Dahilərdən biri deyib ki, qadına tətbiq oluna biləcək ən gözəl şiddət, onu şiddətlə sevməkdir. Ailə daxilində qadına edilən şiddət isə sadəcə, kişinin evdə nüfuz əldə etmək istəyindən irəli gəlir. Şiddət deyildikdə yalnız döymək nəzərdə tutulmur, alçaltmaq, təhdid etmək, iqtisadi azadlığını məhdudlaşdırmaq, təcavüz də şiddət hesab edilir. Fiziki zorakılığın digər bir növü isə laqeydlikdir. Laqeydlik ən çox uşaqların və yaşlıların məruz qaldığı istismar növüdür. Laqeydlik, şiddətə məruz qalan adamın ictimai və maddi ehtiyaclarının ödənilməməsi, aradan qaldırmaması kimi özünü göstərir. Ailədə qadınlar çox zaman fiziki zorakılıqla yanaşı psixoloji zorakılığa da məruz qalırlar. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, adama qışqırmaq, başqaları qarşısında hörmətdən salmaq, qürurunu incitmək, özü kimi düşünüb davranmağa məcbur etmək, adamın hərəkət azadlığını məhdudlaşdırmaq psixoloji zorakılıq hesab edilir. Müsahibimiz bildirir ki, psixoloji və cinsi şiddət digər zorakılıq növlərinə görə daha ağır fəsadlarla nəticələnə bilər. "Belə ki, psixoloji və cinsi şiddətə məruz qalan insanlar özlərinə olan inamı itirdikləri üçün özünə və ətrafına etibarını itirir, davalı qorxu içində yaşayırlar", - deyən psixoloqa görə, zorakılıq modelləşdirərək öyrənilən bir davranış formasıdır. Zorakılıq nəsildən-nəsilə keçə bilir. Zorakılıq tətbiq edənlərin böyük bir hissəsində uşaqlıq dövründə ailədaxili zorakılığa məruz qalma və ya zorakılığa şahid olma müşahidə edilir. "Zorakılıq tətbiq edənlərin böyük hissəsi uşaq yaşlarında zorakılığa məruz qalmasalar da, valideynləri arasında olan münasibətlər onların psixologiyasına təsir edir. Ata uşağın gözü qarşısında ananı döyürsə, uşaq elə düşünür ki, qadın döyülməlidir. Sabah o da evlənəndə eyni davranışları sərgiləyir. Ata unutmamalıdır ki, o, övladı üçün nümunədir", - deyən A.Əlibəyliyə görə, nəinki ailədaxili zorakılıq, valideynlərin övladlarının gözü qarşısında başqalarına qarşı etdiyi zorakılıq da uşağa təsir edir. Zorakılğın səbəbləri çox müxtəlif və komplekslidir. Bioloji səbəblər arasında kişilik hormonu olan testesteronun artması əsas sayılır. Kişilərdə təcavüzkar davranışların yaşla birlikdə azalması, testesteron hormonunun zorakılığa istiqamətlənməsinə səbəb olur. Bununla yanaşı şizofreniya və alt tipləri kimi psixotik vəziyyətlər və şəxsiyyət pozuntusu, antisosial, narsistik - zorakılğı artırır. Narkotik maddələrdən istifadə, alkoqol qəbulu da zorakılığa səbəb olur. "Kişilər ailə qurduqları ilk dövrlərdə qadını döyməzlər. Qadına qarşı zorakılıq evlilik uzun illər sonra ailə dərinləşəndən sonra meydana çıxır. İlk döyülmə qadın üçün gözlənilməz ola bilər. Qadın ilk fiziki zorakılığı bağışladığı üçün zamanla kişi daha çox aqressivləşir. Bəzi qadınlar var ki, döyüldükdən sonra əri tərəfindən edilən üzrxahlığı qəbul edir və günahı özündə axtarmağa başlayır: "Mən nə etdim ki, döyüldüm, yoxsa o mənə zərər verməzdi", - deyə düşünür. Zamanla zorakılıq, döyülmə həyatın bir parçasına çevrilir. Qadın həyat yoldaşından soyumağa başlayır. Kişilər niyə qadınları döyür? Çünki onların buna gücü çatır. Kişilər qadını romantik istəkləri aradan qaldırmaq, xəyal qırıqlıqları üçün çıxış yolu tapmaq, istədiklərini həyata keçirmək üçün döyürlər". Onun fikrincə, zorakılıq edən, qadınını və ya uşağını döyən kişilər öz ehtiyac və istəklərinin daha önəmli olduğunu hesab edir, problemləri üçün başqalarını günahlandırır, səhv addımlarını qəbul etmək istəmirlər. Çünki onların çoxu zorakılıq içində böyüyüblər. A.Əlibəylinin dediyinə görə, zorakılığa meylli olan kişilər hər zaman qısqanclıq və itirmə qorxusu yaşayar, həddindən artıq küsəyəndirlər. Zorakılığa məruz qalan qadınlar qorxaq olur, qorxduğu zamanlarda başlayan titrəmə böhranı, ani səslərə qarşı həddindən artıq reaksiya, hirs partlamaları, intiqam alma istəyi, ürkəklik, səssizlik, utancaqlıq, yuxu problemləri və qorxulu yuxular görmə, halsızlıq, əldən düşmüşlük, baş gicəllənməsi və ayaq üstə dayana bilməmə, unutqanlıq, ümidsizlik, çarəsizlik duyğusu kimi xüsusiyyətlərə malik olurlar. Hüquq müdafiəçisi Elçin Ağayevin dediyinə görə, ailədaxili zorakılıq çox zaman ailə daxilində qalır: "El arasında bir məsəl var; "ər döyər də, istəyər də". Bizim qadınlarımız da bu məsələ inanırlar. Daha başa düşmürlər ki, qadını sevən ər ona əl qaldırmaz". Hüquqşünas bildirir ki, zorakılıq halları Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. CM-nin 132-ci maddəsində isə bu maddənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR