Ana olacaqdım... Hər gün özümü daha dəyərli, daha müqəddəs, daha sevimli hiss edirdim. Amma çox çətin dövr keçirirdim. Hər gün ağrılar, sancılar içində qıvranırdım. Halım tez-tez pisləşirdi. Elə bil ürəyimə dammışdı onu itirəcəyim, çox qorxurdum... Heç istəmirdim məndən getməsini, dua edirdim ki, canım balam məni tərk etməsin. Hamı da mənə deyirdi ki, Niyə narahatsan ki? Hələ cavansan, buna bir şey olsa da daha sonra yenisi olar. Doğrudur, hələ bir neçə ay idi ki, toyumuz olmuşdu. Çox yeni ola bilərdi, amma ondan ola bilməzdi ki... Anlamırdım ondan bir cansız kimi danışmaqlarına. O cansız deyildi axı... Canımda olan can necə bir heç ola bilərdi ki? Sevdiyimlə ikimizin bir bütün olması idi o... Doğulmağına bir neçə ay qalmış itirdim onu. Canım çox yandı, amma məni ən çox yandıran da bəzilərinin sanki bir qrip keçirmiş kimi “keçmiş olsun” demələri idi. Mən balamı yaxşı qoruya bilmədim deyə bu qədər vicdan əzabı çəkərkən öz düşüncə seçimlərinə görə bir neçə ay gözlədikdən sonra övladlarını qəsdən yox edən anaların və ya bunu etməyə məcbur edən ataların necə yaşadığını düşündükcə dəhşətlənirəm...
Hamı qəzetlərdə, jurnallarda, efirdə, internetdə axtardığı nələrinsə işarələrini söyləyir, görən, eşidən, bilən olandan xəbər gözləyir, bəlkə kimsə onu sevindirər deyə..
Mən görə bilmədiyim balamı Axtarıram. Bəlkə yuxuma gələr deyə dualar edirəm... Tanrının məsləhəti ilə məndən alınana üsyan etmirəm, cənnətdə mənə bir qapı açdı balam deyə təsəlli edirəm özüm-özümü. Amma “Görən olsa mənə desin” deyə bilmirəm...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
WhatsApp-da 4 YENİ FUNKSİYA
Azərbaycanda meşələri kim dağıdır?
Ermənistan mağazalarında Azərbaycan adı
Ermənilərin oğurluğu
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
Azərbaycanda dəbdəbəli qəbir daşlarına son
Gözəl bədən üçün idmanlar
Yeni tərz: Batik saçlar
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Gündə 2 qram bəs edər
“Çirkin ördək balası” gözəllik kraliçası oldu - FOTO
Məşhurların şəkillərini təqlid edən Tom
Manikür modelləri
Padşah piroqu (foto resept)
Bakıda bazar ləğv olunur
“Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq”
Boyat çörəklər yenidən süfrəmizə qayıdacaq
Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”
Vacib namazlarda hansı surələri oxuyaq?
Ən çox danışdığımız xarici dil ölür
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Çin istehsalı olan vaza rekord qiymətə satıldı
Türkiyədə güclü zəlzələ oldu
Xoşbəxt evlilik nədir?
Azərbaycan zəngin tarix və mədəniyyət ölkəsidir
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
"Xalq İlham Əliyevə ona görə səs verdi ki, o, Azərbaycanda sabitliyin təminatçısıdır"
Bilirsinizmi?
Miniatür əl işləri
Murat Boz və Aslı Enver Barışdı?
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Məşhur aktrisa aylar sonra peyda oldu-FOTO
Fransada koronavirus kabusu: Hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir
YouTube artıq çatdırmır
Matilda xalanın keksi ilə elmin sərhədləri
Prezidentdən Suqovuşan kəndi ilə bağlı QANUN
Bülent Ersoyun alış-verişi 4 SAAT Çəkdi-FOTO
İmmuniteti yüksəltmək üçün ən asan yol
Keyt Pris paylaşdığı FOTO ilə hər kəsi təəccübləndirdi
Xəzərdə güclü yanğın
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Azərbaycanda 450-dən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Stounhenc
Xərçəngin müalicəsində inqilabi irəliləyiş
Tətildə izləyə biləcəyiniz filmlər
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Günahkarlıq duyğusu insanı hansı bəlalara düçar edir?
İstirahət gününün havası
Ukrayna Krımı suzuzluqla sınağa çəkir















- ŞƏRHLƏR