Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır?
Əvvəlcədən qeyd edək ki, bütün hallarda, istər sadə ailə naharı olsun, istər dostlarla görüş, istərsə də böyük ziyafətlərdə masa gözəl və rahat tərtib olunmalıdır. Əvvəlcə masa örtüyündən başlayaq. Gündəlik istifadə üçün parça süfrə əvəzinə polietilen masa örtüklərindən istifadə etmək olar. Bu, xüsusilə balaca uşaqlar olan ailələrə aiddir. Gözəl bəzəkləri olan, yeri şəffaf polietilen masa örtükləri bu məqsəd üçün çox yararlıdır. Belə örtüklərin uzun müddət istifadəyə yararlı qalması üçün onları ilıq su ilə yumaq, sonra isə tamamilə qurulamaq lazımdır.
Salfetlərin kağızdan olması məsləhətdir. Onlar həm daha gigiyenikdir, həm də əlavə yuyulmaq problemi yaratmır. Süfrənin tez çirklənməsinin qarşısını almaq üçün çəngəl-qaşıq üçün metal, yaxud şüşə altlıqlardan istifadə etmək olar.
Böyük ziyafətlərdə mütləq yaxşı ütülənmiş ağ parça örtükdən istifadə etmək lazımdır. Çay süfrəsi üçün ciddi cizgiləri və yaxud əl işləmələri olan kətan örtüklər uyğun gəlir. Böyük qonaqlıqlar üçün salfetlər də örtük kimi ağ parçadan olmalıdır. Çay süfrəsinə də örtüyə uyğun tonda salfet qoyun. Üçbucaq, çiçək, zərf şəklində bükülmüş salfetlər masaya xüsusi yaraşıq verir.
Ziyafət hazırlayan ev sahibi nə qədər qonaqpərvər olsa da, masada hər qonaq üçün yarım metr yer ayrılmalı olduğunu nəzərdən qaçırmamalıdır. Ona görə də çağıracağınız qonaqların siyahısını masanızın ölçüsünə uyğun tərtib edin. Əks təqdirdə, yerin darısqallığı, təbii ki, diskomfort və narazılıq yaradacaq.
Şam və nahar üçün boşqablar aşağıdakı qaydada düzülür: böyük dayaz boşqab və onun içinə orta ölçülü boşqab qoyulur. Boşqabların sol tərəfinə isə içinə çörək qoyulmuş kiçik boşqab qoyulur. Kiçik boşqabın içinə bir qara, iki ağ çörək dilimi qoyulmalıdır. Əgər nahar üçün duru yemək nəzərdə tutulubsa, dərin boşqabları kənarda qoyulmuş kiçik masanın üstünə qoyun. İçərisində xörək olan şüşə qazanı da məhz bu masaya qoymaq lazımdır. Ev sahibi duru yeməyi özü bu masada boşqablara töküb qonaqlara ötürməlidir. Səhər yeməyi üçün hər nəfərə ancaq bir boşqab qoyulur. Ailə üçün çörək ümumi, qonaqlar olduqda isə, naharda olduğu kimi, sol tərəfdə kiçik boşqablarda qoyulur. Yumurta üçün şüşə, yaxud plastmas "yumurta badələri" qoyulmalıdır.
Bir neçə çeşiddə isti yemək hazırlanan təntənəli şam ziyafətlərində hərəyə üç boşqab nəzərdə tutulur. Süfrədə çörəyin qurtarmamasına xüsusi nəzarət etmək lazımdır. Heç bir ziyafəti içkisiz təsəvvür etmək olmaz. İçki butulkalarını, xüsusilə də qırmızı şərab şüşəsini kiçik boşqablara qoymağa çalışın. Bu, örtüyə ləkə düşməməsi üçün lazımdır. Qırmızı şərabın ləkəsini təmizləmək, demək olar ki, mümkün deyil. Marinadlar, şorabalar və konservlər üçün müxtəlif ölçülü salat qablarından istifadə edilir. Salat, paştet və vineqretlər üçün ayaqsız büllur vazlar uyğun gəlir. Sousları müxtəlif quruluşlu kiçik, dərin keramik qablara tökürlər. Masaya kərə yağının verilməsinə ehtiyac olarsa, onu dördbucaq, kürə, yaxub başqa bəzəkli şəkillərdə kiçik boşqablarda qoymaq olar. Duz və istiot qabları iki nəfərdən bir qoyulmalıdır.
İçkilərin sayından asılı olaraq, seçilən badələr, fujerlər və bakallar boşqabların qarşısına qoyulur. Onları sağdan başlayaraq kiçikdən böyüyə düzmək lazımdır. Araq üçün ən kiçik, şərab üçün orta ölçülü badələr nəzərdə tutulur. Zəif spirtli içkilərə ən böyük badələr xidmət edir. Ağ şərab üçün rəngli badələrdən istifadə etmək daha yaxşı olar. Şampan şərabı böyük bakallardan içilir. Qazlı içkilər və mineral sular üçün hündür bakallar qoyulmalıdır. Pivə böyük ziyafətlərə uyğun gəlməyən içkidir. Amma siz hər halda süfrəyə onu da əlavə etmək istəyirsinizsə, daha bir bakala ehtiyac yoxdur. Pivəni su bakalında içmək olar. Qrafinə ev içkiləri və ya adi su tökülür. Bahalı içkilər öz şüşələrində effektli görünür. Masada şampandan başqa bütün şərəb butulkaları ağzı açıq olmalıdır. Şampanı istifadə zamanı açmaq lazımdır ki, qazını itirməsin.
Qaşıq və çəngəli iç üzü yuxarı olmaq şərtilə boşqabın sol tərəfinə, bıçağı isə sağ tərəfinə qoyurlar. Bıçağın kəsən hissəsi boşqaba tərəf olmalıdır.
Əgər ziyafət üçün desert nəzərdə tutulubsa, bunun üçün badələrin arxasında ayrıca priborlar qoyulmalıdır. Süfrəyə düzülən istər soyuq, istərsə də isti yeməklərin rahat götürülməsi üçün onların içinə də qaşıq və çəngəllər qoyulur. Yağ və paştetlər üçün bıçaq uyğundur. Kolbasa, pendir kimi qəlyanaltıların yanına heç nə qoymaq lazım deyil, onları hər kəs öz çəngəli ilə götürə bilər.
Masada basırıqlıq yaratmamaq üçün yeməkləri süfrəyə uyğun ardıcıllıqla vermək lazımdır. İlk olaraq soyuq qəlyanaltılar yeyilir. Bundan sonra onlar priborları ilə birlikdə süfrədən yığışdırılır və duru yeməyə keçilir. Duru yeməkdən sonra isə isti xörəklərə keçmək olar. Porsiyalarla hazırlanmış isti yemək hər qonaq üçün ayrıca, ümumi yemək isə hər 4 nəfərə 1 buludda qoyulur. Ziyafətlər üçün duru yeməkdən istifadə etmək məsləhət deyil. Bununla həm də qayğının biri azalmış olur.
Deserti yemək priborları yığışdırılmamış və masa qaydaya salınmamış vermək olmaz. Eyni zamanda masanı desert içkilərindən başqa bütün butulkalardan azad etmək lazımdır.
Çay süfrəsi yemək başa çatdıqdan yarım saat sonra hazır olmalıdır. Çay masasının təşkili zamanı ortaya içərisində peçenye, konfet, meyvə olan hündür vazlar, kiçik mürəbbə qabları, şirin piroqlar və tortlar olan buludlar qoyulur. Tortu və piroqu əvvəlcədən doğramaq lazımdır. Masanın bir neçə yerində kiçik qənddanlar və doğranmış limon qoyulur. Çay masasına konyak, desert şərabı, rom qoyula bilər.
Masa tərtibatı üçün boşqablar diqqətlə seçilməlidir. Çox rəngarəng, zövqsüz bəzəkləri olan boşqablar bütün gözəlliyi heç edə bilər. Hündür güldanlarda qoyulmuş təzə çiçəklər istənilən masaya gözəllik verər.
Masanın tərtibatı hər şeydən əvvəl ev sahibinin şəxsi zövqündən və imkanından asılıdır. Tərtibat zamanı qaydalara riayət etməsəniz belə, rahatlığa, uyğunluğa və gözəl görünüşə diqqət yetirin. Bir də unutmayın ki, qanunları bütün hallara şamil etmək olmaz. Hər halda hər kəsin öz zövqü var. Təbii ki, masa tərtibatında da...
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR