Otuz iki yaşlı Zəhra Bakıda yaşayır və indiyə kimi çox nadir hallarda həkimə müraciət edib. Yalnız stomotoloq və mamaça-ginekoloq istisnadır.
Qalan dərdlərinə özü dərman tapmağa çalışır. ANS PRESS əməkdaşı ilə söhbətində Zəhra “Allah bol eləsin interneti” deyir: “Bütün dərdlərin dərmanı ordadır. Həmişə özüm-özümü müalicə eləmişəm. Həkimə müraciət edəndə həm vaxtın, həm də pulun gedir. Həkimlər firmalara işləyir. Pul xətrinə lazımsız bahalı antibiotikləri yazıb dodururlar, ortada sağlamlığın da gedir”.
Amma Zəhranın özü də elə sağlam görünmür. Çox kökəlib və yaşıdlarından xeyli qoca görünür. Həm də onda iylərə qarşı kəskin həssaslıq yaranıb. Tanışları, qohumları qızı bu hala kortəbii özünümüalicə saldığını deyirlər. Düşünrlər ki, lazımsız dərmanlardan istifadə qızda metobolizmi pozub və onda iylərə qarşı həssaslıq yaradıb.
Əslində Zəhra tək deyil. ANS PRESS-in araşdırmasına görə, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə bu cür “zorən təbib” çoxdur və onlar “doktor Google”un xidmətlərindən istifadə etməklə müəyyən problemlərini həll etsələr də bütünlükdə, orqanzimlərinə zərər vurmaqda davam edirlər. Yaxın gələcəkdə bu problemin daha da dərinləşəcəyi güman edilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşan bir layihə bu ictimai bəlanı gücləndirə bilər.
Söhbət Azərbaycanda xəstəliklərə diaqnoz qoyulması üçün elektron sistemin yaradılmasından gedir. “Doctormap” layihəsinin reallaşdırılmasına fond tərəfindən 20 min manat vəsait ayrılıb və yaxın vaxtlarda onun həyata keçəcəyi güman edilir. Yəni xəstə kompüterin qarşısında oturacaq və simtomlarına görə özünə diaqnoz qoyacaq. Daha sonra sistem vasitəsi ilə hansı həkimə müraciət etməyin vacib olduğunu öyrənəcək.
İlk baxışdan hər şey əladır. Amma beynəlxalq praktika göstərir ki, reallıqda heç də hadisələrin inkişafı arzuolunan kimi getmir. Rusiyanın mətbuat və kütləvi kommunkasiyalar üzrə federal agentliyinin Təhlükəsiz İnternet Mərkəzinin məlumatına görə, insanlar bu cür saytlarda öz xəstəliklərini müəyyən etdikdən sonra “özünü müalicəyə” başlayırlar. İnternetdə müəyyən sağlamlıq səhifələrini arayaraq dərdlərinə dəman tapmağa çalışırlar. Mərkəzin araşdırmasına görə, özünü müalicə ustalarının ilk müraciət etdiyi mənbə “Vikipediya” kimi elektron kitabxanalardır: “İnternetdə tapılmış məlumat heç də həmişə gerçəyə uyğun gəlmir və yardım etmir. İstifadəçilər tərəfindən dərc olunan kontent çox vaxt qeyri-dəqiq olur, istifadəçinin subyektiv fikrini ifadə edə bilər”.
Eyni sözü müəyyən xəstəliklərin forumlarda müzakirəsinə də aid etmək olar: “Sadə istifadəçilərin ünsiyyət qurduğu forumlarda bir qayda olaraq fərdi fikirlər və subyektiv rəylər dərc olunur. Bir insan üçün fayda vermiş bir təcrübə başqa insan üçün ölüm gətirə bilər. Forumların ən təhlükəli tərəfi isə üzvlərinin əksəriyyətinin özünü mütəxəssis saymasıdır”,- deyə Təhlükəsiz İnternet Mərkəzinin açıqlamasında bildirilir.
Mərkəz internet istifadəçilərinə peşəkar tibbi saytlara da etibar etməməyi məsləhət görür: “Peşəkar saytlarda müəllifin əsas məqsədi oxucunu hansısa preaparatı və ya tibbi vasitəni almağa motivasiya etməkdir”. Yəni belə saytlar dərman firmaları ilə işləyən həkimlərdən daha təhlükəlidir. Adətən, həkimlər müəyyən bahalı dərmanlar yazan zaman, onun yan təsirlərini azaltmaq üçün vitamin kompleksi və s. yazırlar ki, xəstənin bədəninə ciddi zərər dəyməsin. Amma saytlar bunu etmir.
Lakin, bununla belə, Azərbaycan həkimləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu yeni layihəsini müsbət qarşılayırlar. “Yeni sistem əyalət yerləri üçün xüsusilə fayda verə bilər. Adətən kənd yerlərində bütün sahələri əhatə edən həkimlər olmur və xəstəni Bakıya gətirməli olurlar. İnternetlə özünə ilkin diaqnoz qoyan xəstə paytaxtda hansı xəstəxanaya, hansı həkimə müraciət edəcəyini əvvəlcədən müəyyən edir”,- deyə həkim-psixoloq Azad İsazadə ANS PRESS-ə bildirib.
Bu fikri RYTN-in layihəsinin rəhbəri Fərid Fərhadov da vurğulayır: "İlkin diaqnozun təyini “doctormap.az” səhifəsində mümkün olacaq. Sistemin istifadəçisinin onu narahat edən simptomları göstərməsi kifayətdir, bundan sonra sistem həkim-mütəxəssisi avtomatik olaraq müəyyən edəcək". “Doctormap”da xəstəxanaların və həkimlərin yerləşdikləri obyektlər də göstərilib. Sistemdə həkimlərin qeydiyyatı ödənişli əsasda aparılır. Gələcək planlara “Onlayn-aptek” modulunun da buraxılması daxildir.
Amma məsələnin məhz bu tərəfi özünü müalicə həvəskarlarını qaçırır. Yəni dərman şirkətlərinin və onlarla işləyən həkimlərin sistemi nəzarətə götürməsi elə də çətin olmayacaq. Təbii ki, özünü müalicə həvəskarları yenidən saytlara üz tutacaqlar. Yeri gəlmişkən, otuz iki yaşlı Zəhranın özünümüalicə həyatında yeni dalğa başlayıb. İndi o, həm internetdə köklüklə mübarizə üçün preparatlar axtarır, həm də hamilə qalmasından şübhələnir. İnternetdən oxuyub ki, hamilələrdə iybilmə qabiliyyəti güclənir. Amma ömründə intim həyat yaşamamış subay qız bunun necə baş verə biləcəyini anlaya bilmir.
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR