Azərbaycandakı bəzi universitetlərdə oxuyan tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edilməsi zamanla gündəmə gəlir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, problem Milli Məclisin ötən gün keçirilən iclasında da dilə gətirilib. Millət vəkilləri Qənirə Paşayeva, Musa Quliyev çıxışlarında bildiriblər ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyil . Ödəniş hissə-hissə aparılmalıdır. Valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar.
Bu məqamda qeyd edək ki, bu günlərdə Bədən Tərbiyəsi və İdman Akademiyasının yuxarı kurs tələbələri onlardan birdəfəlik ödəniş tələb edildiyi ilə bağlı saytımıza müraciət etmişdilər. Onlar 2200 manat təhsil haqqını birdəfəyə ödəmək imkanında olmadıqlarını qeyd etmişdilər.
Məsələ ilə bağlı akademiyadan sorğumuza hələ ki, cavab verilməyib.
Həmin universitetin keçmiş rektoru, millət vəkili Ağacan Əbiyev də "Qafqazinfo"ya bildirib ki, onun universitetə rəhbərlik etdiyi dövrdə tələbələr təhsil haqqını hissə-hissə ödəyiblər:
"100 tələbədən 15-i bununla bağlı bizə müraciət edirdi. Deyirdilər ki, təhsil haqqını iki dəfəyə verək. Biz də onunla razılaşırdıq. Amma indi köhnə qaydanı ləğv ediblər. Hamısı birdəfəyə verilməlidir. Mən indiki rəhbərliyin qərarına hər hansı fikir bildirmək istəmirəm. Ancaq yaxşı olardı ki, təhsil haqqını iki dəfəyə versinlər".
"Qafqazinfo" builki semestr imtahanlarında təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmayan tələbələrin statistikası barədə ekspert Kamran Əsədova müraciət edib.
O bildirib ki, Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir: "Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdirlər. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu, bir ölkə üçün kifayət qədər böyük itkidir. Təhsil Xidməti Mərkəzimizə il ərzində yüzlərlə tələbə bununla bağlı müraciət edir. Milli Məclisdə ali təhsil haqlarının ödənilməsi ilə bağlı qanunvericilik qəbul edilsin.
Maarifçi Kredit Fondu yaradılıb. O da tələb edir ki, valideynlərin illik gəliri 10 min manatdan çox olmalıdır. Azərbaycanda valideynlərinin gəlirinin 10 min manatdan artıq olan şəxsin kreditə ehtiyacımı var? Bizim universitetlərin təhsil haqqı dünyada ilk 100-lüyün həcmindədir. Verdikləri təhsil isə aşağıdır. Bu il təkcə semestr imtahanlarında 4000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahana buraxılmayıb. Bu saya həm kolleclər, həm də ali təhsil müəssisələrinin tələbələri daxildir".
Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR