Kim ki, binalarda yaşayır belə bir mənzərə ilə tez-tez rastlaşır və ya heç olmasa özü bir dəfə bunu edib - eyvanda kabab bişirib. Bunu paytaxt sakinləri əsasən yaz və payız aylarında etməyi xoşlayırlar. Oturursan mənzilində, birdən burnuna xoş bir qoxu gəlir. Səndemə qonşu çıxıb eyvanına kabab bişirir. Amma bunu edənlər hansı təhlükə ilə üz-üzə olduğunu düşünmürlər.
Qadin.Net xəbər verir ki, ARB TV əməkdaşları məsələ ilə bağlı maraqlı sujet hazırlayıblar.
Sakin: "Mən bişirəndə bişirirəm, niyə bişirmirəm? 8-də, 9-cu mərtəbədə bişirirəm, adamın ürəyi istəyəndə çəkir də kabab, burda nə var ki?".
Sakin: "Sağlam düşünən insan mənə elə gəlir ki, eyvanda kabab çəkməz".
Sakin: "Bu son dərəcə təhlükəlidir, ikinci bir baxımdan öz qonşularına da narahatçılıq verir".
Söhbət bu mənzərədən gedir, Yeni Yasamalda, 18 mərtəbəli binalardan birinin 12-ci mərtəbəsində heç bir təhlükəsizlik tədbirləri nəzərə alınmadan manqal yandıran sakin kabab bişirir. Elə bir mənzərə yaranır ki, qoxusunu almasan yanğın baş verdiyini düşünüb xilasedici çağırarsan.
Əslində yüzlərlə göydələnlərin olduğu paytaxtda bu kimi hallar tez-tez baş verir. Təbii ki, yeni binalara nəzarət dedikdə ağıla ilk gələn komendant olur.
Firəngiz Ziyadova - MTK rəsmisi: "Biz nəzarət edirik, əlbəttə ki, nəzarət var. Bizim binamızda bu məsələ ilə bağlı həmişə sakinlərlə əlaqə saxlanılır ki, balkonlarda ocaq qalamaq, kabab bişirmək olmaz".
Amma bu cür xəbərdarlıqlara məhəl qoymayanlar az deyil. Mənzildə kabab çəkənlərin gətirdiyi səbəb, yaxud bəhanə isə belə olur: Şəhər yerində başqa nə cür eləmək olar? İnsan bu vəziyyəti nə qədər başa düşməyə çalışsa da yanğın təhlükəsi barədə fikirləşəndə "yox" deyirsən.
Elnur Babayev - FHN-in şöbə rəisi: "Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati xətalar məcəlləsində 518-ci maddə mövcutdur və bu maddəyə əsasən vətəndaşlar inzibati məsuliyyətə cəlb oluna bilərlər. Belə bir hal aşkar olunarsa və ya istər qonşusu, istər başqa vətəndaş tərəfindən 112 qaynar xəttinə və ya yazılı sürətdə bizə müraciət olarsa əməkdaşlarımız tərəfindən məsələyə çevik reaksiya veriləcək və bu məsələyə münasibət bildiriləcək".
Deməli binanın eyvanında kabab bişirən şəxsin həmin an qulağı səsdə olsa yaxşıdır. Çünki ətrafa yayılan tüstü səbəbindən hər an əraziyə yanğınsöndürən briqada gələ və hadisənin necəliyindən asılı olmayaraq tüstünün mənbəyinə müdaxilə edə bilər. Təxminən, məşhur filmdə olduğu kimi.
XƏBƏR LENTİ
"Zodiak" salatı (foto resept)
HAVA necə olacaq?- 11 APREL
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Alimlər dərini beyinə çevirdilər
Böyük sinəli xanımlar necə geyinməlidir?
Keytin bu paltarı çox bəyənildi - FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Əfv Komissiyasının iclası keçirildi
Ovuntulu bulka (foto resept)
Karantinə fərqli yanaşma-FOTO
Varlılar və yoxsullar arasında fərq artır
Dahilərdən gözəl sözlər - 12
Hər kəsin qorxduğu qadın-FOTO
Siqaret yenidən ucuzlaşdı
Mozaik şəkillər
Koronavirus xəstələrinin saçı niyə tökülür?
Günün ulduz falı
Günün qoroskopu: Dostların qədrini bilin
Qadına şiddət olmaz!
Evdə idman etməyin faydaları
Ramazanın 12-ci gününün duası
Gənclər üçün ailə paketləri
Stress qırığı nədir?
Şahzadə Harri və Meqan Markldan GÖZLƏNİLMƏZ ADDIM
Günün ulduz falı
Yumurtalı tava tostu (foto-resept)
Boyun yırtıqlarının əmələ gəlmə səbəbləri
Məşhurlardan 6 gözəllik trendi
İki üzük...
Küçədə oxuyan musiqiçiyə min dollar bəxşiş verdi
Nazirlik xəbərdarlıq etdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-40
Əgər onda bu xüsusiyyətlər varsa, diqqətli olun!
11 min tamaşaçı "Çukur"dan şikayət etdi-FOTO
Tədris saatının azalması müəllimlərin əməkhaqlarına təsir edəcək? - RƏSMİ
Prezident manatla bağlı vətəndaşlara müraciət etdi
Uşaq ensiklopediyası
Ailəsinin qürur mənbəyi olan qazimiz: “Mərmi yanımda partladı, eşitmə qabiliyyətimi itirdim” - VİDEOREPORTAJ
Gəlinlər üçün saç modelləri
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Ömrü uzadan vərdişlər
Ətli şorba (foto resept)
Qışda yeyilməsi lazım olan ərzaqlar
Bu peşələr yox olur
Bakıda tıxaca səbəb olan piyada keçidləri
2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
Google Glass sərnişinlərə xidmət edəcək
Hava haqqında - 14.09.2013
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Elastik smartfon bilərzik nümayiş olundu - VİDEO














