Qadin.NET / Formada olmaq nə deməkdir?

Formada olmaq nə deməkdir?

Formada olmaq nə deməkdir?

Demək olar ki, hər addımbaşı fitness klublar, gözəllik salonları və s. rast gəlirik. "Çox gözəl olmaq istəyirəm, formada olmaq istəyirəm" - tez-tez eşidtdiyimiz cümlələrdir. Formada olmaq nə deməkdir?

Formada olmaq - gündəlik işlərinizi yorulmadan, enerji dolu yerinə yetirmək, boş zamanlarınızda əyləncəli işlərlə məşğul olmaq və gözlənilməyən hadisələrə qarşı vücudunuzun hazır olmasıdır. Məsələn, arxasınca qaçdığınız avtobusa çatdıqdan və daxil olduqdan sonra yenə danışa bilirsinizsə, işdən yorğun gəldiyiniz halda ailəniz və övladlarınızla əyləncəli bir axşam keçirməyə gücünüz varsa, deməli, siz formadasınız.

"Fit" sözü ingilis sözü olub, ideal olmaq, formada olmaq mənasını verir. Gündəlik idmanla məşğul olan insanlar idmanla məşğul olmayan insanlardan fərqli olaraq daha rahat, daha sakit, daha sağlam həyata malikdirlər. Formada olmaq daha çox insanlar arasında ideal bədən görünüşünə sahib olmaq mənasında işlənilir. İdeal ölçülərə sahib olmaq formada olmağın sadəcə bir növüdür. Formada olmaq eyni zamanda həm sağlam vücuda, həm də sağlam düşüncə tərzinə malik olmaq deməkdir. Bir insanın "Mən formadayam" deməsi üçün aşağıdakı xüsusiyyətlərə malik olması gərəkdir:

Formada olmaq nə deməkdir?

1. Ürək-damar sisteminin sağlamlığı

2. Güclü olmaq

3. Cəld olmaq

4. İdeal vücud ahəngliyi

Bundan əlavə qan təzyiqinizin normal olması, sağlam qidalanma, gözəl yuxu və ideal çəki sağlamlıq üçün vacib olan şərtlərdəndir. Əgər siz həm də idmançısınızsa, yuxarıda qeyd etdiyimiz şərtlərə əlavə olaraq bunları da bilməlisiniz.

5. Qollarınız qüvvətli olmalı, sürətli qaça bilməli, qeyri-adi idman hərəkətlərini bacarmalısınız. Yaşlandıqca yuxarıda saydığımız bacarıqlarımızı bir-bir itiririk. Formada olan insanların və ya idmanı gündəlik həyat tərzinə çevirən insanların ürək-damar xəstəliklərindən əziyyət çəkməsi, iflic olmaq, şəkər xəstəliyindən, sümük əriməsi xəstəliyindən, bağırsaq və xərçəng xəstəliklərindən və depressiyadan əziyyət çəkmə və bir çox başqa xəstəliklə rastlaşması daha az olur. Belə insanlar yaşlılığın verdiyi fəsadlardan daha az əziyyət çəkirlər. Daha gümrah, daha cəld və sağlam olurlar.

Formada olmaq nə deməkdir?

Formada olmaq insanın psixi və ruhi cəhətdən də xoşbəxt və sakit olmağı üçün bir açardır. Gündəlik idman bütün həyatınıza müsbət təsir göstərəcəkdir. Əlbəttə ki, 20 yaşlı bir cavanın 45 yaşlı bir insanla etdiyi idman növləri fərqli olmalıdır. İdman növlərindən yoqa, aerobika, yüngül atletika və s. kimi məsləhət görülür. 

Nə etməyimizdən asılı olmayaraq məqsədimiz psixi və fiziki cəhətdən sağlam olmaq, yəni formada olmaqdır. Bunun üçün bizə mütləq fitness klublara və ya gözəllik salonlarına getmək lazım deyil. Səhər-səhər yuxudan oyandıqdan sonra gözəl duş qəbul edib, sonra təmiz havada bir saat gəzmək (bəzən də qaça bilərik), sevdiyimiz musiqiyə qulaq asmaq və bu musiqi sədaları altında rəqs etmək, sevdiyimiz kitabları oxumaq və sevdiyimiz verlişləri izləmək, bizə zövq verən hərəkətləri etmək sağlamlıq deməkdir.

Formada olmaq nə deməkdir?
Formada olmaq üçün bizə lazım olan idman alətlərindən bir neçəsi bunlardır:
- İdman alətləri dəsti
- İdman velosipedləri (əl və ayaq üçün)
- Eliptik velosiped
- Qaçış trenajoru
- Stepper (pilləli) trenajoru
- Sərbəct ağırlıq sistemləri
- İdman təkərləri 
- İdman topları
- İdman alətləri

Sonda hər kəsə daim sağlam olan həyat arzu edirəm.

21 dekabr 2013
GO BACK