İçmənin də bir vaxtı var. Necə ki, sağlam qidalanmada nahar yeməyinin müəyyən bir vaxtı olur, maye qəbulunun da müəəyyən saatları var. Xüsusilə qızmar istidə çox susayırıq. Susadıqca içirik, içdikcə susayırıq. Bəs heç düşünmüsünüzmü niyə bu qədər susayırıq? Səbəbi odur ki, su ehtiyatı bitdikdə orqanizm beynə siqnal verir və nəticədə biz susayırıq.
Su orqanizmin öz vəzifəsini yerinə yetirməsi üçün lazım olan əsas ehtiyaclardan biridir. Bədənimizin yüzdə altmışından çoxu sudur. İstər tərləmə, istərsə də, böyrəklər, nəfəs alıb-vermə zamanı bədəndən atılan suyun su içərək geri alınması sağlamlığımız baxımından çox vacibdir. Əks təqdirdə susuz qalan orqanizmdə pozğunluqlar baş verə bilər. Normalda orqanizmin su itkisi çəkinin yüzdə 0.2-si qədər olmalıdır. Məsələn 55 kq çəkisi olan bir qadının su itkisi 110 q olmalıdır. Ancaq su itkisi 0.5 olduqda susuzluq ortaya çıxır.
Bol-bol su için.
Yaz-yay aylarında bol su içmək lazımdır. Çünki digər mövsümlərə nisbətən bu aylarda daha çox tərləyərək, daha çox maye itiririk. Üstəlik isti hava bədəndə həddindən artıq istiləşməyə gətirib çıxarır. Bu vəziyyətdə bədəndəki su, dəridəki məsamələr vasitəsiylə çölə çıxdıqda (tərlədikdə), bədənin daxili və xarici istiliyi tarazlıqlanır və isti havaya daha asan uyğunlaşmanı təmin edə bilirik. Ancaq az su içirsinizsə, sağlamlığınız təhlükədədir deməkdir. Bu vəziyyətdə tərləmə mexanizmi vəzifəsini kifayət qədər davam etdirə bilməz.
Həddindən artıq su zərərlidirmi?
Su içmək faydalıdır. Amma bunun da bir həddi var. Əgər gündə 3 litrdən çox su içirsinizsə, toxluq və həddindən artıq şişlik ola bilər. Bu da sağlamlığınız üçün lazımlı təməl maddələrin (makaron, tərəvəz və balıq) alışına maneə törədə bilir. Həm də həddindən artıq suya reaksiya verən hüceyrələr mineralların böyrəklər və tər yoluyla atılımasını sürətləndirib böyrəklərin yorulmasına və mineral əskikliyinə gətirib çıxarır. Hələ bir də az duzlu bir diyet tətbiq olunsa, ayaqlarda kramp və yorğunluq kimi problemlər ortaya çıxa bilir.
Dəyişik mayelər qəbul edin
Normal bir qidalanma proqramı ilə bədənimiz gündə təxminən bir litr su qəbul edir. İdealı isə gündə təxminən 2.5 litr sudur.Əsas içkimiz su olsa da, sağlamlığımız üçün gün ərzində digər içkilərə də üstünlük verməliyik. Çünki orqanizmin sudan başqa mayelərə də ehtiyacı var. Ancaq hər içkinin bir saatı var. Orqanizmin gün ərzindəki tələblərinə ən yaxşı cavabı verə biləcək içkini içmək qədər, nə vaxt içmək lazım olduğunu da bilməkdə fayda var. Qısaca susadıqca içmək kafi deyil. Doğru zamanda doğru içkini seçmək vacibdir.
Saat 08.00
Oyananda 1 stəkan ilıq su üçün.
Bunun səbəbi nədir? Orqanizm gecə boyunca toksin və artıq maddələr istehsal edir. Bu maddələrin bədəndən atılımasını asanlaşdırmaq və bədənin istilik mexanizmini gün boyunca tarazlaşdırmaq üçün səhər erkən saatlarda maye qəbul etmək çox faydalıdır.
Nə içməlisiniz? Otaq istiliyində saxlanılmış 1 stəkan su içmək böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni toksin və artıqlardan təmizləyir. Dəriyə hamar bir görünüş qazandırır. İstəsəniz su yerinə sidik qovucu və toksin atıcı xüsusiyyətlər ehtiva edən bitki mənşəli çaylar da içə bilərsiniz.
Məsləhət:
Çəki probleminiz varsa, içdiyiniz ilıq suya bir neçə damla limon suyu və ya qreyfurut suyu damladıb qarışdırın.
Bitki mənşəli çay hazırlamaq üçün;
2 çay qaşığı parçalanmış moruq yarpaqlarını 1 çay fincanı qaynar suda 15 dəqiqə saxlayıb süzün. Çayı ilıq içinn.
Bir başqa alternativ isə;
20 qr radika yarpağı, 10 qr qayınağacı yarpağı və 10 qr atquyruğu yarpağını parçalayaraq 1 fincan qaynar suda 10 dəqiqə saxlayın və süzün. İlıq olaraq için.
Naharda 1 fincan qəhvə için.
Günün ilk hissəsində yəni naharda enerji verən bir içki seçin. Bu günortaya qədər sizi formada tutmalı, zehini xəbərdar etməli və konsentrasiyanı artırmalıdır.
Nə içməlisiniz? Qəhvə sinir sistemini xəbərdar edən maddələr ehtiva edir. Bu maddələr ani enerji verib, zehini açır və konsentrasiyanı artırır. Həm də maddələr mübadiləsini sürətləndirir.
Məsləhət:
Qəhvə içməyi sevirsinizsə, susuzluğu aradan qaldıran sərinlədici bir içkiyə nə deyirsiniz? Bunun üçün tünd bir qəhvə hazırlayın, qəhvəyə 1 çay qaşığı şəkər qatıb soyumağa qoyun. Bir neçə təzə nanə yarpağı, 1 diş qərənfil və bir neçə parça buz əlavə edin. Soyuducuda 5 dəqiqə saxlayıb için.
Başqa bir alternativ;
Qəhvə fincanının dibinə bir az kakao səpin. Üzərinə 1 çay qaşığı espresso qəhvə əlavə edin. İsti süd töküb qəhvə əriyənə qədər qarışdırın. Yarım çay qaşığı damla şokolad ilə bəzəyib için.
Saat 10.30
1 stəkan təzə meyvə şirəsi için. Səhərlər saat 10:00 ilə 11:00 arasında bədənin su ehtiyatı azalır. Qan şəkəri düşür. Oganizmdə yorğunluq və konsentrasiya azalması baş verir. Bu mərhələdə bədənin yenidən bərpası lazımdır. Orqanizmi yenidən təzələyərək gücləndirəcək bəsləyici bir meyvənin suyu faydalı olar.
Nə içməlisiniz? Meyvə şirəsi xüsusilə isti havalarda tərlə itirilən vitamin və mineral duzlarının geri alışını təmin edir. Həmçinin meyvədə olan şəkər sayəsində enerji ilə təzyiqin qalxma və enməsi söz mövzusu olmur. Portağal, , albalı, ərik suyu, bananlı süd və ya çiyələkli süd içə bilərsiniz.
Məsləhət:
Əgər qüvvətli bir nahar etmədinizsə, ya da günorta yeməyini əlüstü yemək ilə keçirdinizsə, meyvə şirəsinə zülal və bol kalsium ehtiva edən qatıq və ya süd əlavə edin. Alternativ olaraq toksin atıcı və antioksidan xüsusiyyətli bir içki hazırlaya bilərsiniz. Yaşıl bibərin yarısı, 1 kərəviz sapı və qabıqları soyulmuş 1 pomidoru blendirdə əzin. Bir neçə buz parçası əlavə edin və için.
XƏBƏR LENTİ
Acı bibərin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Hər 40 saniyədə bir nəfər intihar edir
Praktik saç düzümü
Türkiyə Gözəli Geyimi ilə Diqqət Çəkdi-FOTO/VİDEO
Pamela Andersondan gözlənilməz paylaşım
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Adi qız məşhur modelə çevrildi: makiyaj "möcüzəsi"
Gürcüstan Gəncədə Baş konsulluq açır
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Papa o söz üçün 25 milyard aldı
Qadınlar üçün deyilmiş sözlər
HAVA necə olacaq?- 24 fevral
“Atiye”nin yayım tarixi bəlli oldu
Azad söz (6-cı hissə)
"Tropik həzzi" tortu (foto resept)
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord: Bir gündə iki mini keçdi
Hansı sulara üstünlük verək?
İqlim dəyişmələri Azərbaycanda bəzi bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq
Silahlı Qüvvələrimiz erməni mövqelərinə 140 atəş zərbəsi endirib
Doşablı keks (foto resept)
Kürən saçların baxımı
İnsan nələrə dözə bilmir? - 5 SON HƏDD
Qulaq estetik əməliyyatı (Çömçə qulaq)
Bu günün tarixi (04.01.2015)
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dəbli gəlin saç düzümləri
Quru meyvələrdən hazırlanmış piroq (foto resept)
Hər uşağa görə Beyonsa 5 milyon dollar ödəyir
Ürküdücü yerlər-2
Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
Düyü pəhrizi ilə günə 1 kq arıqla
"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"
Babasilin təbabətdə müalicə üsulları
Sürətli arıqlama insanı nə hala salır?
Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...
Bakıda mənzillər kəskin ucuzlaşdı
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Məşhur aktyor infarkt keçirdi
Məşhur rəssamın nəvəsi babasından acığını belə çıxır
Azərbaycanda təhsil müəssisələrində qidalanma ilə bağlı dövlət standartının tətbiqinə başlanır
Məşhur müğənni Azərbaycan rəqsi etdi-VİDEO
Naringinin bilinməyən faydaları
"Küləklə sovrulanlar"ın məşhur aktrisası öldü-FOTO
Qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alındı
Arıqladan kokteyllər - RESEPTLƏR
Ucuz Nokia Lumia 630 göstərildi
Azərbaycanda hava şəraiti dəyişəcək
Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət
- ŞƏRHLƏR