Milli.Az bildirir ki, “Qafqazinfo” narkoz barəsində mövcud miflərə aydınlıq gətirib.
Narkoz olmasaydı...
İnsan sağlığının qiymətini bilməyəndə, bu biganəlik onu əməliyyat stoluna qədər apara bilir. Qaçılmaz olan cərrahiyyə əməliyyatına girən hər kəsi yalnız bir məsələ narahat edir. Görəsən, ağrım olacaqmı? Narkozdan ayılacağammı? “Birdən əməliyyat zamanı ayılaram”. Normal hesab olunan narahatlığın isə əslində heç bir əsası yoxdur. Çünki bu məsələ həkim komandasını da bir o qədər narahat edir. Həkimlər arasında narkoz haqqında maraqlı fikir də gəzir. “Nə yaxşı ki, narkoz var, xəstə danışmaqla bizə mane olardı”.
Narkozun və ya tibbi dillə desək, anesteziyanın tarixi XIII əsrə gedib çıxır. İlk dəfə ispan təbib R. Lilliy efiri icad edib. 1846-cı ildə isə ABŞ-ın Boston klinikasında Ulyam Tomas Morton narkoz verərək xəstənin əməliyyatını keçirib. Elə narkozun da tarixi bu zamandan hesablanır. Bir an narkozsuz əməliyyat barədə fikirləşmək belə dəhşətli olardı.
Müasir anesteziologiya xeyli inkişaf edib, hətta istifadə olunan dərman preparatları daha da təkmilləşdirilmiş, demək olar ki, insan orqanizminə zərərli deyil. Hər halda mütəxəssislər belə deyirlər.
Narkozdan ölmək mümkündürmü?
Narkoz barədə yayılmış doğru və ya yalnış məlumatlar var. Misal üçün, narkoz verilən insan sonrakı həyatında əsəbi olur, narkoz çox veriləndə beyin “quruyur”, narkoz veriləndə adam o biri dünyana gedir, sonra qayıdır, narkozdan sonra qusma xeyirlidir və s. Narkozun kimə və hansı dozada verilməsini bu işi görən anestezioloqlar bilirlər. Elə hamını narahat edən suallara da şəhər xəstəxanalardan birinin təcrübəli anestezioloqu Eldar həkim cavab verir. Mütəxəssis həkim əvvəlcə bizi el arasında daha çox “narkoz” kimi istifadə olunan anesteziya haqqında məlumatlandırır.
“Cərahiyyə əməliyyatı yüngül və ağır ola bilər. Elə buna görə də xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bu isə müxtəlif formada baş verir. Narkoz “dərin yuxu” deməkdir. Anesteziya bir neçə formada olunur. Kiçik əməliyyatlarda yerli (lokal) anesteziyadan istifadə olunur ki, bu da yalnız cərrahi müdaxilə olunan hissənin keyidilməsidir. Bu zaman xəstə ayıq olur, sadəcə ağrını hiss etmir. Diş çəkilməsi də buna misal ola bilər. Biri də var, ümumi anesteziya və ya ümumi narkoz. Bu isə mərkəzi sinir siteminin “söndürülməsidir”, dərman preparatlarının vena daxilinə yeridilməsi və inqalyasiya vasitəsiylə xəstənin süni yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə oyana bilməz. Onun əzələləri boşalır, hissiyyat ölür. Bu vəziyyətdə saxlanılma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən davam edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında məlumat toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa orqanında problem varmı, hər hansı dərman preparatına allergik reaksiyası olubmu və.s. Bu məlumatlar həkim anestezioloq üçün çox vacibdir. Çünki çıxarılan nəticəyə uygun olaraq xəstəyə narkoz məsləhət görülür. Hər kəsin fərdi orqanizminə, yaşına, çəkisinə, sağlamlıq durumuna görə narkoz verilir.
Anestezioloq narkoz verən kimi cərahiyyə otağını tərk etmir, yaxın iki saat ərzində, hətta əməliyyat başa çatdıqdan sonra xəstəni müşahidə etməlidir. Bu mütləqdir. Xəstənin cərahiyyə stolunda narkozdan ölməsi çox nadir hadisə ola bilər. Müasir tibbi texnikanın imkanları ölüm riskini 0-a endirir. Çünki həmin avadanlıq sayəsində narkoz verilmiş xəstənin beyninin vəziyyəti, qanda oksigenin miqdarı, ağciyərlərin fəaliyyəti və s. kimi qeydləri bilmək mümkündür. Cərahiyyə əməliyyatının uğurlu olmasının əsas şərtləri bunlardır: əməliyyatda iştirak edən həkim komandasının peşəkarlığı, müasir tibbi texnikayla təchizat, ən əsası isə əməliyyata götürülən xəstənin sağlamlığı haqqında dəqiq və düzgün məlumat və müayinə qeydləri. Sonuncu ən əsas sayılır. Bəsən xəstə öz sağlamlığı barədə həqiqətləri gizlədir. Bu da onun həyatını təhlükədə qoya bilər. Yaxud, təcrübəmdə bir çox problemlər meydana çıxıb. Bu, əməliyyatdan qabaq qidalanmayla əlaqədardır. Xəstə var ki, öskürəklə və ya yaxşıca yeyib gəlir. Bu doğru deyil. Əməliyyata gələn iki saat qabaq yüngül, duru nə isə qəbul edə bilər. Əks halda narkoz verilən zaman və ya sonra onun üçün narahatlıq - qusma, öyümə olar.
Nəticə olaraq, xəstələrin əməliyyata ehtiyacı yarananda qorxmamalarını məsləhət görərdim. Yalnız mütəxəssis və peşəkar, təcrübəli həkimlərə həvalə olunmasını arzulayardım. Narkoz barədə deyilən bir çox məlumatlar - “əsəbilik yaradır”, “yaddaş itir”, “beyin fəaliyyəti zəifləyir” kimi söhbətlər isə doğru olmayan məlumatlardır”.
Bir sözlə, ekspertin dediklərindən belə çıxır ki, narkozdan ölüm mümkün deyil. Yalnız xəstənin müayinəsi təcrübəli və bilikli həkimlər tərəfindən aparılmalı, diaqnoz doğru qoyulmalıdır, vəssalam.
Bəs spinal anesteziya nədir?
Anesteziyanın bir forması da var. Buna epidural və ya spinal anesteziya da deyilir. Yəqin ki, qeysəriyyə yolu ilə ana olan xanımlar bunu daha yaxşı bilirlər. Əməliyyat yolu ilə uşağın dünyaya gətirilməsi zamanı hamilə qadının bel hissəsindən onurga kanalına iynə vurulur. Bu zaman onun qurşaqdan aşağı hissəsi keyidilir. Spinal anesteziya zamanı xəstə yatmır, sadəcə ağrı hissiyyatı olmur. Cərrahın, otaqda olanların, alətlərin səsini eşidir, amma “başı dumanlı olur”. Təəssüf ki, bu gün analığa namizədlər qeysəriyyə yolu ilə ana olmağı seçirlər. Bu da ağrı hissindən azad olmaq üçündür. Amma normal doğuş olduğu halda, əməliyyata göstəriş olmadığı təqdirdə, bu yolu seçmək özü də sağlamlığa biganəlikdir. Bu arada qeyd edim ki, spinal anesteziyanın tarixi 1898-ci ildən başlanılır. Avqust Bir adlı həkim ilk dəfə onurğa kanalına kokain məhlulu yeridib. Uğurlu eksperiment sonralar ölüm hallarsız ötüşməyib. Bu səbəbdən bu üsulla keyitmə qadağan edilib. XX əsrin əvvəllərindən isə inkişaf etdirilən spinal anesteziya 50-ci illərdən daha sıx istifadə olunub. Spinal anesteziya haqqında da camaat arasında müxtəlif narahatlıq var. Çoxu onurga kanalına vurulan iynədən sonra saatlarla özünə gəlmədiyini, küt baş ağrıları, baş gicəllənmələri olduğunu deyir. Amma mütəxəssislər bu şikayətlərin dərmanlara olan reaksiyadan irəli gəldiyini bildirirlər. Zamanla keçən ağrılar olduğunu qeyd edirlər.
Sonda tək onu vurğulamaq istəyərdim, nə sağlamlığınızı əldən verin, nə də narkozun “dadı”nı bilin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
Kəsiri olan tələbələrin nəzərinə
SOS: Çaylarda sel təhlükəsi
Dünyanın ikinci ən böyük almazı -FOTO
“Euronews” Tərtərdə ermənilərin mülki vətəndaşlara qarşı törətdiyi cinayətə dair reportaj hazırlayıb - VİDEO
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Afinanın görməli yerləri
Günün qoroskopu: ola bilər ki, həyatınızda yeni mərhələ başlasın
Fabletlər sürətlə populyarlaşır
Cazibədar ayaqlarınız üçün
Günün ulduz falı
Qadınların cavan qalmasına kömək edən məhsullar
Kartof Frii (foto resept)
Ağız içi yaraları, səbəbləri və müalicə üsulları
Televizor uşaq beyninə təsir edir
Qeyri-adi saxsı qablar
"İstisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət elan oluna bilər" - Prezident
Britaniyada məktəblilərin koronavirusla bağlı zarafat etməsi qadağan olundu
Qadın xoşbəxtliyinin geni tapılıb
Maqnit qasırğası gözlənilir
İşləyən ananın uşağı
Yaddaş şkalasında yeriniz
Frappucino (foto-resept)
3 günə 3 kiloqram arıqladan pomidor pəhrizi
Tərkibində həddindən artıq şəkər olan meyvələr
Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
Dəbli və gözəl ətəklər
Aylıq telefon xərcindən necə azad olmaq olar?
Körpə gözləyən valideynlərə məsləhətlər
Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Azərbaycanın tanınmış politoloqu vəfat etdi
Azərbaycanlı məktəblilərin son sevinci
Payız mövsümü üçün fərqli maskalar
10 kq ağırlığında, 8 metr hündürlüyündə Quran
Az su içdiyinizi göstərən işarələr
Ərdoğan Putindən qisas aldı
35 ölkə təmsilçisi Bakıya gəlir
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 33 yeni yoluxma faktı - RƏSMİ
Necə bir gənclik gəlir?
Uşaqlar üçün zərərli olan qidalar
Xəzər dənizində zəlzələ olub
Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək
Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” -VİDEO
Yaşlı göstərən 6 yanlış saç forması
Yunan əfsanələrində həqiqət varmı?
Adriana Limanın bu FOTOsu diqqət çəkdi
Ölkəmiz Avropa çempionatında birinci oldu
Venesuela Prezidenti telefon nömrəsini paylaşdı: “Məni qruplarınıza əlavə edin”
HAVA necə olacaq? 19 Mart
- ŞƏRHLƏR