
Mütəxəssislərə görə, xüsusilə qadınlar böyük bir romantik yük daşıyırlar və günahkarlıq duyğusu dərhal önə çıxır. Stress, depressiya və anksiyete kimi digər bir çox vəziyyətlərlə əlaqəsi olan günahkarlıq hissləri, insana həm fiziki, həm də zehni zərər vura bilir. ABŞ-da aparılan araşdırmalar zamanı məlum olub ki, günahkarlıq hissi immunitet sistemini çökdürür və insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, qadınlar günahkarlıq hissini daha çox yaşasa da, kişilərin bu hissi yaşaması daha güclü olur: "Qadınlar daha çox vicdan əzabı çəkdiyi üçün günahkarlıq hissini daha çox yaşayır. Bununla yanaşı, qadınlar bir çox sahələrdə mükəmməl olmağa çalışırlar. Ən yaxşı ana, ən yaxşı övlad, ən yaxşı yoldaş olmaq istəyən qadın hər zaman üzərində böyük məsuliyyət hiss edir. İstədiklərini həyata keçirə bilməyəndə isə sadəcə bir kəlmə deyirlər "günahkaram"". Dinc və sakit həyat immunitet sistemini gücləndirərkən, mütəmadi olaraq öz-özünə bacarıqsız biri olduğunu söyləmək günahkarlıq psixologiyası ilə yaşamaqla yanaşı, immunitet sistemini həddən artıq zəiflədir. Bu duyğu iqtisadi problemlərin də yaranmasına səbəb olur. Belə ki, özünə qapılan insan işləməkdən də qaçır. Son zamanlar bu duyğu insanların üzərində daha çox hiss edilir. Bu hiss səhv bir hərəkət etdiyini düşünən insanın özünü bağışlaya bilməməsindən qaynaqlanır. Burada əhəmiyyətli məqam, şəxsin səhv hərəkət etməsilə ilə bağlı olan inancıdır. Psixoloq bildirir ki, edilən səhvin kiməsə zərər verdiyi insan üçün önəmli olmur. Önəmli olan insanın daxili hissləridir: "Edilən səhvi özünüzə bağışlayıb, əvvəlki həyatınıza istədiyiniz kimi davam edə bilmirsiniz. Bütün insanlar bu hissi yaşayır, amma bəziləri bu hissləri hər zaman yaşayır. Nə zaman səhv etsələr, uzun müddət bu səhvi unuda bilməz və bu səbəblə özlərini çox pis hiss edərlər. İnsan özünü tez-tez günahkar hiss edirsə, onda özünə etibarsızlıq, hirslilik, bağışlaya bilməmək, narahatlıq halları, depressiya, daim idarə edilmə ehtiyacı olan birisidir. Bu xüsusiyyətlər adamı günahkarlıq duyğusuna itələdiyi kimi, günahkarlıq duyğusu da bu hissləri özü ilə gətirir".
Psixoloq bildirir ki, bu hissdən qurtulmaq üçün inandığınız bir adamla etdiyiniz səhvi paylaşa bilərsiniz. Səhvləri paylaşan zaman insan etdiyinin o qədər də qorxunc və faciəvi olmadığını başa düşür. Əgər özünə güvən problemləri yaşayırsınızsa, özünüzün bağışlanılmağa dəyər bir insan olduğunuzu tamamilə anlayana qədər özünə güvən mövzusu üzərində çalışmalısınız. Depressiyanız varsa, bu problemi həll etməyə çalışın.
Daim idarə edilmə ehtiyacı günahkarlıq duyğusunu məğlub etmə yolunda ən əhəmiyyətli maneələrdir. Bu meyllərdən xilas olmağa çalışın:"Hansı səbəblə özünüzü günahkar hiss etdiyinizi anlaya bilmirsinizsə, xatirələrinizi yazmağa başlayın. Bunun günahkarlıq duyğusunun səbəbini tapa bilmə mövzusunda çox faydası olacaq. Səbəbi tapsanız, özünüzdən özünüzü niyə bağışlaya bilmədiyinizi soruşun. Özümü bağışlaya bilmək üçün nə etməliyəm? Özümü günahkar hiss etmək mənə nə qazandırır? Səhvlərin həyatımızda çox əhəmiyyətli bir yeri olduğunu hamımızın bilməsi lazımdır. Səhv edərək öyrənərik. Günahkarlıq duyğunuzun səbəbini qavradığınız zaman, bu təcrübənin sizə nə öyrətdiyini anlamağa çalışın. Əgər hər hansı bir şey öyrənmədiyinizi düşünürsünüzsə, düşünməyə davam edin. Bu səhvdən nə öyrənə biləcəyinizi tapmağa çalışın. Mükəmməl olmaq məcburiyyətində olduğunuzumu düşünürsünüz? O səbəbdənmi özünüzü bağışlaya bilmirsiniz? Eyni səhvi başqa biri etmiş olsa ona nə söyləyərdiniz?". Günahkarlıq duyğusundan bir gündə xilas olmaq mümkün deyil. Əgər günahkarlıq duyğusu yaşamağa meylli bir adamsınızsa, bu problemi necə aradan qaldırmaq üçün çalışın. Günahkarlıq duyğusundan xilas olduğunuzda necə bir həyatınızın olacağını, nələr hiss edəcəyinizi xəyal etməyə çalışın. Keçmişi geridə buraxmağa cəhd edib, gələcək üçün yaşayın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hindistanlılardan qadın enerjisi haqqında bilmədikləriniz
Köhnə pianodan xəzinə çıxdı
Azərbaycanda boşanmaların sayı artıb
Dünya alimlərindən şok elmi nəticə!
Pudinqli Mozaik Tart (video-resept)
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Bakıda qiymətlər artdı?
Skarlett Yohansson nişanlandı-FOTO
Xərçəng bürcü qadınına hansı hədiyyələri almalı?
BMW X5 daha da "coşdu"
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Ət bazarında vəziyyət gərginləşəcək
Günün qoroskopu: şəxsi problemlərin həlli yaxındır
Məktəblilərə daha bir "yük"
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ
Akademik Cəlal Əliyev vəfat etdi
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Qadın.Netlilərin tərcümeyi-halı (5)
İş adamlarının həbsinə başlanıldı
Baloğlan Əşrəfova ağır itki
Tolqa Karel görünüşündən danışdı-FOTO
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Azərbaycanda yeni turizm-kurort zonaları yaradılacaq
Türkiyəyə qar yağdı - FOTO
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Günün qoroskopu: hadisələri əsla tələsdirməyin
Prezident fəxri adlar verdi - SİYAHI
Bu il iPhone sahibləri nə qədər pul xərclədilər?
Prezident şəhidləri andı
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO
Meyvə buketləri
Azərbaycanda bölgələrin əfsanələri üzrə turizm marşrutları yaradılır
Ancelina Colinin qızı cinsini dəyişir?
Diqqət testi (2)
Pensiyaçılara Bakı 2015 müjdəsi
Sonuncu İlisu Sultanı Daniyal Sultanın məzarı Türkiyədə tapıldı
Hadisənin bədənindəki döymələrin SİRRİ AÇILDI - Mən əmr verirəm - FOTO
Şirin göbələklər (foto resept)
Heyva mürəbbəsi (foto-resept)
Onların populyarlığı sürətlə artır
Saçlarınızı zərərli təsirlərdən qoruyun!
Stresli zamanlarda iştaham artır, nə etməliyəm?
Günün ulduz falı - 02.02.2014
HAVA necə olacaq?
"ATƏT-in Yerevandakı ofisinin bağlanması - Ermənistanın Azərbaycan ərazilərinin işğalının nəticəsidir"















- ŞƏRHLƏR