Köklüyün ən sıx görüldüyü indiki zamanımızda daha çox arıqlama üsulları haqda məlumatlara rast gəlmək mümkündür.Ancaq arıq olub heç cürə kökələ bilməyən insanların sayı da az deyil.
Mənə edilən müraciətlər və saytımızdakı arıqlıqdan əziyyət çəkən xanımların xahişlərini nəzərə alaraq bir neçə mütəxəssis məqaləsindən umumiləşdirmə apardım və hazırladığım xəbərlə onlara faydalı olmaq istədim
Arıqlıq, xroniki xəstəliklərin, yeməmək pozuntularından,iştahsızlıq və qeyri-kafi qidalanma nəticəsində meydana gəlir.Arıq insanların xarici faktorlara qarşı müqaviməti daha aşağıdır. Daha asan xəstə olarlar və yaxşılaşma müddətləri daha uzun olar. Daha tez yorularlar. Dəri altı yağ təbəqələri yeterincə olmadığından soyuq iqlimlərdə bədən istiliyini qoruyub mühafizə etmək daha çətin olur. Köklük necə xroniki xəstəliklər üçün bir risk faktoru meydana gətirirsə, çox arıq olmaq da ürək çatışmazlığı və xərçəngdən ölüm riskini artırmaqdadır.Klimaks qabağı dövrdə qadınlar və yaşlılar üçün arıq olmaq osteoporoz(sümük əriməsi) riskini artırmaqdadır.
Əvvəl arıqlığın səbəbi araşdırılmalı, daha sonra nəticəyə görə tədbir üsullarına keçilməlidir. Əgər arıqlığın səbəbi maddələr mübadiləsinin pozulmasından qaynaqlanırsa, pəhriz nə qədər düzəldilsə də nəticə alına bilməz. Əgər bu vəziyyət qeyri-kafi qidalanmadan qaynaqlanırsa, bu pəhrizlə düzəldilə bilər.
Necə qidalanmaq lazımdır?
Tez başa gələn ,boş kalorili yeməkləri çox yemək kökəlmək üçün yaxşı bir yol deyil. Bu tərz qidalar ümumiyyətlə sağlıqsız doymamış yağlarla zəngin olur. Əgər gündəlik enerjinizi artırmaq istəyirsinizsə , bu enerji sağlam qidalardan təmin edilməlidir. Yağ qrupundan omeqa-3 çox olan balıqlar ,kətan toxumu və ya qoz seçilə bilər. Zülallar üçün ən yaxşı seçki yağsız ətlər, balıq, toyuq,quru paxlalılarvə fındıqdır. Sağlam karbonhidratlar meyvələr, tərəvəzlər və tam taxıllı məhsullardır.
Kökəlmək üçün köməkçi olacaq bəzi məsləhətlər :
* Əsas yeməklərdə ( səhər, günorta və axşam) süd qrupu, ət qrupu, taxıl qrupu və tərəvəz- meyvə qrupundan ən az bir çeşıd qida olmasına diqqət edin.
* Gündə 3 əsas yemək yeməkdənsə 5-6 kiçik pay yeməklər hazırlamanız daha faydalı ola bilər.
* Yağlar mədədə uzun müddət qaldıqlarından ötəri toxluğu təmin edərlər. Bu səbəblə kökəlmək istəyən adamın pəhrizində yağda qızartmalar və çox yağlı qidalar iştirak etməməlidir. Ətli yeməklər yağ əlavə olunmadan bişirilməli, ətsiz olanlara da az miqdarda yağ qoyulmalıdır.
* Aralarda yeyəcəyiniz yeməklər boş kalori qaynağı olanlar deyil, meyvələr, süd və süd məhsulları, südlü şirnilər və tost(sandviç)kimi bəsləyici dəyərə sahib qidalar olmalıdır.
* Kartof qızartması, qızarmış toyuq və balıq yerinə sobada kartof, soyutma toyuq və balıq seçin, boşqabdakı miqdarlarını bir az artırın.
* Ala biləcəyiniz ən yaxşı sadə karbonhidratlı qidalar bal və bəhməzdir(doşab).
* Quru çərəzlər ( qoz, fındıq, badam) və quru meyvələr ( ərik, əncir vs) pəhrizinizin həm enerjisini, həm də vitamin və mineral ehtiyatını artırar.
*Pəhrizinizə kətan toxumu əlavə etmək həm omeqa-3 ehtiyatını , həm lif həm də enerji ehtiyatını artırar.
* Su, çay, qəhvə və mineral su kalori verməz. Qidalandırma dəyəri yüksək və daha çox enerji verən süd, ayran və ya meyvə şirəsi kimi içkiləri seçin.
* Mayelər mədənizi dolduraraq daha çox yemənizə mane olar. Ona görə maye içilməsini yeməklərdən 30- 60 dəqiqə əvvəl və ya sonra qəbul etmənizdə fayda var.
* Pəhrizinizdəki zülal miqdarını artırmaq üçün 1 stəkan südünüzə ¼ stəkan süd tozu, yeməklərinizə və salatlarınıza əlavə ət ( qırmızı ət, toyuq, balıq) və quru paxlalılar ( noxud,quru lobya) əlavə edə bilərsiniz.
* Vitamin və mineral ehtiyacınızı qarşıladığınızdan əmin olmaq üçün bir həkimlə və ya mütəxəssislə məsləhətləşərək vitamin- mineral komleksi istifadə edə bilərsiniz.
* Templi gediş, üzmə və velosiped kimi aerobik məşqlər və həddindən artıq edilən məşqlər bədəndə yağ itkisinə səbəb olar və arıqlaya bilərsiniz. Ağırlıq qaldırma məşqləri əzələ kütləsi artımında köməkçi ola bilər. Evdə və ya idman salonunda əzələ məşqləri edə bilərsiniz. Sizə ən uyğun məşq proqramı üçün mütləq mütəxəssisindən kömək istəyin.
* Həyatınızdakı stressi azaltmağa çalışın. Əsəbiləşmə və gərginlik bədəninizdəki bütün əzələlərin gərilməsinə gətirib çıxarar, əzələlərin sıxılmaları da boş yerə enerji xərcləyər.
Baş redaktorun məsləhəti:
Kökəlmək istəyən əziz xanımlarımız,bacardıqca ürəyinizi şən saxlayın,heç nəyə görə narahatlıq keçirib,ürəyinizə sıxıntı salmayın.Problemləri gözünüzdə kökəlmək adına kiçildin.Çox gülün,çox şənlənin,amma artığına qaçmayın ki,birdən özünüzü saxlaya bilməzsiniz və kilolar baş alıb gedər
Xəbəri zarafatla bitirirəm ki,indidən kökəlməniz başlasın.Sizə bu yolda uğurlar!!!
P.S.Saytımızda araşdırmalar aparib əziyyətlə xəbər hazırlayan müəlliflərin xəbərlərini kopyalayan digər qadin saytlarının rəhbərləri,
insafınız olsun,bizim xəbərləri dərc etdiyinizdə mənbəsini göstərin ki,Allaha da xoş getsin...
XƏBƏR LENTİ
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Kosmosa birə göndərilir
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
III dünya savaşı siqnalı
Çox istəyirəm…
Damla şokoladlı keks (foto resept)
Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib
Susmayan Bülbül
HAVA necə olacaq?-2 Mart
Dəbli ziyafət geyimləri
Badımcan ikrası (foto resept)
Papalar ilk dəfə təbrikləşdilər
Kəndə köçənlərə MÜJDƏ: Hər ailəyə 70 min verəcəklər
Azərbaycanda yağış yağacaq
Qəlb hüzuru üçün namaz
Avropanın ən ucuz qış xizək kurortu məlum oldu - FOTO
Nə gözəl idi uşaqlıq
Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va
Ərdoğan Putindən qisas aldı
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
Bakıda fantastik qiymətə it
Müharibələrin insanlara psixoloji təsirləri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Gündəmi silkələyən TQDK-nın statistikası
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Altıağaca gedən yol daha rahat olacaq - FOTO
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Azərbaycan ombudsmanı mükafat aldı
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Məşhur türk aktyoru "Emmy"də aparıcı oldu
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Sıla kökəldi-FOTO
Bibər tamatı (foto resept)
Alim Qasımovun səhhətində problem yarandı
Türkiyə prezidentinin Qarabağ arzusu
DİQQƏT: Bu telefonlarda "WhatsApp" işləməyəcək
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
XANIMLAR ÜÇÜN GEYİMLƏR
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Rəsmlərə bənzəyən insanlar
Hava haqqında - 21.11.2013
Sofi Terner ana oldu
Sabahın HAVAsı
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Azərbaycan filmləri qardaş ölkədə
- ŞƏRHLƏR