ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.
O, bildirib ki, bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktikaAzərbaycanda tətbiq edilməlidir. "Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin.
2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir", - deyə İlham Əliyev bildirib.
Prezident bəyan edib ki, geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilib: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər.
Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir".
Prezidentin sözlərinə görə, indiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb: "Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hacıqabulda qaz xəttində yanğın - YENİLƏNİB + VİDEO
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq
90-ci illərin trend olan saç düzümləri
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Olmayan intim həyat ölümcüldür
Çerkez mantısı ( foto resept)
Günün qoroskopu: Təxəyyülü işə salın!
Daha bir türk serialı başlayır
Baharı xatırladan aksesuarlar
Qadın omba əməliyyatında öldü-FOTO
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Dəmirdən heykəllər
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
Uşaqları maska taxmağa necə razı salmalıyıq?
Bürclər hansı aksesuarları sevər?
Diş çəkdirərkən öldü, tabutda dirildi
Ən yaxşı ağardıcı maskalar
Riyaziyyat bəyi şoka saldı
Brad Pitt hansı qadınlara aşiq olur?
Koronavirusa görə çəkilən sosial VİDEO izlənmə rekordu qırır
15 ay işlədi – 58 milyon qazandı
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib - FOTO
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Ruhlar haqqında
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Sabah qar yağacaq
Qışda artıq çəki probleminin həlli
“Nuhun gəmisi” yenidən qurulur
HAVA necə olacaq? 7 İyun
İlker Kaleli və Biran Damlanın sevgisi
Rusiya vətəndaşlığı almaq asanlaşdı
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
"Ermənilər digər əraziləri də işğal ediblər"
Demetin evini yardılar
Mioplopita-Yunan alma piroqu (foto resept)
Koronavirusdan qorxan gözəllik yarışmasının qalibi saçlarını kəsdi - FOTO
Azərbaycanın daha bir incisi
Serenay “Yasak elma”da rol alacaq?
Evlilikdən sonra kişilər niyə belə olurlar?
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Ən gözəl dəvə seçildi
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Bəşəriyyəti lərzəyə salan xəstəlik yoxa çıxmaq üzrədir














