Sabah ölkədə Beynəlxalq Qadınlar Günü qeyd ediləcək. Bu münasibətlə məktəblərdə şagirdlər müəllimələrini, müdirlər xanım işçilərini, kişilər isə öz həyat yoldaşlarını təbrik edəcəklər. Amma çox adam bu bayramın tarixçəsi, onun baniləri ilə bağlı məlumatlı deyil. Əksəriyyət Klara Setkinin adını bilsə də, onun həyatı, bu tarixin necə yaranması ilə bağlı... məlumata sahib deyil.
Əslində isə hər şey 1857-ci ilin 8 martında başlanıb. Həmin tarixdə ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyi ilə bir tekstil fabrikində tətilə başlayıb. O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.
26 - 27 avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq qadınlar yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin 8 Mart 1857-ci il tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart “Dünya Qadınlar Günü” olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi.
Alman inqilabçısı Klara Setkin Beynəlxalq qadınlar günü ideyasının müəllifidir. Klara ənənəvi alman ailəsində böyümüşdü. Soyad, hansıyla ki, Klara tarixə girdi, o soyad həyat yoldaşına - Osip Setkinə aid idi. 1882-ci ildə evlənən cütlüklər 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi. Klara Setkin bu vaxtlarda alman fəhlə hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci beynəlxalq sosializm konfransına nümayəndə seçdilər.
1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə “Spartak Birliyi”ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.
Onun özəl həyatı isə qəribə hekayələrlə doludur. Belə ki, Parisdə yaşadığı müddətdə əri Osip Setkinin qonorarı ilə dolana bilmədiklərini görən Klara varlı adamların evini silib-süpürmək və paltarlarını yumaqla pul qazanmışdı. Karl Marksın qızı Laura Lafarq Klara Setkinə dərs demiş və onu inqilabi hərəkəta qoşulmağa həvəsləndərmişdi.
Onun fırtınalı həyatı isə həyat yoldaşı Osip Setkinin ölümündən sonra başlanıb. Belə ki, bu hadisədən sonra o, özündən 18 yaş kiçik olan rəssam Georq Sundelə vurulub və onunla evlənib. Özündən 18 yaş balaca olan əri ilə münasibətlərinin korlanmağına səbəb onların Birinci Dünya müharibəsinə fərqli münasibətləri olmuşdu.
Klara Setkinin 22 yaşlı oğlu Konastantin onun 36 yaşlı rəfiqəsi və əqidə yoldaşı Roza Lüksemburqun məşuqu olmuşdu. Klara Setkin bu səbəbə görə Roza ilə illərlə küsülü qalmışdı. Ancaq özündən 18 yaş balaca əri Klaranı, özündən on iki yaş balaca sevgilisi isə Rozanı atanda bu dərd onları təzədən barışdırmışdı.
Klara Rusiyada dünyasını dəyişəndə onun son sözü "Roza" olmuşdu. Klara Setkin dünyasını dəyişəndən sonra cəsədi yandırıldı, onun külü Moskvada, Kreml Divarında qorunur. Pamirdə dağ silsilələrinin birinin zirvəsi Klara Setkinin şərəfinə adlandırılıb.
Dünyanın bir çox ölkələrində qadınlar bayramı qeyd edilir. Özbəkistanda o “Analar Günü” adını daşıyır. Bu gündə Anqola, Burkina- Faso, Konqo, Uqanda, Nepal, Monqolustan, Şimali Koreya və bəzi başqa ölkə sakinləri işləmirlər. Çində bayram öz xüsusiyyətlərinə malikdir: qadınlar orada dincəlirlər, kişilərə isə adi iş günüdür. Bundan başqa, çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir və ən yaxşı hədiyyə kişilərin öz qadınlarına “Səadət Balqabağı” adlı yeməyi hazırlamalarıdır. Qonşu Vyetnam bu gündə qadınlara olduqca hörmət edir, amma onlarda bayram bacılara həsr olunub.
Qadınlar Bayramının əvvəlki adı “Qadın haqqları günü” idi. Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 mart tarixində tarixə düşdü. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR