
"Gedib xarici ölkədə təhsil aldım ki, gəlib öz ölkəmə xeyir verim. Ancaq 6 aydır ki, hara gedirəmsə qapılar üzümə bağlanır. Hara gedirəmsə mənə bir bəhanə deyirlər. Harada az maaşlı, perspektivsiz iş varsa onu təklif edirlər. Artıq məcburam ki, çıxım gedim, xarici ölkədə çalışım".
Bunu bir müddət öncə xarici ölkədə təhsil başa vurub ölkəyə qayıdan dostum Namiqlə söhbətimiz zamanı söylədi. Açığı, onun bu sözləri məndə xeyli təəccüb yaratdı. Əslində, onun yüksək təhsil almasının iş tapmasını asanlaşdıracağını düşünürdüm. Ancaq Namiqin dediklərindən vəziyyətin başqa cür olduğunu gördüm. Namiq deyir ki, sanki müdirlər mənə iş verməkdən qorxurlar:
"Vakant yer olmasına baxmayaraq mənə aşağı maaşlı iş təklif edirlər. Yəqin, müdir mənim perspektivimdən çəkinir və öz yerini itirməkdən qorxur. Bunu başqa cür başa düşmək mümkün deyil", - deyə dostum söylədi.
Hərçənd ki, ölkədə Namiqin vəziyyətində olan və əlində diplom iş axtaran gənclərin sayı az deyil. Dövlət xətti ilə xarici ölkələrə göndərilən gənclərin sonradan ölkəyə qayıdarkən iş tapa bilməməsi ilə bağlı ekspertlər bir sıra təkliflərlə çıxış edirlər.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ANS PRESS-ə açıqlamasında xarici ölkədə təhsil alanların işlə təminatı məsələsində yaranmış mövcud problemlərin kökünə toxunub. Mütəxəssisin fikrincə, dövlət xətti ilə xarici ölkəyə təhsil almağa göndərilən gənclər ölkəyə qayıdandan sonra ən azı 3 il dövlət sektorunda çalışmalıdırlar. Mütəxəssis hesab edir ki, gənc tələbələr ixtisasa yiyələndikdən sonra dövlət müəssələrində işlə təmin olunmalıdırlar:
"Yaxşı olar ki, müəllimlərə tətbiq olunan təyinat sistemi ixtisaslı kadrlara da tətbiq olunsun. Bunu etmək lazımdır, çünki dövlət külli miqdarda vəsait xərcləyir. Amma gənc tələbə təhsilini başa vurandan sonra ölkəyə qayıdıb dövlətə olan borcunu qaytara bilmir. Bunun üçün şərait yaradılmalıdır. Təyinatla gənc mütəxəssislərimiz ixtisası üzrə işlə təmin olmalı, çalışmalıdırlar".
Təhsil üzrə ekspert qeyd edir ki, gənclərə özəl şirkətlərdə karyera baxımından yüksəlmək üçün maneələr yaradılır. Gələcəkdə bu gənclərin yüksək vəzifələr tutması mudirlərin narahatlığına səbəb olur. Ancaq buna baxmayaraq şirkətlər ixtisaslı kadrları cəlb etməkdə maraqlıdırlar: "Mənim fikrimcə, gənc mütəxəssislər karyeralarını nəzərə alaraq dövlət sektorunda çalışmağa üstünlük verməlidirlər. Amma bəzən görürürsünüz ki, hansısa özəl şirkət yenicə təhsilini başa vurmuş gənc tələbəyə 2 min manatlıq iş təklif edir. Təbii ki, gənc tələbə karyeradan daha çox, pula önəm verir".
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”icra olunur. Xaricdə oxuyan tələbələrin təhsilinə nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən nəzarət edilir.
Nazirlikdən bildirilir ki, bu Proqram çərçivəsində 2014-2015-ci tədris ili üçün seçim prosesi yüksək rəqabət mühitində keçib və ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3184 nəfər tələbə xaricə oxumağa göndərilib.
Proqram çərçivəsində 755 nəfər məzun olub. Onların 35%-i dövlət qurumlarında, 65%-i isə özəl sektorda çalışır. Xaricdə təhsil almış tələbələr Təhsil Nazirliyində qeydiyyatdan keçir və hesabat verirlər. Həmin məzunlardan bəziləri əmək fəaliyyətinə başlayır, yaxud təhsillərini davam etdirir, bəziləri isə hərbi xidməti borclarını yerinə yetirirlər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ceki Çan haqqında son xəbər
Demet Akalın yenə tənqid olundu-SƏBƏB
Yumşaq robotlar məsafədən idarə olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 21 mart
Ötən gecə qanlı Ay vardı - FOTO
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Bir şəhər yanğına görə təxliyə olunur
Məşhur aktyor pulsuzluqdan şikayətləndi-FOTO
Pensiyaçılara Bakı 2015 müjdəsi
Gülməli pişiklər
Yağlı boya tabloları
Körpələr sağ qalmaq üçün gecələr oyanırlar
"Hər gün 20 nəfərdən evlilik təklifi alıram"
Müge Boz Qəbələdən ev almağa hazırlaşır-FOTO
Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb edilib
Heç bitməyəcək ana-qız qarşıdurması!
Lady Gaga möhtəşəm tərzi ilə
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Meyvə çiçəkli piroq (foto resept)
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Qadınlar bayramı haqda ilginc həqiqətlər
Parıldayan saçlar üçün aspirin
Təbiət bunu da göstərdi: qışın ortasında ağaclar çiçək açdı
Urmiya gölündə suyun səviyyəsi qalxır
10 yaş cavanlaşdıran maska
Süni mayalanma günahdırmı?
Bu möcüzəvi qarışımla gəncləşin
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Sevimli başmaqlar
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Məşhurların sevgi macəraları
Pul əl çirkidir?
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Saat seçərkən nələrə diqqət yetirməlisiniz?
Adi qrip zamanı sağalmaq üçün nə etməliyik?
Xaricə getmək istəyənlər, diqqətli olun!
Gələcəyin maşını
Burcu Esmersoy xəstəliyə tutulub?-FOTO
Qırmızı dırnaq manikürü
Acundan Adriana Lima açıqlaması-FOTO
Adını Günəşə yazdıran aktrisa
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Hava haqqında
"Survivor" Ersinə ağır itki-FOTO
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
Aral fəlakəti davam edir
İdmanda edilən 8 səhv!
Saç üçün maskalar
Məşhur aktyor tanınmaz halda-FOTO
Ayın üzərindəki BAZA-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]