Körpələrdə Barmaq Sorma Uşaqların çoxunda görülən barmaq əmmə, güman edilənin əksinə, hər zaman aclıq əlaməti deyil. Vərdişin 4 yaşından sonra davam etməsi, uşaqlarda laqeydliyin, sevgisizliyin və inamsızlığın işarəsi ola bilər. Körpələr, diş çıxarma dövründə damağın qaşınmasına görə barmaq əmməyə başlayır. Bu davranış, adətən uşaqlar yuxuya gedərkən, acarkən, tək qaldığı zaman,qorxduğu zaman ortaya çıxır. 3-4 yaşlarına qədər normal qəbul edilən davranışın, bu yaş aralığından sonra davam etməsinin altında psixoloji faktorlar yer ala bilər.
Valideynin təzyiqli və idarəedici mövqeyi, uşağın özünə inamını azalda bilər və uşaq barmaq əmmə hərəkətini göstərə bilər. Özünə kifayət qədər maraq göstərilmədiyini düşünən uşaqlar da diqqət çəkmək üçün daha kiçikmiş kimi davranmağa meylli olur.
Bu məsələdə ən böyük köməkçi faktor barmaq əmməkdir. Ailə içində yaşanan gərginliklər də uşaqlarda bu davranışa təkan verə bilər.”Barmaq” əmmək, hər hansı bir pisko-patoloji amil olmadan 3-4 yaşlarına qədər normal görülən bir hadisədir və hər bir uşaqda görülür. Bu davranışın ən əhəmiyyətli iki səbəbi yeni doğulan körpələrin barmaq əmməyi daha ana bətnində öyrənmiş olması və doğuşdan sahib olduqları ən güclü reflekslərdən birinin əmmə refleksi olmasıdır.
Diş quruluşunu pozur
Barmaq əmmə vərdişi aclıqdan irəli gəlmədiyi üçün adətən qidalanma problemlərinə səbəb olmaz. Araşdırmalar, ən gec 5-6 yaşlarında sona çatarsa davranış zərərsiz olur. Lakin barmaq əmmənin bu yaşlardan sonra davam etməsi dişlərdə deformasiyaya səbəb olur. Hələ inkişaf etməkdə olan əzələ və sümük strukturları üzərində təzyiq tətbiq edən barmaq əmmə, dişlərin yer dəyişdirməsinə yol açır. Körpələrdə Qəbizlik və Müalicəsi Uşaqlarda görülən qəbizliyə mütləq diqqət yetirilməlidir.Bu yazımda qəbizliyin səbəblərindən, diqqətə alınmağından və müalicə yollarından bəhs edəcəm. Uşaqlarda defekasiya aktı ilə bağlı problemlər bəzən çox ciddi çətinliklərə səbəb olur. Bu problemlərdən ən əhəmiyyətlisi də qəbizlik, nəcis qaçırma (enkoprezis) və alt paltarı çirklənməsidir(soiling).
Qəbizlik həzm sistemində olan bir xəstəlik əlamətidir
Qəbizliyi olan uşaqlara mütləq diqqət yetirilməlidir. Uşaqlarda uzun müddət görülən qəbizlik həzm sistemində olan bir xəstəlik əlamətidir. Səbəbləri arasında; Normal defekasiya aktı mərhələlərinin bir və ya bir neçəsində yaranan çatışmazlıqlar, nazik bağırsağın uc hissəsi və qalın bağırsaq ilə əlaqəli bir bağırsaq hərəkəti (motilite) pozğunluğu nəcisin tərkibindən və özündən ortaya çıxan anormallıqlar birinci sırada gəlir. Qəbizlik diaqnozunun qoyulması üçün bəzi meyarlar mütləq lazımdır. Bunlar da; Uşağın həftədə üç dəfədən az defekasiya aktının olması, uşağın hər 4 defekasiya aktından birində ağrı çəkməsi və ya çox miqdarda tənəffüsün ləngiməsi, hər 4 defekasiya aktından birində nəcisinin sərt və parça-parça şəklində olması,alt paltarı çirklənməsi ilə birlikdə (soiling), düz bağırsaqda daimi nəcisin olmasıdır.tuvaletegitimi
Ana südündən qidalara keçiddə də qəbizlik ortaya çıxa bilər
Uşaqlıq dövründə ortaya çıxan bir qəbizliyin çox vaxt ana südündən əlavə qidalara keçiddə ortaya çıxır.Bu mühüm qəbizlik səbəbidir. Bu dövrdə müşayiət edə biləcək bir anal çat (fistul), xəstəni daha da çıxılmaz vəziyyətə gətirib çıxarır. Nəcis tərkibindəki anormallıqlar də qəbizliyə səbəb olur. Qidalanma çatışmazlığı, həddindən artıq inək südü içmək, uşaq mamalarının kifayət qədər sulandırılmaması da əhəmiyyətli səbəblərdəndir.Səbəbi tam olaraq izah edilə bilməyən qəbizliklərin %95-də yanlış qidalanma, tualet vərdişi, bağırsaq hərəkətlərinin yavaşlığı, bağırsağın hərəkət sistemini kontrol edən sinirlərə aid xəstəliklər,daxili sfinkterin daram olması, ağrılı defekasiya aktı və psixoloji amillərdir.Bu mövzuda xüsusilə bəzi psixoloji amillərin və tualet tərbiyəsinin mühüm olduğu düşünülür. Qəbizlik səbəbinin müəyyənləşdirilməsi üçün istifadə edilən diaqnostika üsulları Xəstənin şikayəti çox yaxşı dinlənib, qəbizlik və müşayiət edən problemlərin müəyyənləşdirilməsi, başlanğıc vaxtı, qəbizliyin incələnməsi kimidir.
Fiziki müayinə:
Diqqətlə aparılan qarın müayinəsi, anal-rektal müayinə, genital müayinə və nevroloji müayinə ilə bir çox əlamətlər əldə edilə bilər. Laboratoriya araşdırmaları: Düz qarın qrafikası, qalın bağırsaq qrafikası, anal kanalın ultrasəs ilə incələnməsi (endosonografi), defekasiya aktı grafikası qiymətləndirilməsi (sinedafakografi), anorektal təzyiq incələnməsi, (manometri) biopsiya bu üsullardan ən çox istifadə edilənlərdəndir. Müalicəsi Xroniki qəbizliyin müalicəsində ilk növbədə səbəbin ortaya çıxarılması və səbəbə qarşı müalicə olunması lazımdır. Mövcud bir anatomik pozğunluq cərrahi müdaxilə ilə düzəldilməlidir. female doctor pediatrician examining little girl by stethoscopeQəbizliyə səbəb ola biləcək daxili bir xəstəlik varsa müalicə edilməlidir. Xroniki qəbizliyin səbəbləri –Səbəbi bəlli olmayan (idiopatik) –Anatomik patologiyalara bağlı olaraq: Anal fistul, xaricə doğru yerləşmiş anus, anal atreziya (anusun olmaması) və ya anal stenoz (anus darlığı), genişlənmiş qalın bağırsaq sindromu. –Əsəb sistemi ilə bağlı (nevrogenik) səbəblər: Doğuşdan gələn onurğa xəstəlikləri, (spina bifida və meningomyelosel kimi) onurğa şişləri, beyin iflici (serebral palsi), mental gerilik, Hirschsprung xəstəliyi, bağırsaq sisiteminin sinir inkişaf xəstəlikləri. –Hormonal və metabolik xəstəliklər: Qalxanabənzər vəzinin az və ya çox işləməsi (hipo-hipertirodizm), bəzi böyrək xəstəlikləri, qanda kalsium və ya potasium səviyyəsinin aşağı olması. –Dərmanlara bağlı: Anetezik agentlər, epilepsiya dərmanları, antidepressant dərmanlar və s. –Sistematik xəstəliklər:Şəkər xəstəliyi (diabetes mellitus), scleroderma.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR