Heykəl Tom çayı sahilində yerləşir. Heykəlin uzunluğu 2 metrdir və bürüncdən hazırlanıb. Abidə Tomsk şəhərinin 400 illiyi şərəfinə ucaldılıb və ilk dəfə 20 avqust 2004-cü ildə nümayiş olunub. Yeri gəlmişkən, heykəl yerli əhalinin topladığı vəsait hesabına ucaldılıb. Abidənin müəllifi heykəltaraş Leontiy Usovdur. Müəllif əsərinə bir qədər yumoristik yanaşıb, heykəli maraqlı eləyən də elə bu xüsusiyyətidir. O, yazıçını nəhəng ayaqlarla, başında yöndəmsiz şlyapa ilə və arxadan əllərini çarpazlayaraq çətir tutan vəziyyətdə təsvir eləyib. Abidənin oturacaq hissəsində isə belə yazılıb:
"Anton Pavloviç Tomskda "Kaştanka"nı oxumamış və xəndəyə düşmüş sərxoş adamın gözündən" Əslində, bu yolla Tomsk əhalisi Çexovdan "qisas" alırdı. Belə ki, 1890-cı ildə bir həftəlik Tomskda olan Çexov şəhər haqqında çox da xoş olmayan ifadələr işlətmiş, mənfi təəssürat yaratmışdı:"Tomsk bir qara qəpiyə də dəyməz. Cansıxıcı şəhərdir və insanları da çox darıxdırıcıdır. Şəhər sanki şərxoşdu. Küçələri palçıqdan keçmək olmur. Mehmanxanada qulluqçu mənə qaşığı verərkən onu arxasına sildi.
Qadınlardan fərqli olaraq buranın yeməkləri mükəmməldi.Qeyd etmək yerinə düşər ki, keçilməz Tomsk palçığında ayaqqabısını itirdiyinə görə, yazıçının heykəli ayaqyalın təsvir olunub, Tomskun yeməklərinə verdiyi tərif isə öz təsdiqini, abidənin yazıçının nahar etdiyi məşhur "Slavyanskiy bazar" restoranının düz qarşısında ucaldılmasıyla tapıb. Bütün bu ironiyalar tomskluların özlərinə qarşı ağır istehzası ilə də qarışıb: yazıçını bu vəziyyətdə yalnız həqiqətən də çuxura düşən sərxoş adam görə bilərdi. Tomsklular bu heykələ birmənalı şəkildə yanaşmırlar. Bəziləri bu abidənin yazıçının xatirəsini təhqir etdiyini düşünür, bəziləri isə tam əksinə fikirləşir ki, bu (yumor hissi), tomskluların ən əhəmiyyətli xüsusiyyətidir. Tələbələrdə isə belə bir inanc var ki, əgər imtahandan əvvəl yazıçının heyrətamiz (heykəlinin) burnunu ovuşdursan, imtahanda mütləq uğur qazanacaqsan.