Öd kisəsi daşının yol açdığı tutulma başqa hansı xəstəliklərə yol açır?
Öd kisəsi və yollarında olan daşlar mikrobların yapışması və çoxalması üçün uyğun vasitədir. Bu səbəblə daşı olan xəstələrin böyük bir qisminin ödü mikrob toplamaqdadır. Normal öd axarı sürərkən bu hal adətən problem yaratmaz ancaq daş tıxanıqlığına səbəb olarsa, bu mikroblar öd yolları iltihabına səbəb ola bilər. Yəni tıxanıqlıqdan əlavə hal hazırda olan mikrob həmçinin qan yoluyla gələn mikroblar öd yolları iltihabı yaradır. Bu vəziyyəti öd yollarının sətəlcəmi (kolanjid) adlandırırıq. Öd yollarının sətəlcəmi bəzən çox ağır nəticələrə qədər gedib cıxır. Qanda mikrob çoxalmasına da səbəb ola bilər. Təcili bir əməliyyat tətbiq edilməsi ən doğru yoldur.
Əlamət göstərməyən öd kisəsi daşlarının diaqnozu necə qoyulur?
Bu növ daşların mövcudluğu ümumiyyətlə təsadüfən, ultra səs ilə ortaya çıxır.
Heç bir şikayətə yol açmayan bu daşların xaric edilməsi lazımdırmı?
Bu, çox əhəmiyyətli bir problemdir. Bunu xəstəylə müzakirə etmək lazımdır. Səssiz öd kisəsi daşlarının yüksək bir ehtimal ilə ciddi problemlərə yol açdığı barədə məlumat yoxdur. Bu barədə fərqli fikirlər var. Bunların problem ortaya çıxarma riski bir neçə işə görə təxminən ildə % 2-ci yəni xəstə, “Heç Bir şikayətim yoxdur.Buna görə hələlik orada qala bilərlər.Narahatçılıq yaradarsa əməliyyat olunaram” deyərək gələcəkdə yarana biləcək narazılıqlar riskini göz önünə almalıdırlar.Burada ən əhəmiyyətli nöqtə, bu məlumat və risklərin xəstəylə paylaşılması yəni qərar vermə proseslərinə xəstənin də iştirakının təmin edilməsidir.
Nəyə görə qadınlarda daha çox rastlanır?
Yəqin ki, hormonlardan qaynaqlanır, amma qəti olaraq bilinən bir səbəbi yoxdur.
Öd kisəsi daşı əmələ gəlməsinin qidalanma ilə ya da həyat tərzi ilə bir əlaqəsi varmı?
Yəqin ki, var. Amma bunun qarşısını alacaq konkret bir qidalanma təklifimiz yoxdur. Yəni bunu yesən onu yeməsən öd kisəsi daşı əmələ gəlməsinin qarşısını alarsınız deyə bilmirik. Birəbir səbəb nəticə əlaqəsi yoxdur amma genetik və metabolik müəyyən əlaqələr vardır. Məsələn, bəzi insanların xolesterini yüksəkdir. Xolesterinin yüksək olmasının səbəbi çox vaxt genetik quruluşuqdan gələn bir şeydir. Amma çəkisi çox olan insanlarda rastlanma ehtimalının daha yüksək olduğunu deyə bilərik. Eyni şəkildə həyat tərzi ilə də öd kisəsi daşı əmələ gəlməsinin bir əlaqəsi yoxdur. Xülasə olaraq öd kisəsi daşı əmələ gəlməsini xarici amillərlə qarşısını almağın da bir yolu yoxdur. Bunun da qarşısını almaq mümkün deyil.
Öd daşlarının növləri olur?
Bəli, öd daşları fərqlidir. Hamısı eyni tip deyil. Piqment daşları və ya xolesterin daşları ola bilər və bunlar bəzən problem yaradır. Bu daşlar gün keçdikcə böyüyür. Üzərindəki çöküntülər, ya da kisənin içində qatı hala keçid artır. Kiçik halda başlayır, zaman içərisində get gedə böyüyür.
Bəzən də bir dənə böyük deyil, bir neçə parça halında olur. Hətta balaca yüzlərlə daş da yarana bilər.
Öd kisəsi daşı əmələ gəlməsi çoxmudur?
Çox geniş yayılmışdır. Yaşla birlikdə artır. Bütün ölümlərə baxanda, % 11-36-sında öd kisəsi daşına rast gəlinir. Köklük, hamiləlik, Crohn xəstəliyi kimi hallar daş inkişafını artırır. Xüsusilə qırmızı qan kürəciklərinin çevrilmə sürətinin yüksək olduğu qan xəstəliyi olan insanlarda daha tez-tez görülür. Qadınlarda kişilərə nisbətən üç qat daha çox rast gəlinir.
Daşın çıxarılmayaraq uzun müddət laqeyd yanaşılması xərçəng xəstəliyinin yaranmasına yol açarmı,yoxsa?
Bu mübahisə həmişə vardır. Amma bu gün hələ də əlimizdə öd kisəsi xərçənglərinin daşda görə yarandığına dair bir sübut yoxdur. Amma belə maraqlı bir müşahidə var; Öd kisəsi xərçəngi olan xəstələrin % 90-ında öd kisəsində daş, birlikdə görünə bilər. Amma bir xəstənin öd kisəsində daş olduğu üçün xərçəngə tutulduğu barədə dəqiq bir məlumat yoxdur. Öd kisəsi xərçəngi nadir görülür. Müalicələri də asan deyil. Bir az aqressiv bir xərçəng növüdür.
Hamiləlik dövründə yarandığı zaman xəstə əməliyyat edilə bilərmi?
Hamiləlik dövründə, öd kisəsindəki daş təsadüfən müəyyən olunubsa, bu dövrdə hər hansı bir müdaxilə etməmək lazımdır. Amma bir ağırlaşma olarsa hamiləlikdən ayrı olaraq, hamiləlik var ikən də müalicə etmək lazımdır. Bu əməliyyat, hamiləliyin son dövründə belə olsa həyata keçirilə bilər.
Öd kisəsi daşı uşaqlarda olurmu?
Bəli, az miqdarda da olsa kiçik uşaqlarda belə görülə bilər. Amma bunların altında tez-tez anatomik pozğunluq, ya da bir qan xəstəliyi var. Onlar da, böyüklər kimi əməliyyat edilməlidir.
Öd kisəsi daşının əmələ gəlməsində genin təsiri varmıdır?
Öd kisəsi daşının əmələ gəlməsində genin birbaşa bir təsiri yoxdur. Amma az öncə də dediyim kimi, öd kisəsi daşı əmələ gəlməsində qan xəstəliklərinin da təsiri var. Qan xəstəliklərinin bir çoxu da genetik. Bu xəstəliklər əsasən əlamət göstərmirlər. Hətta bir qisminə çox az diaqnoz qoymaq olur. Beləliklə, səssiz qan xəstəlikləri olan ailələrdə öd kisəsi daşı əmələ gəlmə ehtimalı da artır.
Fuad Nəzərov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]