Demək olar ki, hər addımbaşı fitness klublar, gözəllik salonları və s. rast gəlirik. "Çox gözəl olmaq istəyirəm, formada olmaq istəyirəm" - tez-tez eşidtdiyimiz cümlələrdir. Formada olmaq nə deməkdir?
Formada olmaq - gündəlik işlərinizi yorulmadan, enerji dolu yerinə yetirmək, boş zamanlarınızda əyləncəli işlərlə məşğul olmaq və gözlənilməyən hadisələrə qarşı vücudunuzun hazır olmasıdır. Məsələn, arxasınca qaçdığınız avtobusa çatdıqdan və daxil olduqdan sonra yenə danışa bilirsinizsə, işdən yorğun gəldiyiniz halda ailəniz və övladlarınızla əyləncəli bir axşam keçirməyə gücünüz varsa, deməli, siz formadasınız.
"Fit" sözü ingilis sözü olub, ideal olmaq, formada olmaq mənasını verir. Gündəlik idmanla məşğul olan insanlar idmanla məşğul olmayan insanlardan fərqli olaraq daha rahat, daha sakit, daha sağlam həyata malikdirlər. Formada olmaq daha çox insanlar arasında ideal bədən görünüşünə sahib olmaq mənasında işlənilir. İdeal ölçülərə sahib olmaq formada olmağın sadəcə bir növüdür. Formada olmaq eyni zamanda həm sağlam vücuda, həm də sağlam düşüncə tərzinə malik olmaq deməkdir. Bir insanın "Mən formadayam" deməsi üçün aşağıdakı xüsusiyyətlərə malik olması gərəkdir:
1. Ürək-damar sisteminin sağlamlığı
2. Güclü olmaq
3. Cəld olmaq
4. İdeal vücud ahəngliyi
Bundan əlavə qan təzyiqinizin normal olması, sağlam qidalanma, gözəl yuxu və ideal çəki sağlamlıq üçün vacib olan şərtlərdəndir. Əgər siz həm də idmançısınızsa, yuxarıda qeyd etdiyimiz şərtlərə əlavə olaraq bunları da bilməlisiniz.
5. Qollarınız qüvvətli olmalı, sürətli qaça bilməli, qeyri-adi idman hərəkətlərini bacarmalısınız. Yaşlandıqca yuxarıda saydığımız bacarıqlarımızı bir-bir itiririk. Formada olan insanların və ya idmanı gündəlik həyat tərzinə çevirən insanların ürək-damar xəstəliklərindən əziyyət çəkməsi, iflic olmaq, şəkər xəstəliyindən, sümük əriməsi xəstəliyindən, bağırsaq və xərçəng xəstəliklərindən və depressiyadan əziyyət çəkmə və bir çox başqa xəstəliklə rastlaşması daha az olur. Belə insanlar yaşlılığın verdiyi fəsadlardan daha az əziyyət çəkirlər. Daha gümrah, daha cəld və sağlam olurlar.
Formada olmaq insanın psixi və ruhi cəhətdən də xoşbəxt və sakit olmağı üçün bir açardır. Gündəlik idman bütün həyatınıza müsbət təsir göstərəcəkdir. Əlbəttə ki, 20 yaşlı bir cavanın 45 yaşlı bir insanla etdiyi idman növləri fərqli olmalıdır. İdman növlərindən yoqa, aerobika, yüngül atletika və s. kimi məsləhət görülür.
Nə etməyimizdən asılı olmayaraq məqsədimiz psixi və fiziki cəhətdən sağlam olmaq, yəni formada olmaqdır. Bunun üçün bizə mütləq fitness klublara və ya gözəllik salonlarına getmək lazım deyil. Səhər-səhər yuxudan oyandıqdan sonra gözəl duş qəbul edib, sonra təmiz havada bir saat gəzmək (bəzən də qaça bilərik), sevdiyimiz musiqiyə qulaq asmaq və bu musiqi sədaları altında rəqs etmək, sevdiyimiz kitabları oxumaq və sevdiyimiz verlişləri izləmək, bizə zövq verən hərəkətləri etmək sağlamlıq deməkdir.
Sonda hər kəsə daim sağlam olan həyat arzu edirəm.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR