Qaraciyərin serrozu təhlükəli xəstəlikdir.Müxtəlif orqanların, xüsusilə qaraciyərin ciddi morfoloji dəyişikliklərə uğraması ilə xarakterizə olunur.Serrozla əlaqədar dəyişikliklər qaraciyər parenximasında,öd yollarında,qan damarlarında və onların birləşdirici toxumalarında gedir.Serroz xəstəliyinin əmələ gəlməsində və inkişafında qaraciyərin hüceyrələrində gedən distrofik proseslər və bununla əlaqədar qaraciyər toxumasında baş verən dəyişikliklər mühüm rol oynayır.Yoluxucu xəstəliklər, spirtli içkilər, keyfiyyətsiz yeməklər serrozun əmələ gəlməsinə şərait yaradır.Əlverişli olmayan yaşayış tərzi,qida məhsulunda lazımi qədər şəkər,zülal və vitaminlərin olmaması da xəstəliyin inkişafına səbəb olan amillərdəndir.Serroz xəstəliyinə 45-60 yaşlı kişilər daha çox tutulur.
Qaraciyər serrozu özünü müxtəlif əlamətlərlə göstərir.Əksər hallarda iştahsızlıq,ürəkbulanması,qusma və qaraciyər nahiyəsində ağrılar baş verir.Xəstələrdə zəiflik, tez yorulmaq, iş qabiliyyətinin azalması halları nəzərə çarpır,dəri qaşınır.Xəstələr sürətlə arıqlayır, mədə və sinə nahiyələrində vena damarları genəlir, qarın boşluğunda maye toplanır, dil qırmızı rəngə çalır, barmaqlar nağara çubuğuna bənzəyir.Çox vaxt xəstə üşüyüb titrəyir,istiliyi olur,qaraciyər və dalaq böyüyür.Xəstəlik zamanı burundan,damaqdan qanaxmalar da müşahidə edilir.Xəstəliyin ağır forması zamanı ürəyin fəaliyyəti xeyli zəifləyir,qan təzyiqi aşağı düşür.
Xəstəliyin müalicəsində birinci növbədə rejimin və pəhrizin böyük əhəmiyyəti vardır.Xəstə sakit vəziyyətdə uzandıqda qan dövranı yaxşılaşır,qaraciyərə düşən fiziki gərginlik azalır.Xəstənin qidası şəkərlə zəngin olmalı,ona vitaminli yeməklər verilməlidir.Müəyyən edilmişdir ki, serroz və kəskin hepatit zamanı xəstənin pəhrizini pozmaq olmaz. Ona yüksək kalorili yeməklərin verilməsi məsləhət görülmür.Xəstənin sutka ərzində qəbul etdiyi qidanın kaloriliyi 2500-4000 Kkal-dan artıq olmamalıdır.Xəstəliyin gedişi sakit olarsa, yumurta, ət, süzmə ,dondurma, cörək yeməyə icazə verilir. Spirtli içkilər tamamilə qadağan edilməlidir.Arası kəsilməyən qusmalar zamanı xəstəyə duru və yumşaq yeməklər,meyvə şirələri, yerkökü, albalı, heyva, alma, nar vermək lazımdır.
İştahını itirmiş, zəif xəstələrə S, P və B qrupu vitaminləri təyin etmək məsləhətdir.Gün ərzində qida ilə qəbul edilən duzun miqdarı 2-4 qramdan artıq olmamalıdır.Xəstəyə kiçik dozalarda qan köçürülməsi də məsləhətdir. Həmçinin lipomid, lipoy turşusu, hepalon preparatları təyin edilməlidir.Kortikosteroid maddələr də faydalı sayılır.Belə ki, bu preparatlar qaraciyərdə gedən iltihab prosesinin qarşısını alır, fibroz toxumanın inkişafını ləngidir.Serrozlu xəstəliklərin müalicəsində infeksiyanın qarşısını almaq üçün antibiotik preparatlardan da istifadə edilir.Qaraciyər serrozunun müalicəsi adətən bir neçə ay davam edir.Ancaq xəstəlik vaxtında aşkar edilsə, xəstə 20-25 günə sağalar.
Əziz Qadin.Netlilər, arzu edirəm ki, daim sağlam olasınız. Heç vaxt çarəsiz xəstəliklə üzləşməyəsiniz.Amin!
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR