Qadının cəmiyyətdə vəzifəsi haqqında
Xanım, yüksək qabiliyyətə malik qadınlardan biri, bəli, sizin sevmədiyiniz həmin o qadın-Jorj Sand hələ bir əsr bundan qabaq qadınların azadlığı uğrunda əsl fədakarlıqla mübarizə aparıb. Məsələyə aydınlıq gətirək: Jorj Sandın qoyduğu tələblər bizim dövrümüzün qadınlarını heç bir halda qane etməzdi. Jorj Sandı əks cinslərin siyasi bərabərliyi maraqlandırmırdı, çünki o, bunu mümkün və arzuedilən saymırdı. Jorj Sand hər şeydən öncə hissiyyat sahəsində bərabərlik tələb edirdi.
Bu ifadənin altında o, nəyi başa düşürdü? Sand onu nəzərdə tuturdu ki, qadın sevgisiz təslim olmağa məcbur edilməməlidir. Adamların məcburi ittifaqı hətta nikahla rəsmiləşdiriləndə belə bu, Jorj Sanda cinayət və vəhşilik kimi görünürdü: "Qadının imtina etmək hüququ olmalıdır. Mən təsdiq edirəm, mən inanıram ki, ya bütün varlığınla sevməlisən, ya da bəkarətini qoruyub saxlamaqla yaşamalısan…"
Onun fikrincə: "Günah heç də qadının sevmədiyi adamdan sevdiyi adamın üstünə getməsində deyil, sevmədiyi adamla (hətta bu, onun əri olsa belə) yaşadığı həyatdadır". Kişilər hissiyyat sahəsində bərabərliyi qəbul etmirdilər. Sand yazırdı: "Sevgidə qadınlarla eynən kurtizankalar kimi davranılır, izdivac həyatında isə qulluqçular kimi. Qadınları sevmirlər, onların yalnız xidmətlərindən istifadə edirlər, bununla belə hələ onlardan qeyd-şərtsiz sadiqlik də tələb edir, buna ümid bəsləyirlər…"
O soruşurdu: "Axı kişilər hansı haqla qadınlardan sadiqlik tələb edir ki, söhbət onların özlərindən gedəndə bunu lazımsız və gülünc hesab edirlər? Niyə qadınlar bakirə qalmalı, kişilər isə hər cür pozğunluq və əxlaqsızlığı özlərinə rəva görməlidir?" Bu sualı belə cavablandırmaq olardı ki, həmin vaxt bir xeyli qadın heç də bakirə və sadiq deyildi. Amma ədalətsizlik başqa şeydə idi: belə qadınlar cinayətkar sayılırdılar; xəyanətdə ifşa olunan qadın həbs cəzasına məruz qala bilərdi; ərinə xəyanət edərkən qadınlar hətta öz uşaqlarının gözlərində də hörmətdən düşürdülər, halbuki eşqbazlıqla məşğul olan kişiyə hamı uzaqbaşı əyyaşa, yaxud deyək ki, qurmana baxan kimi baxırdılar, yəni onların hərəkəti əlbirliyə son dərəcə yaxın olan bir şıltaqlıq kimi qəbul edilirdi. Sand belə hesab edirdi ki, hissiyyat sahəsindəki bu cür qeyri-bərabərlik ağıllı və ədəbli qadınlar üçün azad məhəbbətdə olduğu kimi izdivacda da xoşbəxtliyə nail olmağı çətinləşdirirdi.
Jorj Sand hər iki cins üçün həm də iqtisadi bərabərlik tələb edirdi. O vaxtlar ərli qadınlar nə öz qazanclarından, nə də öz əmlaklarından sərbəst istifadə edə bilməzdilər. Jorj Sand (daha doğrusu, Avrora Dütevan) özü ərə gedənə qədər ona nənəsindən miras qalmış böyük Noan malikanəsinin sahibi idi. Nikaha girərkən o, mülkün idarəçiliyini ərinə verməyə borclu idi (əri, az qala, onu müflis edəcəkdi).
O dövrdə ər ailənin ortaq sərvətinə nəzarətsiz rəhbərlik etmək hüququna malik idi. Qadın öz yaşayışına və sosial vəziyyətinə görə hətta kişidən üstün olsa da, nikaha girmək sanki qadını kişidən ömürlük asılılığa düçar edirdi. Boşanmaq hüququ, demək olar, mövcud deyildi, belə ki, qadına bu cür məhkumluq və əsarətdən xilas olmaq son dərəcə çətin idi. Jorj Sand kişilər üçün olduğu kimi, qadınlar üçün də nikah birliyinə sərbəst surətdə xitam vermək hüququ və öz gəlirlərindən sərbəst istifadə etmək hüququ tələb edirdi. Onun feminizminin hüdudları belə idi. Sand vətəndaş bərabərliyi məsələlərinə toxunmurdu. Ona görə yox ki siyasi əqidəyə malik deyildi: Sand qızğın respublikaçı və sosialist idi; lakin o, qadınlar üçün nə səsvermə hüququ tələb etmirdi, nə də seçilmə hüququ. Bax elə onun səhvi də
bunda idi (burası bu gün bizə gün kimi aydındır), çünki məhz elə vətəndaş bərabərliyi məhz mülki bərabərlik sayəsində qadın iqtisadiyyat sahəsində də yavaş-yavaş bərabərliyə yaxınlaşdı. Qadınlar səsvermədə iştirak etməyə başlayandan sonra isə bu səslərdə maraqlı olan deputatlar onların məqsəd və hüquqlarına hörmətlə yanaşmağa başladılar.
Lakin mənəviyyat sahəsində çox az şey dəyişib və bu gün bütün bəşəriyyətin tən yarısı sanki, köləlikdə yaşayır: qadınların böyük bir hissəsi belə düşünməkdə davam edir ki, yaşamaq üçün onlara öz bədənlərini satmaq lazımdır, özü də bu zərurət müxtəlif miflər və adətlərlə hər cür pərdələnməkdədir. Bu mənəvi köləliyə qarşı qanunverici, demək olar ki, tamamilə gücsüzdür. Qadınların xilası onların
özlərinin işi olmalıdır. Bu iş ləng gedəcək, çünki qadınlara təkcə kişi tiranlığından deyil, həm də öz beyinlərində formalaşmış kişilər və özləri barədəki yanlış təsəvvürlərdən azad olmaq lazımdır. "Ola bilsin, hər iki cins bir-birinə düşünüldüyündən daha çox yaxındır,–Rilke demişdi,–və dünyanın böyük təzələnməsi, heç şübhəsiz, bundan ibarət olacaq: çaşqınlıqdan azad olmuş kişi və qadın bir-birinə rəqib kimi baxmaqdan əl çəkəcək. Onlar öz insani mahiyyətlərini ondan ötrü birləşdirəcəklər ki, yüz il boyunca onlara verilmiş ağır can yükünü birgə çəksinlər–ciddiyyət və təmkinlə…
Günlərin bir xoş günü "qız" və "qadın" sözləri, sadəcə, kişidən fərqli olan cinsi ifadə etməklə kifayətlənməyəcək, həm də yalnız onların özlərinə xas olan hansısa bir məna kəsb edəcək. Onlar yalnız əlavə olaraq qalmaqdan qurtulacaq və varlığın bitkin formasını əldə edəcəklər-qadın onun həqiqi insanlığında peyda olacaq". Həmin gün gələndə qadınların xilası həmçinin kişilərin də xilası olacaq.
Çünki tiran eyni zamanda həm də kölədir. Əlvida.
Özünüz üçün lazımsız təəssüflər hazırlamayın.
Querida, hazırda mən Monako günəşinin şəfəqləri altında əyləşib Pol Valerinin "Bəzi adamlara məktublar"-ını oxuyuram. Bu kitabı yaxınlarda Pol Valerinin qohumları çap etdirib. Siz Valerini sevirsinizmi? Güman edirəm ki, sevirsiniz. Əks təqdirdə bizim fikir ayrılığımız üçün ciddi əsas yaranardı. Mən Valerini indiyədək tanıdığım ən ağıllı iki adamdan biri sayıram; o birisi filosof Alen idi. Qabaqcadan görürəm ki, mənim bu etirafım çoxlarının xoşuna gəlməyəcək.
Məktubların birində Valeri yazır: "Vasvası adamın həyat tarixçəsini belə yekunlaşdırmaq olar: o, nə qədər uzun yaşayırsa, haçansa yanından xoşagəlməz duyğularla ötüb-keçdiyi şeylərin peşmançılığını da bir o qədər çox keçirir. Cavanlıqda bu adam qadına ikrahla yanaşırdı; həmin vaxt sevgi ona nəsə ikrahedici bir şey kimi görünürdü… Yaşlaşandan sonra onun pulla bağlı bütün şeylərdən zəhləsi
getməyə başladı. Bir müddət uğur, hətta şöhrət də ona ayıb gəlirdi… İndi isə əlində-ovcunda qalan şeylər hər şeydən təmizlənib arıtlanmış "əlavə məhsulların" puçalı-elə az, o dərəcədə xırda-para, çəkisiz, yararsız və dəyərsizdir ki, həyatına bəzək verən heç nəyi yoxdur. Adamın keçmişlə bağlı kədər dolu xatirələri də, başqalarının anlaya bilmədiyi aciz və miskin görkəmi də, dözülməz ağrı-acıları,
təəssüfləri də buradan qaynaqlanır".
Bu mühakimələrdə Valerinin özünün hələ şan-şöhrəti onun bütün "əlavə məhsullarıyla" birgə dərk etmədiyi 1915-ci ilə aid xeyli gerçəklik mövcuddur. Öz şəxsi heysiyyətinə heç bir zərər toxundurmadan qəbul etməyi bacardığın halda, həyatın sənə təklif etdiklərindən imtina etmək sadəcə, ağılsızlıqdır. Bəli, cavanlıqda məhəbbəti dərk etmək lazımdır ki, sevginin bizə bir daha bəxş olunmadığı yaşlı çağlarda onun faciəvi əzab və hiddətini öz üzərində hiss etməyəsən. Bəli, qocalıq üçün şöhrət qazanmaq lazımdır ki, ömrün axırlarında acı və miskin günlər sürməyəsən. Uğur özlüyündə talantın şəhadəti deyil, amma o, istedadlı adamı qocalıqda uğur dalınca qaçmağın şirnikdiriciliyindən xilas edir.
Nəsihət: heç bir ləyaqətsizliyə yol vermədən həyatda əldə edə biləcəyin heç nəyə etinasız yanaşmaq lazım deyil.
Buna görə də, xanım, böyük oğlunuz olduğu təqdirdə onu qocalığında acı təəssüflərə çevrilə biləcək mücərrəd və ifrat təsəvvürlərdən qoruyun. Oğlunuza təlqin edin ki, sevgidən insana gözəl xatirələr qalır. Burada mənimlə bir yerdə olan Jerar Bauer "Kazanovanın memuarları"-na müqəddimə yazır. Dünən o, mənə öz qəhrəmanı haqqında danışdı. Bu qeyri-adi macəra həvəskarı bircə qadına da, bircə lomber stoluna da etinasız qala bilmirdi və ətrafındakıları onunla tanışlıq axtarmağa məcbur edən bəlağətli nitqə, gözəl danışıq qabiliyyətinə malik idi. Bütün bunlar axırda nəyə gətirib çıxartdı? Ona gətirib çıxartdı ki, qocalanda oturub öz coşqun həyat tərzini qələmə aldı və birbaşa əbədiyyətə qədəm qoydu.
Bu, o demək deyil ki sizin doğma törəməniz Kazanovanı özünə örnək seçməlidir. Yalnız qeyri-adi dərəcədə vergili adam həyatda bu dərəcədə qaba rol oynaya bilər; üstəlik də biz on səkkizinci yüzillikdə yaşamırıq. Mən oğlunuza yalnız Horatsinin məsləhətlərinə əməl etməyi məsləhət görürəm: "Əgər allahlar sənə tezliklə uğur göndərəcəksə, onda günü-o gözəli tez ovla, qisməti də qaçırtma".
Mən gözəl başa düşürəm ki, ovqat aydınlığı, həsəd yoxluğu, şorgözlük və şöhrətpərəstlik qocalığa münasibdir, bundan başqa mən başqalarının xoşbəxtlik üçün zəruri saydığı şeylərin heç birindən xəbəri olmadan özlərinin xoşbəxt olduqlarını beyninə yeritmiş adamlarla tanışam. Mən özüm də öz həyatımı necə varsa, məhz o cür qəbul etməyə və onu başqalarının həyatı ilə tutuşdurmamağa çalışıram; mən buna nail oluram, lakin özümə hesabat da verirəm ki, əgər mənim varlığım sevinc hissindən tamamilə məhrum olsaydı, bu cür müdriklik mənə çox çətinliklə başa gələrdi. Bir sözlə, bu dünyanın rifahlarının ardınca ədəbsiz coşqunluq və qızğınlıqla qaçmayaq, lakin öz yolumuzun üstündə rast gələrkən də üz çevirməyək və onları minnətdarlıqla qəbul edək. Həyatı boyu bəxtinə bircə dəfə də olsun səadət payı düşmə yən adamlar tək-tükdür, amma onu qoruyub saxlamağı bacaranların sayı daha azdır. Sizi əldə etdiyim halda, mənim əzizim, mən sizi itirmək istəmirəm və öz yanımda saxlayıram. Əlvida.
"Çap Edib" tamaşasından sonra
Querida, bu günlərdə mən sizi "Komedi-Fransez"-də uzaqdan gördüm. Sizin geyiminiz-qızılı kəmərli, bəyaz rəngli büzməli paltarınız sizi uğursuz çar Fivə bənzədirdi. Sofokl Evində "Çar Edip" tamaşası göstərilirdi. Mən həyəcan içində xatırladım ki, sizi ilk dəfə məhz burada–Rişelye zalında görmüşəm. Siz elə yaxşıydınız ki!
Tamaşa sizin adi dincliyinizi pozmadı. Bu, belə də olmalıdır. Yüksək teatr əsəri tamaşaçını yerindən oynadıb həyəcanlandırmır. Ondakı ehtiraslar poeziya ilə nizamlanıb və qədərin möhtəşəmliyi ilə tənzimlənib. Bizə qabaqcadan məlum olan hadisələr bizi həyəcanlandıra bilməz. Teatra gələrkən siz artıq bilirdiniz ki, Edip öz gözünü qızıl bəndlə çıxaracaq, İokasta isə özünü asacaq. Bax elə ona görə də
siz saçlarınıza sakitcə əl gəzdirib qonşunuzun üzünə gülümsəyirdiniz. Mən yan-yörəmdə heyrətli nidalar eşidirdim.
– Nə gözəl melodramdır!
– Nə möhtəşəm detektivdir!
– Lap eynən Simenondakı kimidir! "Qar üzərində ləkə" sizin yadınızdadır?
Hansısa yaşlı bir xanım ("Axı bu yaşı ötmüş qadınlar niyə mövcuddur?"-Bayron təəccüblənirdi) soruşurdu:
– Yaxşı, bu qanmaz nəyə nail olur ki?
Elə ilk on dəqiqədən sonra axırda nə görəcəyini artıq hamı başa düşmüşdü… İokasta axı aydınca görür ki, bütün bunları qurdalamaq lazım deyildi. Qadınlarda hissiyyat var: onlar xoşagəlməz şeyi görməzliyə vurmağı bacarırlar… Amma yalnız özüylə məşğul olan bu heyvərə gərək hər şeyin axırınadək getsin. Özü üçün daha da pis!
Həqiqət ondan ibarətdir ki, xanım, Edip məhz bu cürdür, Sofoklun onu yaratdığı kimidir və başqa cür hərəkət edə bilməz; Tale onun bütün sözlərini, hərəkət və davranışlarını qabaqcadan müəyyən edib. "Bu, qədərdir!"–"Gözəl Yelena"-dakı xor oxuyur. Qədim yunanlarla bizim aramızdakı nəhəng fərq də elə məhz bunda gizlənir. Mən düşünürəm ki, insan öz taleyini allahların iradəsindən kənarda özü
müəyyənləşdirə bilər.
Sofokl belə hesab etmirdi. Onun möhtəşəm pyesinin dramatik gözəlliyi və qəhrəman larının faciəvi aqibəti buradan irəli gəlir. Çünki rəmmalın qabaqcadan dediklərini yalnız itaətkarcasına yerinə yetirən Edip özünü müqəssir hiss edir və ən ağır cəzaya layiq bilir. "Öz atamı öldürmək və öz anamın məşuqu olmaq mənim alın yazım idi, amma buna baxmayaraq, mən öz cəzamı çəkməliyəm…" Eyni sərt əxlaq qaydası yansenistlərin və kalvinistlərin təlimləri üçün də səciyyəvidir. Lakin bir münasibətdə, hər necə olsa da, biz sizinlə qədim yunanlara uyğun gəlirik: qan qarışığı hələ də bizə əcaib görsənir. Bəşər tarixinin ilkin dövrlərində yaranmış ən sərt qadağalardan biri birbaşa qohumluq əlaqəsidir; söhbət birbaşa qohumluq əlaqəsindən gedərkən bu, ən azından mütləq qadağadır.
Köndələn xətt üzrə qohumluq-başqa məsələdir: Misir fironları qardaşla bacı arasındakı izdivacı hətta təqdir də edirdilər. Bayron belə münasibətlərdə ictimai əxlaqa qarşı cağırış görə-görə onlarda anlaşılmaz, ikrahedici bir məmnunluq da tapırdı. Onun həyatı barədə kitab yazarkən mənə bu məsələ ilə bağlı kifayət qədər incə axtarışlarla məşğul olmaq lazım gəldi. Bayronun Avqusta Leylə cinayətkar
əlaqəyə girdiyini bir sıra ingilis alimləri inkar edirdilər. Axırda şairin qadın qohumu (həmin vaxt onun səksən beş yaşı vardı) məni gizli ailə arxivinə buraxdı. Mən orada bir cüt qəndilin solğun işığında intim gündəliklərin və məktubların şifrini aça-aça həyəcanlandırıcı bir gecə keçirdim. Sübhə yaxın artıq hər şey mənə məlum idi və mən hörmətli ev sahibəsinin yanına bir qədər çaşqınlıqla yollandım.
– Ledi Lovlas,-mən ona müraciət etdim,-əfsuslar olsun ki, artıq bütün şübhələr arxada qaldı… Mən qan qarışığının sübutunu aşkar etdim. Namuslu bir tarixçi kimi sənədlərə istinad etməklə bütün bunlar barəsində söhbət açmağa məcburam… Qabaqcadan xahiş edirəm ki, məni üzrlü biləsiniz.
Xanım Lovlas mənim sözlərimi təəccüblə qarşılayıb etirazını bildirdi.
– Siz axı nəyə görə üzr istəyirsiniz ki?-o soruşdu,-Bayron və Avqusta? Hə, əlbəttə! Yəni doğrudanmı, sizin buna şübhəniz vardı?.. Başqa nə cür ola bilərdi? Əks cinsdən olan iki gənc varlıq qarla örtülmüş qaranlıq bir qəsrdə ikilikdə qalmışdı və qapalı şəraitdə xeyli vaxt keçirməli olmuşdu…
Sizcə, onlar özlərini başqa nə cür aparmalıydılar? Bu söhbətdən mən başa düşdüm ki, məşhur qadağaya XIX əsrin İngiltərəsində Qədim Yunanıstanda olduğu qədər də mütləq qaydada əməl olunmurdu. Amma hər necə olsa, mən belə hesab edirəm ki, həm ailənin, həm də qəlbin rahatlığını qorumaq üçün bu qadağa son dərəcə zəruridir. "İokasta"-ya, "Fedra"-ya, "Od içində torpağ"-a baxmaqla buna özünüz də əmin olun. Məhəbbəti öz qohumlarınızdan kənarda axtarın. Əlvida.
Ardı var...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR