Dövlətimizin başçısı bildirib ki, Ağsu rayonunda bu gün çox əlamətdar bir gündür: "Biz bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd edirik. 160 çarpayılıq bu xəstəxana dünyanın ən yüksək standartlarına cavab verir. Bina çox gözəldir, yaraşıqlıdır, Ağsu şəhərinə əlavə yaraşıq verir. Çox geniş ictimai yerlər var. Bax, bu zal görün nə qədər gözəl bir memarlıq əsəridir. Xəstəxanada dünyanın aparıcı firmalarının istehsal etdiyi ən müasir avadanlıqlar quraşdırılıb. Burada 12 şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr var: pediatriya, terapiya, cərrahiyyə, reanimasiya, hemodializ, doğum şöbələri və digər şöbələr. Yəni, bu xəstəxanada bütün şərait yaradılıb. Xəstəxananın tikinti sahəsi 24 min kvadratmetrdir. Bu, Azərbaycanda son vaxtlar tikilən ən böyük xəstəxanalardan biridir. Onu da qeyd etməliyəm ki, Ağsu rayonunun əhalisi təxminən 80 min nəfərdir. Bu gün 24 min kvadratmetr böyüklüyündə xəstəxana istifadəyə verilir. Əminəm ki, burada çalışan həkimlər yüksək xidmət göstərəcəklər, insanlara qayğı ilə yanaşacaqlar və artıq başqa yerlərə müalicə almaq üçün getməyə ehtiyac olmayacaq. Mənə verilən məlumata görə, Ağsuda 20-yə yaxın dializ xəstəsi var ki, onlar müalicə almaq üçün mütəmadi qaydada Şamaxı xəstəxanasına gedirdilər. İndi buna ehtiyac qalmır. Bütün müalicələr burada aparılacaqdır.Xəstəxananın tikintisi ilə bağlı müvafiq göstəriş bir neçə il bundan əvvəl verilmişdir. Ancaq keçən il mən Ağsuda olarkən gördüm ki, binada işlər getmir, yarımçıq qalıbdır. Maraqlandım, dedilər ki, vəsait qurtarıb və büdcədə vəsait nəzərdə tutulmayıb. Mən də göstəriş verdim ki, dərhal Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılsın. On milyon manat əlavə vəsait ayrıldı ki, bu xəstəxana yarımçıq qalmasın, tezliklə tikilib istifadəyə verilsin. Mən keçən dəfə, ötən ilin sentyabrında Ağsuda olmuşam. Altı aydan sonra gəlmişəm ki, sizinlə birlikdə bu xəstəxananın açılışını qeyd edək. Bu, doğrudan da gözəl hadisədir. Bu, onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır".İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib: "İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.Sosial məsələlərin həllinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. Sosial məsələlərin həlli üçün insanların sağlamlığını şərtləndirən su layihələri icra olunur, o cümlədən biz Ağsu rayonunda keçən il içməli su layihəsinin açılışını qeyd etmişik. İndi şəhər əhalisi Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz içməli su ilə təmin edilir və bir neçə kənd artıq bu şəbəkəyə qoşulubdur".Prezident deyib ki, təmiz ekoloji vəziyyət, ekologiya tədbirləri də insanların sağlamlığı üçün çox vacibdir və bu da Ağsuda var: "Çünki Ağsunun gözəl təbiəti, havası, əlbəttə ki, insanın sağlamlığına gözəl şərait yaradır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi