"Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar".
ANS PRESS-in məlumatına görə, bunu Nazirlər Kabinetinin son iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər."Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır", - deyə prezident bildirib.
İlham Əliyev onu da qeyd edib ki, nağd pul dövriyyəsi sferası azaldılmalıdır. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.Dövlət başçısı bildirib ki, bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.
"Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq", - deyə İlham Əliyev bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Aleyna Tilki Bakıda
Google Mail-də yenilik var
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Gicitkənin saçlara faydası
HAVA necə olacaq?
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
“Vəhşi mələk” Rusiya vətəndaşlığı almaq istəyir - FOTO
Dünyanın ən qeyri-adi tikililəri
"Canlı Ken"in 10 il əvvəlki fotoları yayıldı - FOTO
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Payız gəlinlərinin gül buketləri
Xankəndində güclü partlayışlar və pulemyot səsləri
Bakıda yeni ölü dirildənlər
Qabaqlı toyuq kotleti (foto resept)
Nazirlik rəsmisindən karantinin yumşaldılmasının fəsadları ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-dan Google bombası
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Rus dili - Дд
Hyustonun qızı ölüm ayağında
Hollaniyalı Anna canlı yayımda müsəlman oldu-FOTO
Bakı metrosunda sıxlığın qarşısı belə alınacaq
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
22 ildir, dəyişməyən aparıcı - FOTO
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Corc Sorosdan böhran xəbərdarlığı
Messinin ən böyük arzusu
Avropadan Fələstinə dəstək
BÜRCLƏR bizə nə vəd edir?-18 İyul
Sağlam qocalın(1)
Günün ulduz falı - 21.01.2014
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Geyim dəstləri
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Prezidentdən MTN-lə bağlı SƏRƏNCAM
Binaların fasadları üçün “ağıllı” günəş stansiyası hazırlandı
Xərçəngdən qoruyan vitaminlər
Azərbaycanda niyə uşaqlar üçün TV kanalları yoxdur?
Bu aydan bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
Xoşbəxt insanların sirri
Vanqa haqqında bilmədikləriniz
Niyə köhnə fotolarda heç kəs gülmür?
21 günə arıqla
BÜRCLƏR bizə nə vəd edir? - 28 fevral
İnsanlar niyə xəyanət edir?
"Time" jurnalına görə 2019-cu ilin ən yaxşı 10 filmi
"Qara qum" piroqu (foto resept)
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Obamanın qızı Harvardda oxumağa başladı














