İnsan bədəninin səthində tər vəziləri yerləşib. Bu vəzilər tərəfindən duzlu mayenin ifrazına tərləmə deyilir. Bu, orqanizmin normal fizioloji funksiyası hesab edilir. Tərləmənin əsas vəzifəsi budur ki, o, bədən səthini soyuq halda saxlayır və onun hərarətini tənzimləyir. Bütün bunlarla yanaşı, bədən tərləmə prosesinin köməkliyi ilə şlaklardan təmizlənir. İnsanın bütün bədənində, ən çox da qoltuq, pəncə və ovucda tərləmə prosesi baş verir.
Tər əslində iysizdir. Ancaq bədənin səthində olan bir sıra bakteriyalarla təmasa keçən kimi onlardan asılı olaraq xoşsgəlməz iy verməyə başlayır.
Tərləmənin özünün müəyyən bir səviyyəsi olur və bu səviyyə də insandan-insana dəyişir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmaya bilir. Bəzi insanlarda daha çox tər vəzisi olduğu üçün onlar gün ərzində çox tərləyir, bəzilərində isə az olduğuna görə onlar çox az tərləyirlər.
Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur. Amma buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır.
Tər vəziləri ekkrin və apokrin olaraq iki qrupa ayrılırlar. Xoşagəlməz qoxunu yaradan əsasən apokrin vəzilərinin yaratdığı tərdən asılıdır. O, daha çox yağlı tər yaradır və bu təri də tükün dibində ifraz edir. Digər vəz – ekkrin isə birbaşa dəri səthinin hər tərəfində olur.
Çox tərləmək bir çox hallarda xəstəlik sayılır. Amma elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir. Amma yenə də çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər.
Çox tərləmənin bir sıra səbəbləri var. Gəlin onlara qısa bir nəzər salaq:
- Spirtli içkinin qəbulu
- Narkotik maddələrin qəbulu
- Qızdırma və bədənin infeksiyalara yoluxması
- Bəzi ədviyyatlardan çox istifadə etmək
- Uşaqlarda D və C vitamininin azlığı
- Şəkərli diabet
- Stress
- Qan şəkərinin aşağı olması
- Yüksək fiziki aktivlik
- Klimaks dövrü
- Kofein
- Ürək xəstəliyi
- Köklük
- Havanın yüksək hərarəti və s.
Tərləmə zamanı aşağıdakı hallar da yaransa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır:
- Sinədə ağrı
- Hərarət
- Nəbzin sürətli atışı
- Nəfəs darlığı
- Çəkinin azalması
Bu problemlər hansısa infeksiyanın olmasına işarədir. Bu hallarda da mütləq həkimə müaciət etməlisiniz:
- Çox tərləyirsinizsə, uzun müddət tərləməniz dayanmırsa və ya səbəbsiz yerə tərləyirsinizsə;
- Tərləmə zamanı və tərləmədən sonra sinənizdə ağrı və ya sanki kiminsə sinənizi basdığını hiss edirsinizsə;
- Əgər tərləmə zamanı çəki itirdiyinizi görsəniz və ya daha çox yatarkən tərləyirsinizsə.
Tərləmənin insan bədəninə xeyri olsa da hər şeyin çoxu zərərdir. Əgər sizdə də tərləmənin dərəcəsi artıbsa, o zaman mütləq həkimə müraciət edin və müayinə olunun. Unutmayın ki, bunu asanlıqla müalicə etmək olar.
XƏBƏR LENTİ
Tək-tənha
Melaniya Tramp ad günündə hədiyyəsiz qalıb- FOTO
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Yoqanın faydası nədir?
Bu yay harada istirahət etməli?
Doğuşdan sonra qadın sağlamlığı
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 xəstə vəfat etdi
4 yaşlı oğul atanı peşman etdi
Çanta modelləri
Sobada az kalorili, dadlı yemək (foto-resept)
Balqabaqlı tart (foto resept)
Günün qoroskopu:Qətiyyətli və sürətli olun!
Azərbaycan Avropaya elektrik satacaq
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
Azərbaycanda hərbi gəmilər inşa olunacaq
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Hamilə qadınlar üçün zərərli olan qidalar
Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - FOTO
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Kremldən İrəvana Qarabağ şoku
Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?
Azərbaycan 10 helikopter aldı
Məktəb bazarlığı neçəyə başa gəlir? - VİDEO
Bu da Mitsubishi Lancer Evolution X
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Bakı sakinləri, qəpikləri unudun!
Sürətlə kökələn Selena Gomezin son fotoları
Hər gün 10 min addım atın!
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Baxımlı olmaq çətin deyil
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
İslam dünyası ayağa qalxacaq
Şokoladlı-bezeli tort (foto resept)
Siqareti ata bilmirsiniz? Çarə tapıldı
Arıqladan qəribə üsullar
Dünya bu ay dağılacaq - EKSPERT RƏYİ
Mobil telefonlar
İmam sarığı tortu(foto resept)
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Elə et ki, üzr istəsin...
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qidaların qaynadılma müddəti
Bilirsinizmi?
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Burak Özçivit ata olmaq istədiyini etiraf etdi-FOTO
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
1 həftəyə 10 kilo arıqla















- ŞƏRHLƏR