Son günlər atəşkəs müqaviləsinin vaxtı bitdiyinə görə sərhəd zonalarımızda atışmalar intensivləşib. Bununla yanaşı Respublika ərazisində dili dinc durmayan həmvətənlilərimiz də fəallaşmağa başlayıb. Bir çoxları hər hansısa müharibə kinosuna baxandan sonra içində Vətən eşqi aşıb daşır. Amma elələrinin Vətən sevgisi puf ağacına bənzəyir. Üzdən bərk olsa da, daxili boş havadı. Sərhəd zonasında dünyasını dəyişən şəhidlərimiz də oldu. Allah onların hər birinə rəhmət etsin! Onların ailələrinin acısını tam qəlbimizlə hiss etməyə bilərik, amma onlar bizim üçün şəhid olub və bu bir çoxlarını daxildən yandırmalıdır. Sözüm bunda deyil.
Bir çoxları son günlərdə baş verən hadisələrdən istifadə edib ölkədə xaos yaratmağa çalışır. Yalançı atışma xəbərləri, yalançı şəhid sayları, hətta Prezidentin adına belə yalan xəbərlər yaymaqdan çəkinmirlər. Bu tip adamlar qətiyyən düşünmür ki, yalandan "Vətənpərvərlik" etdiyi bu Vətənin sakinlərinə əziyyət verir. Öz yediyi qaba təpik atır. Hakimiyyəti pisləyənlər, evinizdə sakit oturub bir tikə çörək yeməyiniz kimin sayəsindədi? Bunu heç düşünübsünüzmü?Vətənpərvər olmaq Vətən barədə ağızdolusu danışmaq, kimisə tənqid etmək deyil! Vətənpərvər olmaq statuslarda Vətənə aid sitatlar paylaşıb, bayraq, gerb şəkli paylaşmaqla olmur! İnsan vətənpərvər doğulmalıdır. Vətənpərvər insan belə hallarda daim bir nigarançılıq içində yaşamalıdır ki, görəsən nə oldu, necə oldu?Yalandan evində kef içində oturub fürsət düşən kimi də o kefi ona bəxş edən hakimiyyəti tənqid etməklə vətənpərvər olmaq olmur. Vətənpərvər olaraq doğulmaq lazımdı. Vətəninin hər qarışını damarında axan qan kimi hiss etməlisən! Bizim cəmiyyətin çox maraqlı bir tərzi var. Bunu təbii ki, hər kəsə aid etmirəm, amma çoxu belədir. Hər hansısa bir hadisə baş verən kimi hər kəs Eqopərvər olur birdən-birə və elə düşünür ki, bu onun Vətənə olan sevgisidir. Qabağına keçəni asıb-kəsir, tənqid edir. Guya özü olsa, hər şeyi gözəl edəcək və firavan həyat quracaq camaata. Elələrinə müraciət edirəm, sakit oturun yerinizd' və bu gününzə şükr edin ki, atəşkəs pozulsa belə evinizdə əminlikdə oturmağınızı var gücü ilə təşkil etməyə çalışan hakimiyyətiniz var. Adam yemək yediyi qaba təpik atmaz!
Mən heç kimin tərəfində deyiləm və məqsədim kimisə tərifləyib, kimisə tənqid atəşinə tutmaq deyil. Mənim deməyim odur ki, ay başı bəlalı xalqım, birləşmək lazımdır! Fikri olaraq, zehni olaraq birləşmək lazımdır! Bir sıra Kiv nümayəndələri yalan məlumatlar yaymaqla məşğuldu hal-hazırda. Onlar, görəsən, heçmi düşünmür ki, sabah Allah qarşısında cavab verməli olacaqlar? Bəs camaatı bu qədər həyəcan içinə salmaq günah deyilmi? Bir çoxları düşünür ki, niyə televiziyalarımız konsert proqramları yayımlayır belə bir vəziyyət varkən. Nə yalan deyim, mən özüm də əvvəl belə düşündüm. Sonra isə necə deyərlər, papağımı qoydum qabağıma düşündüm. Bu saat böyük bir həqiqətdir ki, ermənilər bizi izləyir. Qoy düşünsünlər ki, biz toy-bayram edirik. Qoy partlasınlar! Qoy əsl Vətənsevərlərin göz yaşını görüb sevinməsinlər! Ürəyimizdə ağlamalıyıq! Son olaraq öz içimizdə olan separatlara müraciət edirəm, bir silkələnin, özünüzə gəlin. Artıq birləşmək zamanı gəlmədimi?!
XƏBƏR LENTİ
“Oskar”a həsrət qalan 10 məşhur aktyor - SİYAHI
Günün ulduz falı
Bu cür cəsur dost ola bilərsinizmi?
Xərçəngin düşməni olan quru meyvələr
Bu gün Arzu Əliyevanın doğum günüdür! - VİDEO
Hava haqqında - 28.01.2014
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Dəbli payız ayaqqabıları
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Kişilərin pis vərdişləri
Erməni diasporu düşmən deyil
Sevgidən nifrətə bir addım
Kəs və yapışdır-22
Məşhur oyunlara qadağa qoyuldu
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
Əcnəbilər də Azərbaycanın qələbə sevincini qeyd ediblər - VİDEO
Qadınların ən təhlükəli sözləri
Sumqayıt hadisəsindən 27 il ötür
"Paleo-xəritə"
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
Görme qüsurlu insanlar üçün smart eynek.
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Yağ ləkəsini necə təmizləməli?
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
2016 - Bayramınız mübarək!
Bakı metrosunda gediş haqqı qaldırılır?
Qurban bayramında neçə gün iş olmayacaq?
Sabahın HAVAsı
Yaşamağa yardım edən həyat devizim (2)
İki üzük...
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Bilərzik hazırla
Bələdiyyələrə qadağa qoyuldu
Madonna şousuna 5 milyon xərclədi
Günün ulduz falı
Evimizdəki təhlükə
Şamanlara görə xəstəliklərin 4 əsas səbəbi
Notbuk istifadəçilərinə şad xəbər
Özbək plovu (video-resept)
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Toyuqlu,göbələkli börək (foto resept)
Rəssam həbsxanada qalanda - FOTO
National Geographic foto müsabiqəsi-1
MTV Video Music Awards 2020 qırmızı xalça
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Azərbaycan peyki vasitəsilə Gürcüstan telekanallarının yayımına başlanıldı
Nettanın geyimini tənqid etdilər - FOTO
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Xallı piroq (foto resept)
- ŞƏRHLƏR