Qadın gözəllik simvoludur. Dünyanı fəth edən, xariqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdə aciz qalıb. Hər zaman özünə inamlı və cəlbedici olmaq üçün baxımlı olun, əziz xanımlar!
Gözəl gözlər, ən əvvəl sağlam gözlərdir. Hətta gözlər tam sağlam olduqda belə, boğanaq, tüstülü otaqlarda davamlı olmaqdan çəkinin, çünki tüstü gözün selikli qişasını qıcıqlandırır, bunun nəticəsində gözlər qızarır və yaşarır.
İş vaxtı çalışmaq lazımdır ki, parlaq, lakin gözü qamaşdırmayan işıq sol tərəfdən düşsün. Yay vaxtı gözlərimizə qünəş şüası düşməsin və gözümüzü qıymayaq deyə qara şüşə eynək taxmalıyıq.
Gözlər üçün ən yaxşı yuxudur. Gecə yuxusundan başqa, yorğun işdən sonra gözlər dincəlməlidir. Yatmamışdan qabaq göz qapaqlarına çay dəmi qoymalıyıq.
Göz iltihabını və göz almasının qızarması vitamin çatışmamazlığı, bədənin bu xəstəliyə meyilli olması, ya da görülən işin xarekteri ilə əlaqədardır.
Gözləri çox həssas olan xanımlar gözlərinə çayın dəmləməsi (1stəkan suya 1çay qaşığı ot) ilə kompres etməlidirlər. Gözlərin qıcıqlanması davam edərsə mütləq həkimə müraciət olunmalıdır.
Gözlər nəinki qəlbimizin, hətta sağlamlığımızın da və əhval ruhiyyəmizin də aynasıdır. Onlara qulluq etmək vacib şərtlərdən biridir.
Gözlərə edilən təsir gündən-günə artmaqdadır. Kompüter, televizor, bütün günü ofisdə oturmaq kimi hallar əvvəl-axır gözlərimizə əks təsirini göstərir. Bu neqativ halları aradan qaldırmaq üçün 1-2 məsləhətə əməl etmək olar:
Gözlərə qulluq ilk növbədə bir gigiyenadır. Hər axşam evə döndükdən sonra mütləq göz makiyajı silinməlidir. Makiyaj xususi lasyonla, bir də ilıq formada zeytun yağı ilə silinə bilər. Zeytun yağı həm təmizləyici, həm də nəmləndirci rolunu oynayır.
Əgər gözləriniz yorğun və qızarıbsa, bu halda cökə çiçəyi və çobanyasdığı dəmləməsi sizə kömək edər. Dəmləməni hazırlamaq üçün çiçəklərdən 1 çay qaşığı götürüb üzərinə 1 stəkan qaynar su tökülür, süzgəcdən keçirilir, soyudulur. Bunu soyuducuda saxlamaq olar. İstifadə edən zaman ilıq şəkildə pambıqla kompres qoyulur.
Göz qapaqları şişibsə, kartofu sürtgəcdən keçirib tənzifin arasında gözünüzün üstünə qoyun. 15 dəqiqə saxladıqdan sonra kompresi götürüb, gözün ətrafına krem çəkin.
Gözlərin ətrafında qara kölgələr əmələ gəlibsə, bu halda kəsmikli yaş sarğı kompres yararlıdır. 2 ədəd tənzif parçasının içinə 1 xörək qaşığı kəsmik qoyub bükülür və gözün üstünə qoyulur, 10-15 dəqiqə saxlanılır.
Əgər uzun müddət bir otaqda qalırsınızsa, otağın havasını tez-tez dəyişin, eləcə də otaqda su saxlayın.
Unutmayın, nəinki gözlər, eləcə də bütün orqanizmin xeyri üçün gün ərzində 1,5-2 litr su qəbul edin.
Göz yorğunluğunu aradan götürmək üçün uzaq yerə, ya da səmaya baxmaq faydalıdır. Qaranlıq otaqda 15 dəqiqə dincəlmək də gözlər üçün çox xeyirlidir.
Gözlər üçün gimnastika yorğunluğu götürür.
Gözləri möhkəm bağlayın və 5-ə qədər sayın. Daha sonra gözlərinizi acıb yuxarıya baxaraq 5-ə qədər sayın və yenıdən bağlayın.
Hündür yastıqdan istifadə etdikdə göz qapaqlarının altında şişkinlik əmələ gəlir.
Göz ətrafı üçün faydalı maskalar
- 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 ç.q. quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra nəm pambıqla silinir.
- Zeytun yağını 3 damcı limon şirəsi ilə qarışdıraraq göz ətrafına çəkin və barmaq ucları ilə yüngülcə döyəcləyin.
- 1 ədəd yumurtanın sarısını 0,5 çay qaşığı balla qarışdırın, göz qapaqlarına çəkin, 10 dəqiqə saxlayıb təmizləyin və krem çəkin.
- Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtün.
Gözlərinizə yetərincə diqqət yetirsəniz, qulluq etsəniz, onlar sağlam olub sizi sevindirəcək. Hər yerə baxan gözləriniz yorulmasın, Amin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR