Tıxacdayam.
Bəzən bəhanədir, bəzən həqiqət. Birini yola verməyin təcrübədən keçmiş ən gözəl üsulu. Ancaq dostunun, ya da sevgilinin sənə deyəcəyi sözlərə hazır olmalısan. Tıxaca düşməyən insan olmaz, olsa da...
İkinci vaqon, qapını burax.
Özü də həmişə ikinci. Metropoliten işçiləri hələ də o dələduzu tapıb ortaya çıxarda bilməyiblər. Hər gün bəlli vaxtlarda görünməz adam kimi ikinci vaqonun qapılarını tutur. Maşinistin əmrlə dediyi cümləyə məmnunluqla gülümsəyir.
Evə gələndə çörək al.
Bu sözü sənə kim deyəcək? Anamı olacaq, bacımı olacaq, yadmı olacaq? Bir az da kədərli gəlir sənə bu cümlə. Demək, səni evdə gözləyənlər var. Deməli, süfrə hazırlanıb, yeməklər düzülüb. Deməli, yaşamaq gözəldir...
Konturum azdır.
Niyə zəng edirsən onda? Konturun azdı, "vızov" at. Ya da zəng etmisənsə, niyə minnət qoyursan? Başa düşürük, kasıblıqdı, ancaq aylarla kontur yükləməyənlər də var. Bəlkə demək istəyirsiniz ki, kontur vur danışaq? Danışıq vacibdirsə, qarşı tərəfdə də kontur yoxdursa, işiniz Allaha qalıb.
Başqa yerdəyəm.
Bu başqa yer hələ elmə məlum olmayıb. Haradır bura? Bəlkə NASA-dan peyk göndərilsin, günlərlə uzaqdan müşahidə edilsin? Bir şəhərdə başqa bir yerin olmağında yəqin ki, mistika da var. Elm mütləq bu işi araşdırmalıdır.
Bu nömrəyə zəng çatmır...
Depressiyadadır, söndürüb telefonu. Ya da həmin o məşhur "başqa yerdə"dir. Kiməsə borcu var yüz faiz.
Dünya birliyi bu ədalətsizliyə hələ də dözür.
Hər gün televizorda, İctimai Tv-da eşidirik, eşidirlər. Amma bir çarəsi yoxdu. Dünya qulaqardına vurur.
Dollar necə oldu?
Həyatımızın ən vacib sualı. Gecə yatanda da yuxumuza girir dollar. İlahi, nə edirsən sən mənə et, ilahi bu dollarla işin olmasın!
Facebooka az girirəm.
Başını telefondan ayırmır, deyir, mən real həyatı sevirəm. Bu nədir e? Bir az sosial şəbəkələrdən uzaqlaşmaq lazımdır. Təbiətə qayıtmaq, təmiz havada gəzinmək gərək.
Başqa nə var, nə yox?
Söhbət getmir, arxadan itələyirsən. Biri var idi, biri yox idi. "Axşam bir az yorğun idim, yatdım" deyirsən, qayıdıb soruşur ki, başqa nə var, nə yox. Bu "başqa" sözü həyatımızın hər yerində öz bayrağını asıb.
Kreditim var.
Olmasa da deyərsən. Kimsə borc istəyəndə deyərsən. Yığışıb yeyib-içməyə gedəndə deyərsən. Qonşu ilə rastlaşanda deyərsən. Sən həmişə "kreditim var" deyərsən...
Xırdan var?
Hamı kef-damaq içində yaşayır deyəsən? Marketə gedirsən, xırda yox. Kafeyə gedirsən, yenə eyni dərd. Oturduğun yerdə kimsə sənə bu sualı verir. Sən bu sualı götürüb başqasına verirsən. Beləliklə, bu sual bir günün içində hər yerdə fır-fır dolanır.
Məni toya çağırıblar.
Nə gözəl! Evləniblər artıq. Gərək getmək lazımdır. Görən filankəs nə qədər pul salacaq? Arvadla getsəm gərək 100 manat salım. Ona da getmə desəm, bir ay küsülü qalacaq. Dollar da qalxıb. Çətindir...
İstədim deyəm ki...
Vuran oğul atasına gənəşməz. Özünüz "vuran" sözünü "deyən"lə əvəz edin. Arzularla olmur. Niyə demədin? Qorxdun? Onda "istədim deyəm ki..."ni hünər kimi gəlib niyə danışırsan?
Googleyə bax da...
Peşmansan bir şey soruşmağa, hərə bir tərəfdən deyəcək Google-a bax. Bəlkə mən sənə güvənirəm? Bəlkə həqiqəti səndən eşitmək istəyirəm? Bəlkə sən mənim Googlemsən?
Yandıranın var?
Siqaret bir yana, onu yandırmaq üçün alışqan axtarmaq dünyanın ən gözəl anıdır. Bu alışqan bir az da gec tapılsın, amma əsəblər də pozulmasın. Tərslikdən qabağına çıxan adamlar da siqaret çəkən deyil. O zaman dünyanın ən gözəl anını daha "gözəl" sözlərlə bəzəyirsən...
BONUS
Mən səni sevirəm.
Bütün insanların eşitmək istədiyi o möhtəşəm cümlə...
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Berlin “soyqırım” deməyibmiş
Tarixin ən çılğın kral və kraliçaları
Koronavirusla bağlı son STATİSTİKA
Cakondamı, Səbinəmi?
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Akvarium çətir (özün düzəlt)
Dekabrda donacağıq?
Gicitikanın faydası və çayı
"Grammy": mərasim və qaliblər
Nanəli ayran (foto-resept)
Yerdə maqnit qasırğası başladı
Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub
40 yaşından sonra gözəlliyi necə qorumaq olar?
iPad 5 artıq hazırdır?
Yuxular və yuxuyozmalar (6)
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Şotlandiya müstəqilliyə "yox" dedi
Ermənistana məcburi eniş edən azərbaycanlılarla bağlı ilginc detal
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
Diqqət! Diqqət! Danışır Bakı!
Ronaldinyo borc içindədir-SƏBƏB
Qurban Qurbanov: "Dediklərimin canlı şahidi olduq"
Nanə çayının faydaları
Zoe Kravitzin gözəllik sirləri
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Daun sindromlu model beynəlxalq gözəllik müsabiqəsinin qalibi oldu-FOTO
Şagirdlərə şad xəbər
Diplom ala bilməyən tələbələrə güzəşt ediləcək? - VİDEO
Kıvanç Tatlıtuğ izəyicisini məhkəməyə verdi
Hamiləlikdə qidalanma və çox yaşanan problemlər
Təkcə siqaret çəkənlərin tutulduğu xəstəlik
Günün ulduz falı - 24.08.2013
Dünyanın ən uzun tuneli bugün açılacaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Tısbağa" poğaça (foto resept)
Çəkini niyə azalda bilmirik?
Azərbaycan tarixindən yüz şəxsiyyət-75
"WhatsApp"da yeniliklər
Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir
SOS: Ebola virusu Azərbaycana yaxınlaşır
Dəhşətli vulkan görüntüləri
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qubada qədim qəbirlər tapılıb
Dörd "virtual Madonna" bir səhnədə-VİDEO














