox sevirəm. Yemək yeməsəm yadıma düşməz, amma yay-qış hər gün bir dənə dondurma yeməliyəm. Şirniyyat isə olmazsa olmazımdır. Tortları sevirəm, elə olur günlərlə diliməyemək vurmuram, ancaq tort yeyirəm. Amma yenə də gərək biləm ki, kim bişirib. Bu arada ən çox sevdiyim şirniyyat tiramisudur. Şokaladı çox sevirəm. Allahdan arzumdur ki, bütün süfrələr bol ruzili olsun.
Kababı çox sevirəm və ətdən hazırlanan bütün yeməkləri sevirəm. Yumurta-pomidor yeməyini də çox sevirəm. Şirniyyatları elə də çox sevmirəm.


Günel Əsədova (Yaqut)
Allahın verdiyi nemətlərimizə min şükür. Rəbbimiz vətənimizin hər guşəsini bol ruzili, bərəkətli eləsin.O qədər dadlı, ləzzətli nemətlərimiz var ki, heç seçim edə bilmirəm. Bilirsinizmi, vətəndən uzaqda yaşayanda, onun gözəl çörəyini, suyunu dadmayanda və sonra gəlib o nemətləri dadanda bir başqa olur. Daha dadlı, ləzzətli olur. İnanın ki, pendiri də, qatığı da, göyərtisi də gözəl dadır, ləziz olur. O ki qaldı milli yeməklərimizə, dünyada tayı-bərabəri yoxdur, dadına, ətrinə çata bilməz dünyanın ən gözəl yeməkləri. Allahın bu gününə min şükür ki, hər evdə, hər ocaqda bu gözəl nemətlərdən var. Mən seçim edə bilmirəm, hamısı gözəldir. Siz məni ya görməmiş, ya da qarınqulu hesab etməyin. Bura gələndən adicə çayı da agız ləzzəti ilə içməmişəm.Oranın suyu ilə dəmlənmiş ən ucuz çay da ləzzətlidir. Plovlarımız da gözəldir, dolmalarımız da, paxlava-şəkərburamız da, gəlinlərimizin, qızlarımızın hər gün yeni icad etdikləri bütün şirniyyatlar da gözəldir, ləzzətlidir. Allah yurdumuzu daima ruzili,bərəkətli eləsin.Amin!
Səmədova (Yaqut)
Mənim xüsusi sevdiyim xörək yoxdur, hamısını demək olar ki, eyni dərəcədə sevirəm. Amma nisbətən sobada bişmiş toyuğu, balıq ləvəngisini, qoz küküsünü xoşlayıram. Bibərdən isə, GulenaY demiş, zəhləm gedir. Eləcə də onun içində olduğu heç bir salatı, xörəyi xoşlamıram...
İNCİ_ƏliYEVA (İstifadəçi)
Quba bölgəsində "kor dolma" deyilən bir yemək var, yarpaq dolmasının "yalançı" formasıdır. İçinə ət əvəzinə göyərti, kartof, yumurta, düyü, duz, istiot qoyulub bişirilir. Hətta ətlə bişən dolmadan daha dadlı olur. Həmin yeməyi cox sevirəm. Kartof qızarması üçün urəyim gedir. Baliq ləvəngisini cox sevirəm. Yay fəslində doğramacı çox sevirəm. Onu da qatıq, xiyar, göyərti, çörək, su və duzla hazırlayırlar. Meyvəli tortları, "Napaleon" tortunu, Quba paxlavasını, firnini, Novruz bayramında hazırlanan səməni halvasını cox sevirəm.

Kəmalə Məmmədova (İstifadəçi)
Hər bir yeməyin mənim üçün xüsusi yeri var, yəni iştaham pis deyil. Amma ən sevdiyim yemək xəngəldir. Yanında da sarımsaqlı qatıq, qoyun ətinin yağlı yerindən olan qovurması... Bəh-bəh, olsa hər gün yeyərəm. Onu da deyim ki, anamdan başqa heç kimin bişirdiyi xəngəli bəyənmirəm. Anam bir başqa dadla hazırlayir. Özümün də bişirdiyim yarpaq dolmasından başqa heç bir dolmanı bəyənmirəm. Mən dolmanı pip yarpağı ilə hazırlayıram. Bu yarpağın başqa adı varmı, bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, göyərti kimi səpilir. Uzunsov yarpaqlardır, bir illik bitkidir. Dolması çox gözəl, zərif və dadlı olur.
Ən çox sevdiyim salat vineqretdir. Daha sonra holland pendiri ilə hazırlanan salatları da bəyənərək yeyirəm. Lazim olanda özum də hazırlayıram.
Bütün mürəbbələrin dadi gözəldir, amma evin xanımı özü hazırlayarsa, o, hər şeydən gözəl və dadlı olur.Qızılgül mürəbbəsi ən sevdiyim mürəbbədir ki,onu yalnız özüm bildiyim kimi hazırlayiram və dadı da əla olur. Gülün ləçəklərini almıram,həyətimizdə 25 qızılgül kolu var ki, onlardan yığıb hazırlayıram. Bu haqda bir maraqlı əhvalat da gəlib başıma.Bir dəfə qızılgül mürəbbəsi bişirmək üçün ləçəkləri dərib yudum və ləyənə tökdüm ki,suyu getsin.Gedəsi yerim olduğum üçün qoyub getdim.Evə gəldiyim zaman nənəmin ocaqda dayanıb mürəbbənin köpüyünü aldığını gördüm. Nənəm mənə dedi ki, "ay qız, gəl bunun tamına bax. 3 saatdı qaynayır,amma hazır olmur". Sən demə, mən gedəndən sonra nənəm iş görmək istəyib. Fikirləşib ki, mürəbbəni bişirsə, yaxşı olar.Gözləri yaxşı görmədiyi üçün şəkər tozu əvəzinə duzu töküb ləçəklərin üzərinə. Nənəmə o qədər güldüm ki. Kaş ki, indi sağ olaydı...
Şirniyyatlardan ən çox evdə bişirdiyim ekler pirojnası, "Napaleon" tortu, bir də Qadin.Net-də qoyulan bəzi kekslərdir. Allah hamiya ruzi-bərəkət versin.
Vefa Akbarova (istifadəçi)
Mənə elə gəlir ki, bütün Azərbaycan xanımlari iştahlı olduğu kimi mənim də iştaham pis deyil. Mən milli mətbəximizdən yarpaq dolmasini çox sevirəm. Şirniyyatlarımızdan isə çox sevdiyim paxlavadır. Xarici mətbəxin salatlarını çox sevirəm. Məsələn, Yunan salatını. Yeməklərdən isə suvanı. Çox istiotlu yeməkdir. Şirniyyatlardan isə tiramisu çox dadlı olur. Mənə elə gəlir ki, bizim milli xörəklərimizə heç bir yemək çatmaz. Elə deyilmi?

Xəlilova Münəvvər (İstifadəçi)
Yemək bişiriməyi uşaqlıqdan xörəkləri yandıra-yandıra öyrənmişəm. Anama həmişə deyirdim ki, mənə yemək bişirməyi öyrət. O da deyirdi: "Ərə gedəndə öyrənəcəksən". Mən isə ona qulaq asmayıb bişirirdim. Elə yeməklər var ki, uşaqlıqda xoşlamasam da, indi cox sevirəm. Məsələn, milli xörəklərdən düşbərəni, kababı (amma basdırma, kəklikotlu), dovğa, yarpaq dolması, üç rəngli dolma, yəni pomidor-bibər-badlmcan dolmasını da, sulu xörəkləri də sevirəm. Ara yeməklərdən salatları da seviəm. Xarici mətbəxin yeməklərindən pizza, langeti xoşalyıram.
Şirniyyatdan şəkərburanı, tortlardan "Napaleon" və "Ballı" tortu, ekleri, kişmişli bulkini çox sevirəm.Yemək bişirmək də mənə zövq verir, şirniyyat hazırlamaq da. Hamı da mənə deyir ki, əlimin duzu var.

XƏBƏR LENTİ
TQDK "2" alanların sayını açıqladı
Ağstafa sakinin 201 yaşlı royalı-VİDEO
Fatih Terim koronavirusa yoluxdu - FOTO
Günün ulduz falı
Ceyda Düvenciyə 130 minlik təzminat ödəndi-SƏBƏB
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Gül kələmli tabbouleh (foto-resept)
Matryoşka oyuncaqları
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
130 dollarlıq smartfon göstərildi
Obama Putinə zəng vurdu, hədələdi
İrina Şeyk İlk dəfə Şəxsi Həyatından Danışdı-FOTO
Valideynlərə xəbərdarlıq
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Zərdabda çaqqallar kəndə hücum edib
2015-ci ilin qol çantaları
İsti havalarda dərimizi necə qorumalıyıq?
Yeni trend: Afrika hörüyü
BÜRCLƏR bizə nə vəd edir?-31 Yanvar
Prezident: "Mənim stilistim yoxdur"
"Təbii aspirin"in faydaları
Londonun hava məkanı bağlandı
Qarpızın faydaları
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini müsbət cavablandırıblar
İmtahanlardan kəsilənlərin nəzərinə
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
"Bunun qarşısını ala bilməyəcəyik"
Alina Bozdan evlilik açıqlaması
Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Təbii antibiotiklər
Nika Huk
Selena Gomez karonavirusdan qorunmaq üçün bunu etdi-FOTO
Tarkan ermənilərin Gəncəyə xain hücumunu qınadı
Qan qrupunuz xarakteriniz barədə nə deyir?
Razılıq verildi: Ukrayna bölünür!
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Sizi pis müdir edən 8 vərdiş
Yoqurtlu sadə desert (foto resept)
İnternetdə böyük fasilə oldu
Qadınlarda depressiyanı azaldan 3 idman hərəkəti
Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı - RƏSMİ
Səhnəmizin Sofi Loreninin ad günüdür
Girovlardan məktub var
48 yaşlı Göksəl yeni şəklini paylaşdı - FOTO
Gənclərin yeni dəbi budur?















- ŞƏRHLƏR