Kəpəz TV (Region TV) xəbər verir ki, düşmənlə təmas xəttində şəhid olan daha iki əsgər bu gün doğulub boya-başa çatdıqları Şəmkir rayonunda dəfn edilib. Kür qəsəbəsində və Düyərli kəndində kütləvi insan izdihamı hərbçilərimizə olan ehtiramı nümayiş etdirib.Tovuz sakini, 20 yaşlı Vüsal Alıyev cəbhənin Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidlə vida mərasimi uzun illər yaşadığı Şəmkirin Kür qəsəbəsində baş tutub. Şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığı barədə Vüsal Alıyevin dəfn mərasiminə toplaşanlar söz açıblar. Düşmənə layiqli müqavimət göstərən əsgər 2014-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb və ehtiyata buraxılmasına bir neçə gün qalıbmış. Şəhidin nəşi kütləvi insan axınının müşayiəti ilə Kür qəsəbə qəbristanlığına gətirilib. Tabutun büküldüyü Azərbaycan bayrağı Vüsal Alıyevin ailə üzvlərinə təqdim olunub. Dövlət himninin sədaları altında yaylım atəşi açılıb.
İlham Ələkbərov - şəhidin atası: "Mənim oğlum şəhid olduğu üçün mən onunla qürur duyuram. Ona görə ki, mənim oğlum vətən üçün canından keçdi. Mən iki oğlumun birini itirdim. Onlar əkiz qardaşlar idi. Vətən sağ olsun!"Vüqar Əliyev - şəhidin qardaşı: "Allah bütün şəhidlərimizə rəhmət etsin! Mənim qardaşım mərdliklə döyüşdü, sonda isə vətən yolunda şəhid oldu. Onun qanı yerdə qalmayacaq. İnşallah, sona qədər gedib, şəhidlərimizin qısasını alacağıq. Bunu biz etməyəndə kim edəcək?!" 2015-ci ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən ordu sıralarına göndərilən Altun Dəmirli isə Tərtər istiqatində gedən döyüşlərdə fədəkarlıq nümayiş etdirirək həlak olub. Düyərli kəndində şəhid son mənzilə qəhrəman kimi yola salınıb. 19 yaşlı Altun Dəmirlinin ailə üzvlərinə başsağlığı verilib.Fərman Dəmirli - şəhidin atası: "Mənim oğlum hələ 16 yaşında ərizə yazıb, cəbhəyə getmək istəyirdi. O həmişə deyirdi ki, gedib Qarabağı mən alacağam. Mənə deyirdi ki, ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən. Bütün şəhidlərimizə Allah rəhmət etsin!" Altun Əmirli Düyərli kənd qəbristanlığında Dövlət himninin sədaları ilə, yaylım atəşi altında torpağa tapşırılıb. Enməzliyi uğrunda canından keçdiyi Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əlavə reallıq eynəyi göstərildi
Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı
Ukraynanın baş naziri istefaya gedir?
XİN: “Qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyil”
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Menstruasiya dövründə bunları etməyin!
Qurbanlıq heyvanın qanından alına sürtmək olarmı?
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olundu
Bakının mərkəzində xeyriyyə köşkləri quruldu
Milli komandamız gerilədi
“Çukur”da yeni aktyor-FOTO
Makiyajsız məşhurlar
İlin mahnısı oğurluq çıxdı - Tarkana şok
Hava haqqında
Qadın.Net-dən öyrəndiklərim
“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallar təsis ediləcək
Hündürdaban ayaqqabılar
Koronavirusun müalicəsində istifadə edilən dərmanlar bu orqanı sıradan çıxarır
16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm
Təhsil müəssisələrində bunların istifadəsi dayandırılır
Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir
Hər tüstüdə ölümə doğru bir addım
Tənha qadın...
2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
Uşaqlar üçün yeni ilə aid saç düzümləri
Təhsil Nazirliyindən orta məktəb məzunlarını sevindirəcək qərar
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Azərbaycanda son 5 ilin 33 ən populyar adı
Ramil Quliyevin çıxışı “50 qızıl an”a düşdü - VİDEO
Gələn il hansı bürcü nə gözləyir?
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
Ekspert: 1 dollar 3-5 manat ola bilər
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
İlham Əliyev Almaniyada
Azərbaycanda saat 21:00-dan sonra küçəyə çıxmaq yasaqlanır?
Ispanaq piroqu(foto-resept)
Baxımlı qadının 18 gözəllik vərdişi
Buterbrodlar
Naz Elmas ekranlara qayıdır - FOTO
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Göygölün 5 küçəsi qoruğa çevrilir
Üç gün iş olmayacaq
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
"IV İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq"
Linda Hallberqdən yeni makiyaj ideyaları
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı














