Heykəl Tom çayı sahilində yerləşir. Heykəlin uzunluğu 2 metrdir və bürüncdən hazırlanıb. Abidə Tomsk şəhərinin 400 illiyi şərəfinə ucaldılıb və ilk dəfə 20 avqust 2004-cü ildə nümayiş olunub. Yeri gəlmişkən, heykəl yerli əhalinin topladığı vəsait hesabına ucaldılıb. Abidənin müəllifi heykəltaraş Leontiy Usovdur. Müəllif əsərinə bir qədər yumoristik yanaşıb, heykəli maraqlı eləyən də elə bu xüsusiyyətidir. O, yazıçını nəhəng ayaqlarla, başında yöndəmsiz şlyapa ilə və arxadan əllərini çarpazlayaraq çətir tutan vəziyyətdə təsvir eləyib. Abidənin oturacaq hissəsində isə belə yazılıb:
"Anton Pavloviç Tomskda "Kaştanka"nı oxumamış və xəndəyə düşmüş sərxoş adamın gözündən" Əslində, bu yolla Tomsk əhalisi Çexovdan "qisas" alırdı. Belə ki, 1890-cı ildə bir həftəlik Tomskda olan Çexov şəhər haqqında çox da xoş olmayan ifadələr işlətmiş, mənfi təəssürat yaratmışdı:"Tomsk bir qara qəpiyə də dəyməz. Cansıxıcı şəhərdir və insanları da çox darıxdırıcıdır. Şəhər sanki şərxoşdu. Küçələri palçıqdan keçmək olmur. Mehmanxanada qulluqçu mənə qaşığı verərkən onu arxasına sildi.

Qadınlardan fərqli olaraq buranın yeməkləri mükəmməldi.Qeyd etmək yerinə düşər ki, keçilməz Tomsk palçığında ayaqqabısını itirdiyinə görə, yazıçının heykəli ayaqyalın təsvir olunub, Tomskun yeməklərinə verdiyi tərif isə öz təsdiqini, abidənin yazıçının nahar etdiyi məşhur "Slavyanskiy bazar" restoranının düz qarşısında ucaldılmasıyla tapıb. Bütün bu ironiyalar tomskluların özlərinə qarşı ağır istehzası ilə də qarışıb: yazıçını bu vəziyyətdə yalnız həqiqətən də çuxura düşən sərxoş adam görə bilərdi. Tomsklular bu heykələ birmənalı şəkildə yanaşmırlar. Bəziləri bu abidənin yazıçının xatirəsini təhqir etdiyini düşünür, bəziləri isə tam əksinə fikirləşir ki, bu (yumor hissi), tomskluların ən əhəmiyyətli xüsusiyyətidir. Tələbələrdə isə belə bir inanc var ki, əgər imtahandan əvvəl yazıçının heyrətamiz (heykəlinin) burnunu ovuşdursan, imtahanda mütləq uğur qazanacaqsan.
XƏBƏR LENTİ
Laqeydlik ən böyük şiddətdir
Rihannadan FOTOsessiya
Ronaldo bu davranışı ilə gündəmdədir-FOTO
Noxudlu salat (foto-resept)
Xokkey, futbol, raketa... - bizdə niyə yoxdur?
Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Köz badımcanlı kartof salatı (foto-resept)
Günün ulduz falı - 21.12.2013
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Rusiyalı məktəbli yanan ştanqla rekorda imza atdı - VİDEO
Pozitiv düşüncəyə necə sahib olaq?
Azərbaycanda rəqəmsal TV-nin əhatə dairəsi genişlənib
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Dünyanın ən cazibədar polisi-FOTO
"İdeya" tortu(foto-resept)
32 rayonda analoq TV yayımı dayandırılır
Gəncədə Xocalı faciəsiylə bağlı silsilə yarışlara start verilib
Uşaqlara diş fırçalama vərdişini necə qazandırmalıyıq?
160 yumurtanı birdən yedi
Pəhrizin təsirini daimi etməyin yolu
Günün ulduz falı - 03.02.2014
Maksim Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”
Ögey ana, ögey ata
Bu idman qidasından istifadə etmək qadağan olundu
Subay pilotlara iş olmayacaq
Üzünüzü tez-tez yumayın
Şokoladlı kürələr (foto resept)
Payızın trend rəngləri
Yığma komandamız Belarusa qarşı
Azərbaycanda şəhərlərin ümumi və baş planlarının monitorinq müddəti müəyyənləşdi
Madonna da koronavirusa yoluxubmuş
Bu gün ev alan jurnalistlərin siyahısı açıqlanacaq
Gözündən 27 kontakt linza çıxdı
Yeni güclü antibiotik ixtira edilib
Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
İntizar anasını itirdi-FOTO
Kseniya Sobçak hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Yeri asteroiddən qorumağın yolu-FOTO
Eynəyin şüşəsi buxarlanırsa...
Bryus Liyə niyə lənət oxudular?
Bank sistemində 45 min işçi ixtisar olunacaq - 2025-ci ilədək
Evdə işləri asanlaşdıran dizaynlar
Sevgilisi ilə dalaşıb burnunu dişlədi və yedi - FOTO
Məşhurların qəribə hobbiləri
Cavidin "İblis" pyesi İstanbulda
Sabahın HAVAsı
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO














