Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Üzeyir Hacıbəyli
(1885-1948)
Üzeyir bəy Hacıbəyli (Hacıbəyov) 1885-ci ildə Azərbaycanın ayrılmaz hissəsi Qarabağın Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. Atası Əbdülhüseyn kənd mirzəsi işləsə də, oğluna yaxşı təhsil vermək istəmiş və ailəsi ilə birlikdə Şuşa şəhərinə köçmüşdür. Burada Üzeyir rus-Azərbaycan məktəbinə daxil olmuş və ilk musiqi dərslərini də elə burada almışdır. Belə ki, dayısı Ağalar Əliverdibəyov xalq musiqimizin mahir bilicisi kimi tanınırdı. Şuşada Üzeyir ilk dəfə özünü musiqidə sınayır.
Əbdürrəhimbəy Haqverdiyev xor təşkil edibmiş və həmin xorda Cabbar Qaryağdı oğlunun başçılığı ilə hazırlanan müxtəlif musiqi nömrələrində Üzeyir də iştirak edir.
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Üzeyir bəy burada qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa klassik musiqisi ilə yaxından tanış olur, skripka və baritonda çalmağı öyrənir. Öz təşəbbüsü ilə o bir neçə xalq mahnısını da nota köçürür.
1904-cü ildə seminariyanı bitirən Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.
1905-ci ildə isə Bakıya köçür və əvvəlcə Bibiheybətdə, sonra isə Bakıda "Səadət" məktəbində dərs deyir. Maraqlıdır ki, həyatda öz yolunu axtaran Üzeyir bəy 1907-ci ildə "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"-ni hazırlayıb nəşrə vermişdir.
Bədii yaradıcılığına publisistika ilə başlayan Üzeyir bəy "İttihad", "Həyat", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs" və s. təxəllüsləri ilə məqalələr dərc etdirmişdir. Onun dövrün ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə həsr edilmiş məqalə, felyeton, hekayə və satirik miniatürləri xalq arasında olduqca populyar olmuşdur. Üzeyir bəy həmin vaxt N.V.Qoqolun "Şinel" povestini də Azərbaycan dilinə çevirmişdir.
1908-1912-ci illərdə opera və musiqi komediyaları yazmış Üzeyir bəy öz musiqi savadını artırmaq üçün Moskvaya gedir, filarmoniya cəmiyyətinin musiqi kurslarında oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına daxil olur. Lakin I Dünya müharibəsinin getdikcə qızışması və bundan doğan maddi çətinliklər üzündən o, təhsilini yarımçıq buraxıb Bakıya qayıtmalı olur. 1916-cı ildə Üzeyir bəy və qardaşı Zülfüqar "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi" adlı teatr truppası yaradırlar. Truppa dram, komediya, opera və operettalar hazırlayıb həftədə üç dəfə tamaşaya qoyur.
Üzeyir bəy Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələr əvəzsizdir. 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatr binasında onun "Leyli və Məcnun" operası səslənmişdir. O zaman bu təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk opera idi. Bu əsərlə Üzeyir bəy Şərq aləmində opera sənətinin əsasını qoydu.
"Leyli və Məcnun" muğam əsasında yazılmış opera idi. Eyni ənənəni Üzeyir bəy "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarında davam etdirir. Əsərlərin librettoları üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması, xalq dastanları, rəvayətlər və Firdovsinin "Şahnamə" poeması seçilmişdir.

Üzeyir bəy Hacıbəylinin Azərbaycan dramaturgiyasındakı rolu incəsənət tariximizdə xüsusi yer tutur. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Komediyaların həm mətnini, həm də musiqisini o özü yazmışdır. Onun "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları dünya dramaturgiyasının inciləri hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ürəkdən alqışlayan Üzeyir bəy teatr truppasının tamaşalarından yığılan pulları Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti uğrunda şəhid olanların ailələrinə paylayırdı.
Xalq Cümhuriyyətinin Dövlət himninin müəllifi məhz Üzeyir bəydir. Hərtərəfli istedadını milli dövlətçiliyin yaradılıb inkişaf etdirilməsinə sərf edən Üzeyir bəy 1918-1920-ci illərdə çox qızğın və hərtərəfli fəaliyyət də göstərir. O, hökumətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə sıx əməkdaşlıq edir, məqalə və felyetonlar dərc etdirirdi.
Qəzetin ilk redaktoru əvvəllər onun kiçik qardaşı Ceyhun bəy, 1919-cu il yanvarın 16-dan başlayaraq isə o özü olmuşdur (1920-ci il aprelin 27-dək). Müstəqilliyimizin möhkəmləndirilməsini qəzetin ideya istiqaməti seçən Üzeyir bəy Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, maarif və mədəniyyətinə həsr olunmuş məqalələrə geniş yer verir, özü də bu istiqamətdə 100-dən çox məqalə yazıb çap etdirir. "Partiyalarımıza", "Andranik məsələsi", "Lənkəran faciəsi", "Fitnələr qarşısında", "Naxçıvan və Qarabağ", "İçimizdəki denikinlər", "Ermənistan və Azərbaycan müsibəti" adlı məqalələri onu uzaqgörən siyasətçi, əqidəli publisist kimi xarakterizə edir.
1920-ci ildə Azərbaycan işğal ediləndən sonra böyük sarsıntı keçirən Üzeyir bəy çox götür-qoydan sonra ölkədə qalmağı qərara alır. Onun fikrincə, incəsənətin mənası xalqa xidmətdədir və o da öz musiqisi ilə xalqına xidmətə üstünlük verir. Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqi təhsil sisteminin yaradılması, milli musiqimizin əsaslarının işlənib-hazırlanması istiqamətində aparılan işlərə başçılıq etməyə başlayır. 1921-ci ildə Üzeyir bəy Azərbaycan Dövlət Türk Musiqi Məktəbini açır, 1926-cı ildə bu məktəb Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdirilir. 1930-1940-cı illərdə çoxsəsli Azərbaycan xoru, Azərbaycan Dövlət Filarmoniyası, notlu xalq çalğı alətləri orkestri də onun səyi ilə yaradılmışdır. Müslüm Maqomayevlə birlikdə Üzeyir bəy "Azərbaycan türk nəğmələri" adlı məcmuə nəşr etdirmişdir. Musiqidən dərs deməklə bərabər Üzeyir bəy dirijorluq etmiş, musiqi fantaziyaları, ansambl pyesləri, kantata, kütləvi mahnılar üçün musiqi yazmışdır.
Ü.Hacıbəylinin 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk tamaşası qoyulan "Koroğlu" operası dünya musiqi xəzinəsinə dahiyanə bir əsər kimi daxil olmuşdur. Aşıq musiqisini klassik opera janrında səsləndirən Hacıbəyli bununla da 30-cu illərdə milli musiqi alətləri-saza, tara və kamançaya qarşı kompaniya aparan bəzi siyasi rəhbərlərə layiqli cavab vermiş olur.
O, bəstələdiyi musiqi əsərlərində bu musiqi alətləri üçün partiyalar yazırdı. 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olan Hacıbəyli bu dövrdə həm də Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur.
Üzeyir bəy 1941-1945-ci illər müharibəsində marşlar, vətənpərvər ruhlu mahnılar, həmçinin, "Cəngi" pyesini, "Vətən və cəbhə" kantatasını bəstələmişdir. Onun "Sənsiz" və "Sevgili canan" romansları bu janrda yazılan on kamil əsərlərdəndir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Üzeyir bəyə Azərbaycan SSR-in Dövlət himnini bəstələməyi tapşırmışdılar.
Onun "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərləri bir çox dünya dillərinə tərcümə olunmuş, ekranlaşdırılmış, dünyanın on məşhur teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur.
Ü.Hacıbəylinin 1945-ci ildə yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası çox zəngin Azərbaycan musiqi xəzinəsinin açarıdır.
Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar, ifaçılar nəsli yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov və neçə-neçə mahir musiqiçilərimiz Üzeyir bəyin tələbələri olmuşlar.
Üzeyir bəy Hacıbəyli 1948-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
XƏBƏR LENTİ
50 ton qızıl haradadır?
Məsud Bərzanidən Türkiyə etirafı
Səhiyyə Nazirliyi Bərdədə baş verən kütləvi zəhərlənmə hadisəsini araşdırır
İlham Əliyev UNESCO-ya şərt qoydu
Qadın şüurunun 5 səviyyəsi
Əminə Ərdoğanın maskasına yazılan sözün mənası nədir?
Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişdi
Oruc tutarkən çox susamamaq üçün nə etməli?
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Moruqlu soyuq tort (foto resept)
Keçmişin 3 milyarderi
12 yaşlı uşaq 83 kilo arıqladı - VİDEO
Qadınlar haqqında bunları bilirsiniz?
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
HAVA necə olacaq?-21 FEVRAL
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
Pişiklər təbiətdə ən qorxunc təhlükəyə çevrilib
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Son qalamız necə alındı?
Azərbaycanda süni mayalanma halları artıb
Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikaları - VİDEO
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
İntiharların 15 ümumi səbəbi (1)
Feysbuk nəhayət açıqladı - 87 milyon istifadəçi
Bakıda 430 min dollara "Mercedes" satılır
İlham Əliyevdən tutarlı cavab
Məşhur futbolçunu 25 il həbs gözləyir
Arıqladan ballı alma sirkəsi
Bədən ölçüləri ilə hər kəsi heyrətləndirdi-FOTO
Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Övladımızın sevdikləri və sevmədikləri
Jennifer Lawrence'ın 12 milyonluq evinə qonaq olun
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
Azərbaycanda yağış yağacaq
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Mömin bu dünyada niyə bəla çəkər?
Əhaliyə xəbərdarlıq
Kosmetikanın gücü
Gəlin bəyi toyda küçə ilə sürüdü
Tərsinə ev
Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?
İnsan həyatını dəyişən 10 kitab
Rus rublunun dəyəri rekord həddə aşağı düşdü
Hava haqqında
Üst rəsmisindən KRİTİK PROQNOZ: 2021-ci ilin sonuna qədər...
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Hələ doğulmamış körpələri FENOMEN oldu
Ermənilər sülhməramlıların onları Xudavəngə buraxmamasına görə hakimiyyəti ittiham etdilər - VİDEO
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”















- ŞƏRHLƏR