Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Teatrın yaradıcı heyəti əvvəlcə ustad sənətkarın məzarını ziyarət ediblər. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, əməkdar artist Ənvər Həsənov mərhum aktyorun qəbrinə gül dəstələri düzərək Yusif Vəliyev haqqında xatirələrini bölüşüblər.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, saat 19.00-da isə teatrda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib.
Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov olub.
İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.
Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, Əməkdar Artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov və başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığı, Azərbaycan teatrına verdiyi töhvələr, sənətkarın yüksək insani keyfiyyətlərini dilə gətiriblər.
Teatrın gənc və istedadlı aktyorları, əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun "Dünya" şeirini səsləndiriblər.
Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək yubileyin keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.
Gecədə aktyorun rol aldığı filmlərdən kadrlar, ifa etdiyi tamaşalardan görüntülər nümayiş etdirilib. Teatrın foyesində isə ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunub.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Masa arxasında edə biləcəyiniz idman hərəkətləri
Sürücələrə: "Yolu unudun"
Fironun maskası da yalanmış
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Eynəyini çıxartdı, hər kəs təəccübləndi-FOTO
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Salma Hayek ailəsindən danışdı-FOTO
"Bir Zamanlar Çukurovada" yeni aktrisa
ETİRAFLAR: "Haqqım olanı istəyirəm!"
Mehriban Əliyeva: "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir"
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
Sevgi naminə
Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda olub
6000 illik cins parça tapıldı
Yosunlardan bioyanacaq istehsal ediləcək
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub
Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu
Bürclər Emelenin qələmindən
2012-ci ilin yay ayaqqabıları
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Niderlandda azərbaycanlı tibb işçisi və oğlu koronavirusa yoluxdu - VİDEO
Yeni Quantanamo?
Müsabiqə - "8 möcüzə" - QALİBLƏR SEÇİLDİ!
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
İtin-pişiyin nə xeyri var?
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Azərbaycanın dövlət saytları çökdü
“ASAN xidmət”dən təqdimat
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Günün qoroskopu: kredit götürməyin!
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
İsveç keksi (foto resept)
Vanqadan qan donduran proqnozlar
Xaricə axan beynimiz
Xərçəngin düşməni olan quru meyvələr
ÜST rəsmisindən Azərbaycan xalqına ÇAĞIRIŞ: “Qış aylarında...”
Dərsliklər satışda
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Plastik əməliyyatlar "Aşk-ı Memnu"nun Cəmiləsini belə dəyişdi - FOTO
Məhərrəm ayı ilə bağlı fətva verildi
Eksklüziv Hyundai Veloster
Narkoz ölüm dadırmı?
Azərbaycanda Ebola virusu ilə bağlı palatalar yaradıldı
Bakının yeni dostu
Bakının mərkəzi avtomobillərin hərəkəti üçün 2 gün bağlı olacaq
İrina Şeykdən fərqli FOTO
Qarakənd faciəsinin ağ ləkələri














