Qərbi Afrikadan başlayıb Avropayadək gedib çıxan Ebola infeksiyası Azərbaycana da çatmaq üzrədir. Səhiyyə nümayəndələri bu ölümcül virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü desələr də, Ebolanın Azərbaycanın sərhədlərinə qədər gəlib çatması əhali arasında müəyyən narahatlıq yaradıb.
Artıq qonşu Gürcüstanda 13 nəfər Ebola şübhəsi ilə saxlanılıb. Ümumilikdə isə Gürcüstanda qorxunc virusla mübarizə çərçivəsində 60-dan çox adam nəzarətə alınıb. Onlardan bir nəfərin Gürcüstan vətəndaşı olduğu, digərlərinin isə risk qrupuna daxil olan ölkələrdən gəldiyi bildirilir. Ebola virusunun gizli dövrü 21 gün olduğundan həmin şəxslərin də bu müddət ərzində nəzarətdə saxlanılacağı qeyd edilir.
Həmçinin, ABŞ-ın Nyu-Cersi şəhərində də jurnalistlər məcburi karantinə alınıblar. Burada “NBC News”un jurnalistləri Ebolaya yoluxan operatorla təmasda olduqlarına görə məcburi karantinə alınıblar. Səhiyyə departamentinin məmurları bildiriblər ki, hazırda qrupdakılardan heç kimdə xəstəliyin əlamətləri yoxdur, bədən temperaturları normaldır, virusun yayılmasından narahat olmağa səbəb görünmür.
Qeyd edək ki, Azərbaycanda kifayət qədər xarici tələbə təhsil alır. Maraqlıdır, Gürcüstanda olduğu Azərbaycanda da təhsil alan xarici tələbələr müayinədən keçiriləcəkmi?
Bazar günü olduğu üçün rəsmilərdən bu sualın cavabını ala bilmədik.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, əgər hazırda ölkəmizdə olan xarici tələbə bu xəstəlik yayıldıqdan sonra öz ölkəsinə gedib yenidən Azərbaycana gəlibsə, o hökmən karantinə alınmalı və müayinədən keçməlidir: “Ümumiyyətlə, Ebola virusu yayılan dövrdən Azərbaycana daxil olan bütün xarici vətəndaşlar və Afrikaya gedib-gələn Azərbaycan vətəndaşlarının hər biri yoxlanılmalıdır. Bu yoxlamalar transsərhəd zonalarda həyata keçirilməlidir. Hər hansı bir qan nümunələri götürülməli, şübhəli əlamət olduqda həmin şəxslər müəyyən müşahidə üçün xəstəxanalara yerləşdirilməlidir. bunlar vacibdir. Ölkəmizdə əvvəla bunun baş verməməsi üçün bütün profilaktik tədbirlər görülməlidir. Əgər epizodik olaraq bu hallar baş verərsə, dərhal izolyasiya olunmalı və proses yerində lokallaşdırılmalıdır.
Çünki Ebola virusu ilə bağlı vaksin yalnız eksperiment mərhələsində olan vaksindir. Yəni bunun kütləvi istehsalı və yayımı real deyil. Bilirsiniz ki, artıq 4 mindən çox insan bu virusdan dünyasını dəyişib və xeyli potensial xəstə var. Ölüm hallarının bir neçə dəfə artması gözlənilir. Belə getsə, qorxulu bir epidemiya da yayıla bilər. Ona görə də hesab edirəm ki, diqqətli olmaq lazımdır. Birinci növbədə ölkəyə daxil olan və xaric olan vətəndaşların, yəni miqrasiya durumunda olanların dinamikası izlənilməlidir. Görək onlar hansı ölkəyə gedir, necə olur və sairə. Bu xəstəlik təxminən SPİD kimi keçir. Qan, ağız suyu və digər vasitələrlə də keçə bilir. Bu gün SPİD vaksini yoxdur ki, onu bir dəfəlik aradan qaldırsınlar. Yalnız müalicəvi dərmanlar var. Buna görə də Ebolanın da müalicəsinin olub olmaması ilə bağlı bir söz demək çətindir. Viruslarla bağlı məsələ xeyli çətindir”.
Qeyd edək ki, Ümumdünya səhiyyə təşkilatının son məlumatlarına görə, 10 oktyabradək Ebolaya yoluxanların sayı 8 470 nəfərdir ki, bunlardan 4 076-sı həyatını itirib.
XƏBƏR LENTİ
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
Avropalı bayrama nə qədər xərcləyir?
Yazmağı öyrənirəm - 5
Güləşçimiz ermənini yerə çırpdı
Tərəvəzli süd şorbası(foto resept)
Uşaqların inkişaf dövrü
Düşmən orduda böyük itki
Dondurmalı, isti şokoladlı keks (foto-resept)
Qan içən qadın
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
Madonna şousuna 5 milyon xərclədi
Azərbaycan filmləri qardaş ölkədə
İdeal süfrə necə olmalıdır?
HAVA necə olacaq?-2 Avqust
ÜST-dən xəbərdarlıq: bu qidadan istifadə etməyin!
Xoşbəxt ailə həyatı ürəyi qoruyur
İnsanlardan əvvəl itlər bayram etdilər
Oyunlardan nə qazanacağıq?
Gürcüstanda azərbaycanlılar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Yeni trend: Terracotta
Qəzet oxumaq tərziniz xasiyyətinizdən xəbər verir
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Virusun fəsadı: səhiyyə nazirini əmək naziri əvəz edəcək
Saç qırılmasına qarşı maskalar
Millimizin ən yaxşısı müəyyənləşdi
Bir əsrdən artıq yaşı olan Lüteran kilsəsi
Yayın ən isti dövrü başladı
Nə üçün axşam vaxtı dırnaq kəsməyin yaxşı olmadığını deyirlər?
Ezgi Mola sevgilisinə sataşdı
10 dəqiqədə 10 min xərclədi-FOTO
Bakı telefonlarında internet olacaq
Dəbli qol saatları
Qorxuya düşən düşmən döyüşdən imtina etdi: Həbs edilənlər var - RƏSMİ
Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...
Arnold Şvarsneggerin həyat qanunları
Bergüzar Korel ikinci dəfə ana oldu-FOTO
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
Hava haqqında - 15.03.2014
Bir oğlanın sizi sevdiyini anlamağın 7 yolu
Kəbədə yağış yağdı
Rəsm əsərlərim
"Ailə quranların 7%-də irsi qan xəstəlikləri aşkar olunub"
Azərbaycanda Nazirlikdə "SOS"!
Tatlıtuğdan xanımı ilə bağlı etiraf
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
Dəbli çantalar
Azərbaycanda qurbanlıq heyvanların satış qiyməti açıqlandı
Yeni qaydalar şadlıq saraylarına "toy tutacaq"
4 yaşlı qız milyonları heyran etdi
- ŞƏRHLƏR