Qadin.NET / Nə vaxt nə içəcəyinizi bilin!

Nə vaxt nə içəcəyinizi bilin!

Nə vaxt nə içəcəyinizi bilin!

İçmənin də bir vaxtı var. Necə ki, sağlam qidalanmada nahar yeməyinin müəyyən bir vaxtı olur, maye qəbulunun da müəəyyən saatları var. Xüsusilə qızmar istidə çox susayırıq. Susadıqca içirik, içdikcə susayırıq. Bəs heç düşünmüsünüzmü niyə bu qədər susayırıq? Səbəbi odur ki, su ehtiyatı bitdikdə orqanizm beynə siqnal verir və nəticədə biz susayırıq.


Su orqanizmin öz vəzifəsini yerinə yetirməsi üçün lazım olan əsas ehtiyaclardan biridir. Bədənimizin yüzdə altmışından çoxu sudur. İstər tərləmə, istərsə də, böyrəklər, nəfəs alıb-vermə zamanı bədəndən atılan suyun su içərək geri alınması sağlamlığımız baxımından çox vacibdir. Əks təqdirdə susuz qalan orqanizmdə pozğunluqlar baş verə bilər. Normalda orqanizmin su itkisi çəkinin yüzdə 0.2-si qədər olmalıdır. Məsələn 55 kq çəkisi olan bir qadının su itkisi 110 q olmalıdır. Ancaq su itkisi 0.5 olduqda susuzluq ortaya çıxır.


Bol-bol su için.

Yaz-yay aylarında bol su içmək lazımdır. Çünki digər mövsümlərə nisbətən bu aylarda daha çox tərləyərək, daha çox maye itiririk. Üstəlik isti hava bədəndə həddindən artıq istiləşməyə gətirib çıxarır. Bu vəziyyətdə bədəndəki su, dəridəki məsamələr vasitəsiylə çölə çıxdıqda (tərlədikdə), bədənin daxili və xarici istiliyi tarazlıqlanır və isti havaya daha asan uyğunlaşmanı təmin edə bilirik. Ancaq az su içirsinizsə, sağlamlığınız təhlükədədir deməkdir. Bu vəziyyətdə tərləmə mexanizmi vəzifəsini kifayət qədər davam etdirə bilməz.

 

Nə vaxt nə içəcəyinizi bilin!

 

Həddindən artıq su zərərlidirmi?

 Su içmək faydalıdır. Amma bunun da bir həddi var. Əgər gündə 3 litrdən çox su içirsinizsə, toxluq və həddindən artıq şişlik ola bilər. Bu da sağlamlığınız üçün lazımlı təməl maddələrin (makaron, tərəvəz və balıq) alışına maneə törədə bilir. Həm də həddindən artıq suya reaksiya verən hüceyrələr mineralların böyrəklər və tər yoluyla atılımasını sürətləndirib böyrəklərin yorulmasına və mineral əskikliyinə gətirib çıxarır. Hələ bir də az duzlu bir diyet tətbiq olunsa, ayaqlarda kramp və yorğunluq kimi problemlər ortaya çıxa bilir. 

 

Dəyişik mayelər qəbul edin

Normal bir qidalanma proqramı ilə bədənimiz gündə təxminən bir litr su qəbul edir. İdealı isə gündə təxminən 2.5 litr sudur.Əsas içkimiz su olsa da, sağlamlığımız üçün gün ərzində digər içkilərə də üstünlük verməliyik. Çünki orqanizmin sudan başqa mayelərə də ehtiyacı var. Ancaq hər içkinin bir saatı var. Orqanizmin gün ərzindəki tələblərinə ən yaxşı cavabı verə biləcək içkini içmək qədər, nə vaxt içmək lazım olduğunu da bilməkdə fayda var. Qısaca susadıqca içmək kafi deyil. Doğru zamanda doğru içkini seçmək vacibdir. 

Saat 08.00

Oyananda 1 stəkan ilıq su üçün.

Bunun səbəbi nədir? Orqanizm gecə boyunca toksin və artıq maddələr istehsal edir. Bu maddələrin bədəndən atılımasını asanlaşdırmaq və bədənin istilik mexanizmini gün boyunca tarazlaşdırmaq üçün səhər erkən saatlarda maye qəbul etmək çox faydalıdır.

 

Nə içməlisiniz?   Otaq istiliyində saxlanılmış 1 stəkan su içmək böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni toksin və artıqlardan təmizləyir. Dəriyə hamar bir görünüş qazandırır. İstəsəniz su yerinə sidik qovucu və toksin atıcı xüsusiyyətlər ehtiva edən bitki mənşəli çaylar da içə bilərsiniz. 

 

 Məsləhət:

Çəki probleminiz varsa, içdiyiniz ilıq suya bir neçə damla limon suyu və ya  qreyfurut suyu damladıb qarışdırın.

Bitki mənşəli çay hazırlamaq üçün;

2 çay qaşığı parçalanmış moruq yarpaqlarını 1 çay fincanı qaynar suda 15 dəqiqə saxlayıb süzün. Çayı ilıq içinn.


Bir başqa alternativ isə;

20 qr radika yarpağı, 10 qr qayınağacı yarpağı və 10 qr atquyruğu yarpağını parçalayaraq 1 fincan qaynar suda 10 dəqiqə saxlayın və süzün. İlıq olaraq için. 


Naharda 1 fincan qəhvə için.

Günün ilk hissəsində yəni naharda enerji verən bir içki seçin. Bu günortaya qədər sizi formada tutmalı, zehini xəbərdar etməli və konsentrasiyanı artırmalıdır.

 

Nə içməlisiniz?   Qəhvə sinir sistemini xəbərdar edən maddələr ehtiva edir. Bu maddələr ani enerji verib, zehini açır və konsentrasiyanı artırır. Həm də maddələr mübadiləsini sürətləndirir.

 

Məsləhət:

Qəhvə içməyi sevirsinizsə, susuzluğu aradan qaldıran sərinlədici bir içkiyə nə deyirsiniz? Bunun üçün tünd bir qəhvə hazırlayın, qəhvəyə 1 çay qaşığı şəkər qatıb soyumağa qoyun. Bir neçə təzə nanə yarpağı, 1 diş qərənfil və bir neçə parça buz əlavə edin. Soyuducuda 5 dəqiqə saxlayıb için.

 Başqa bir alternativ;

Qəhvə fincanının dibinə bir az kakao səpin. Üzərinə 1 çay qaşığı espresso qəhvə əlavə edin. İsti süd töküb qəhvə əriyənə qədər qarışdırın. Yarım çay qaşığı damla şokolad ilə bəzəyib için.

Nə vaxt nə içəcəyinizi bilin!

Saat 10.30

1 stəkan təzə meyvə şirəsi için. Səhərlər saat 10:00 ilə 11:00 arasında bədənin su ehtiyatı azalır. Qan şəkəri düşür. Oganizm yorğunluq və konsentrasiya azalması baş verir. Bu mərhələdə bədənin yenidən bərpası lazımdır. Orqanizmi yenidən təzələyərək gücləndirəcək bəsləyici bir meyvənin suyu faydalı olar.

 

Nə içməlisiniz? Meyvə şirəsi xüsusilə isti havalarda tərlə itirilən vitamin və mineral duzlarının geri alışını təmin edir. Həmçinin meyvədə olan şəkər sayəsində enerji ilə təzyiqin qalxma və enməsi  söz mövzusu olmur. Portağal, , albalı, ərik suyu, bananlı süd və ya çiyələkli süd içə bilərsiniz.

Məsləhət:

Əgər qüvvətli bir nahar etmədinizsə, ya da günorta yeməyini  əlüstü yemək ilə keçirdinizsə, meyvə şirəsinə zülal və bol kalsium ehtiva edən qatıq və ya süd əlavə edin. Alternativ olaraq toksin atıcı və antioksidan xüsusiyyətli bir içki hazırlaya bilərsiniz. Yaşıl bibərin yarısı, 1 kərəviz sapı və qabıqları soyulmuş 1 pomidoru blendirdə əzin. Bir neçə buz parçası əlavə edin və için.

 

4 noyabr 2012
GO BACK