Qoç - cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz.
Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.
Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun.
Buğa - günün ilk yarısı fəaliyyət sahəsini seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq. Fəaliyyət prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri əvvəlcədən proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz.
Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın.
Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin yollarını arayın.
Əkizlər - günün ilk yarısında həyatınızda köklü dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli olun, kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər kənara çıxmaq olar.
Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək olar. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Əhvalınızın pis olduğu durumda nəyinsə müzakirələrinə başlamayın. Gərəksiz sözlər deməyinizin riski artıb.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Xərçəng - uğurlu zamandır. Azad fəaliyyət qrafikini seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri dəyərləndirin və təhlil edin. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Əsas işi qulaqardına vuraraq ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmayın.
Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən həzz almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün planlarınızı sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.
Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr edin.
Şir - daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.
Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.
İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər.
Axşam saatlarında açıq havada gəzintinin xeyri var.
Səhhətinizə diqqət verin.
Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.
Qız - ənənəvi fəaliyyət müstəvisindən bir qədər kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə yanaşı, zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən problemlərin həlli çətin deyil.
Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü azaltmaq olar. Bunun yolları da bəllidir.
Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir edəcək.
Axşam saatlarını açıq havada keçirin.
Tərəzi - ünsiyyətdə aktiv olun. Təkliyə can atmayın, tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan kənar qalmaq deyil. Səs-küylü ortamda başınız ağrıyacaq.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın. Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar arayın. Həyat məğlubları sevmir.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - maraqlı işlər zamanıdır. Qarşınıza çıxan müşküllərin çözülməsində qeyri-ordinar vasitələr və ya metodlardan yararlana bilərsiniz. İntuisiyanız güclü, hissləriniz kəskin olmalıdır. Hadisələrin yaxın perspektivdəki inkişaf istiqamətini müəyyənləşdirmək üçün aldığınız informasiyalardan istifadə edin.
Günün ikinci yarısında maraq dairəsində dəyişikliklər istisna deyil. Tərəfdaşlardan birinin iddiasını dinləyin. Nəticələr çıxarmağa tələsməyin. Avantüralara həvəs, risk istəyi sizi fəsadlı addımlara sövq etməməlidir.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - tələsik qərarlar verməyin, ilkin təəssüratlara aldanmayın. Maliyyə və əmlak məsələlərində diqqətli davranın. Mühüm saydığınız məsələnin həllinə başlamazdan əvvəl bütün detallardan hali olun. Taktikanızın praqmatik olmasına can atın.
Günün ikinci yarısında potensial tərəfdaşların sayını artıra bilərsiniz. Qıcıqlı, aqressiv olmayın. Sərtliyi çıxış yolu seçməyin. Həmkarlarınız və rəhbərliklə təmaslarda "qızıl orta"nı gözləyin. Neqativ hissləriniz önəmli işlərin gedişatına mənfi təsir edə bilər.
Oğlaq - günün ilk yarısı önəmli hadisələr vəd etmir. İşgüzar fəaliyyətinizdə yön dəyişdirməyə çalışmayın. Şəxsi həyatınızda bəzi hadisələr sizi təbdən çıxarmasın. Bəzi dolaşıq məişət və ya maliyyə məsələlərini həll etmək şansları yaranıb.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərdə sərinləşmə yarana bilər. Qısamüddətli müzakirələr, intensiv məsləhətləşmələr faydalıdır. Cari problemləri tərəfdaşlarla nəzərdən keçirin. Həmkarlarınızın rəylərini nəzərə alın.
Dolça - ənənəvi işlərlə məşğul olanda diqqətli və ehtiyatlı davranın. Məişət işlərini qulaqardına vurmayın. Texnika ilə işləyəndə bəzi nüansları mütləq nəzərə almalısınız. Səliqəli olun, təfərrüatları görməməzliyə vurmayın.
Günün ikinci yarısında hansısa asılılığın əsirinə çevrilməyin. Zərərli vərdişlərdən qurtulmağa çalışın. Problemlərin həllində qeyri-standart yolları seçin. Səhhətinizə fikir verin. Əhvalınızı pisləşdirə biləcək nüanslardan və insanlardan uzaq durun. Axşam saatlarını şən keçirin.
Balıqlar - günün ilk yarısından etibarən cari işlərin yerinə yetirilməsi ilə məşğul olun. Verdiyiniz vədləri yerinə yetirin. Mühüm danışıqlar, müzakirələr, görüşlərdə məntiqi davranın. Qarşı tərəfi anlamaq üçün müəyyən səylərin göstərilməsinə zərurət duyulur.
Günün ikinci yarısında diplomat olun. Görüşə gecikməyin. Tərəfdaş və ya şəriklərlə birgə öhdəliklərinizi yerinə yetirəndə astagəllik etməyin. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Yanlış qərar və ya səhvlərinizə reaksiya adekvatdır. Kimsədən inciməyin.
XƏBƏR LENTİ
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Çiyələkdən qurd çıxdı - Sosial media QARIŞDI/VİDEO
Evlənəcəyiniz insandan bunları soruşun
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Ermənilər Ağrı dağ tamahı
Daş-qaşlı ziyafət çantaları
Yaponlardan SAQQAL QADAДћASI
Saytların 45 faizində Facebook...
Bakıda xatirə pul nişanları buraxıldı
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
Həm idman, həm əyləncə
Bakıda 720 manata alça satılır
Amerikan salatı (foto resept)
Bakıda yağış və külək
Qəhvənin düzgün içilmə qaydası
Pitaya meyvəsi
Evlilikdə məntiqsiz düşüncə və inanclar
"Makiyajsız çirkinsən" deyən izləyicisini cavabı ilə susdurdu - FOTO
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO
BMW Z4 təqdim olundu
Günün ulduz falı
Koronavirusun ən təhlükəli əlaməti açıqlandı
Türkiyədə dərslərə fasilə verildi
Retro saç stili yenidən dəbdə!
Azərbaycana yeni vəzifə həvalə edildi
Saçlarımız tökülməsin
Qış papaqları
Dünyanın ən qəribə xəbərdarlıq lövhələri
Afrikalı model kainat gözəli oldu-FOTO
HAVA necə olacaq?
Hava haqqında - 11.08.2013
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
HAVA necə olacaq?- 27 APREL
Tələ
Əsgər analarının aksiyası Ermənistanı silkələdi
Bişmiş kəsmiklə qızardılmış çörək(foto resept)
Braziliyada nadir təbiət hadisəsi
Hansı hallarda SMS icazə tələb olunmur?
"Bakı 2015"in medalı
Əliyev və xanımı “Şahdağ”da
Yağları əridən içkilər
Hava haqqında
Mükəmməl ata olmaq üçün...
Varlı ərin C vitaminindən belə faydalı olmasının 11 sübutu
Hamiləlik dövründə bunlardan zövq alın
Bicsən, ya ağıllı? (Test)
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Əsla makiyajlı yatmayın!
Dadlı makaron (foto resept)
2019 gəlin makiyajı trendləri














