Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içindən seçilərək əlifba sırası ilə düzülmüşdür.
B
Bahar
1. Məhəbbətdə və işlərinizdə heyranlıq və müvəffəqiyyətdən xəbər verir.
2. Baharın vaxtından qabaq gəlməsi və ya gecikməsi həyacan və itkiyə işarədir.
Bal
1. Tezliklə böyük mirasın (mülkiyyətin) olacağına, sakit, rahat, şən həyata işarədir.
2. Süzülmüş bal firavan həyata yozulur. Lakin bəzi sönməmiş istəklər qəlbinizi titrədəcəkdir.
3. Bal yemək məhəbbət və sərvətə yetəcəyinizə yozulur, sevgililər üçün xoşbəxt ailə həyatına işarə edilir. Şirinlik və ləzzətin işarəsidir.
Balta
Baltanı itiləmək əyləncə və sevinc qazanma şansının yalnız sizdən asılı olmasına işrədir. Gənc xanıma bu yuxu kasıb, lakin ləyaqətli aşiq vəd edir.
Batmaq
1. Üzmək və birdən batmaq-böyük çətinliklər, bədbəxt hadisə və ya əmlak itkisi.
2. Qız üçün sevgilisinin batdığını görmək–kədər.
Bayquş
1. Təkliyə işarədir.
2. Tezliklə görüş gözlənilir.
3. Tutqun bayquş səsi bədbəxtçilikdir. Bu yuxudan sonra öz həyatınızı və yaxınlarınızın həyatını qorumalı, mütləq təhlükəsizliliyə riayət etməlisiniz. Ölü bayquş çox ağır xəstəlikdən qurtaracaqsınız.
Bəbir
1. Hücum edən bəbir–siz çətinliklə uğur qazanacaqsınız.
2. Ölü bəbir–işinizdə uğur, qəfəsdə bəbir–düşmənlərinizin uğursuzluğu, bəbirin dərisi–hörmət etdiyiniz adam sizə təhlükə yaradacaq.
Bənövşə
1. Bənövşələri seyr etmək və yığmaq–sevinc, çox maraqlı və mühüm bir adamla tanışlığımıza səbəb olacaq xoş hadisə müjdəsidir.
2. Gənc qadın üçün bənövşə tapmaq–gələcək əri ilə tezliklə tanışlıq.
3. Qurumuş bənövşələr–rədd edilmiş sevgidir.
Bərbər
1. Öz prinsipləriniz uğrunda mübarizə və işlərə diqqətli münasibətiniz sizi uğurlara gətirəcək. Gənc qadınlar üçün-yaxın gələcəkdə sizi uğur və xoşbəxtlik gözləsə də, bu sizə məmnunluq gətirməyəcək.
2. Bərbərə hazırlaşmaq–qeyri-adi hadisədə iştirak edəcəksiniz. Qadınlara belə yuxu ailənin dağılacağını və öz ucbatından danlanacağını xəbər verir. Əgər qadın yuxuda görübsə ki, bərbər ona yaxşı saç düzəldib bu, onun boş şeylərin dalınca qaçdığından onun ümidlərinin puça çıxacağına işarədir.
Bərbərxana
Bərbərxanada olmaq itkiyə, çətinliyə işarədir.
Bəzənmək
Kasıbçılıqdan, hər şeydə korluq çəkəcəyinizdən xəbər verir.
Bıçaq
1. Ayrılıq, dava-dalaş, itki.
2. Ehtiyyatlı olmaq barədə xəbərdarlıqdır.
3. Təhlükəli, tanımadığınız adama işarədir.
4. Paslı bıçaq–aşna və yaxud məşuqə ilə, eləcə də ailədə dava-dalaşa işarədir.
5. İti bıçaq narahatçılığa, sınmış bıçaq–yerinə yetməmiş arzuya, bıçaq yarası ailədə xoşagəlməz hadisələrə və yaxud düşmənlərin hiyləsinə, nigahda olmayanlar üçün hansısa rüsvayçılığa işarədir.
Bibər
1. Uzun müddətli tənhalıq xəbəridir.
2. Çətin vəziyyət, pis hadisə xəbəridir.
3. Dilini bibərlə acılamaq-ətrafdakıların sözbazlığınıza görə sizdən üz döndərəcəyinə işarədir.
4. Cücərən qırmızı bibər–qənaətcil müstəqil həyat yoldaşı ilə ailə həyatı.
5. Qırmızı bibər bağlaması–öz hüquqlarınızı təkidlə müdafiə edəcəyinizə işarədir.
6. Qara bibərin (istiotun) döyülməsi-çox amansız aldanışdır.
7. Qara bibəri dağıtmaq–kəskin töhmət və savaşdır.
8. Bibərin yandırıcı acısını hiss etmək–ehtiyyatsızlıq üzündən etibar etdiyiniz şərəfsiz adamlarla savaşmağa işarədir.
9. Qızlar üçün öz yeməyinə qara bibər əlavə etmək–dostların onu aldadacağına işarədir.
Biclik
Özünün dostlarına qarşı biclik etdiyini görmək–sizə qarşı xeyirxah olan yaxşı adamlarla dostluğunuzu qoruya bilərsiniz.
Kiminləsə bic və təhlükəli plan qurmaq–özgəyə quyu qazma, özün düşərsən.
Biskvit
Biskivitləri bişirmək və ya yemək–pis səhhətin şəhadətidir. Ehtimal ki, mənasız ailə söz–söhbətləri ciddi çəkişmələrə çevrilləcəkdir.
Bişirmək
Hansısa xörəyi bişirmək xoşa gələn vəzifənin sizə veriləcəyinə işarədir. Əgər hazırlanma zamanı nə isə alınmırsa, o zaman narahatçılıq və ümidsizlik gözləmək lazımdır.
Bitki
1. Mənfəət və sevinc müjdəsidir.
2. Yaşıl bitki–sonu dərin məmnunluqla bitən qayğılar.
3. Zəhərli bitki–hər cür fitnə-fəsad barədə xəbərdarlıq.
C
Canavar
1. Yırtıcı, güclü, xəsis və vicdansız düşmən, həmçinin, xoşagəlməz hadisələr, xəyanət və yalan barədə xəbərdarlıq.
2. Tək canavar görmək–düşmən tərəfindən hücüm. Çoxlu canavar–ailədə ixtilaf.
3. Canavar tərəfindən dişlənilmək–düşmən tərəfindən sıxışdırılmaq və pislik.
Civə
1. Həyatınızda pis dəyişikliklər.
2. Qadın üçün-civə ilə zəhərlənmədən əziyyət çəkmək–tək qalacağına və ailəsindən ayrı düşəcəyinə işarədir.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR