Son günlər cəbhənin təmas xəttində şəhid olan hər 3 Şəki sakininin ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə başlanılacaq. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərin verilməsi mərasimində bu barədə danışıb. Hər bir şəraiti olan hər iki yaşayış evinin növbəlilik əsasında Qarabağ əlillərinə verildiyini deyən İcra başçısı bir neşə gün əvvəl şəhid olan hərbçilərimizin ailələrinin mənzil şəraitinin yaxın günlərdə yaxşılaşdırılmasının da nəzərdə tutulduğunu dedi.“Bizim Şəkidə 3 şəhidimiz oldu. Hər üçünün ailəsinin ev şəraitinin yaxşılaşdırılması üçün tapşırıq vermişik. Bu istiqqamətdə işlər davam edir.”Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri bu istiqamətdə işlərin davam etdiyini bildirdi.“Bu günə qədər respublika üzrə 4 800-ə yaxın həmin kateqoriyaya aid olan şəxslər evlə təmin olunub. Cari ilin bu günkü gününə qədər 100 ev sahibinə təqdim edilib. Bu gün də açılışını elədiyimiz Şəkidə 2, Oğuz rayonlarında 5 mənzilin sahibinə verilməsi baş tutub.” Şəkidə 300 nəfər şəhid, 200 nəfər əlil, 700 nəfər də böyük döyüş yolu keçmiş müharibə iştirakçısı var. İndiyədək bu statusdan olan ailələr rayonda 4 ictimai bina olmaqla 114 mənzillə, kəndlərdə isə, 20-yə yaxın fərdi qaydada tikilən yaşayış evləri ilə təmin olunublar.Aprelin 2-də Azərbaycanın işğal olunmuş ərazilərində başlayan gərginlik aprelin 5-nə qədər davam edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.Azərbaycan Silahlı Qüvvələrinin bəzi strateji yüksəklikləri ələ keçirdiyi insident zamanı Şəki rayonundan da 3 hərbçi şəhid olub. Onlardan biri baş leytenant, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov, Şəkinin Kiş kəndindən olan gizir, 1992-ci il təvəllüdlü Orxan Kazım oğlu Hümbətov və Şəkinin Böyük Dəhnə kəndindən olan 23 yaşlı hərbi qulluqçu Vüqar Natiq oğlu Süleymanovdur.
Allah rəhmət eləsin.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xərçəngdən qoruyan vitaminlər
Uşaqlarımızın otağını özümüz dizayn edək
Azərbaycanın su ehtiyatları azalır
Niderland Türkiyədən üzr istədi
İçi doldurulmuş kartof(video-resept)
Pınar Altuğ TƏHQİRLƏRƏ tək-tək cavab verdi-FOTO
Yeni asmada BMW M6
İstanbulda dahi şair Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılacaq
Ramazanda qidalanma xətaları
Qadın.Netlilərlə bir az gülək-3
Sumaqlı ciyər (foto resept)
13 mindən çox sayt bağlandı
Yenə yağış yağacaq
Gigi Hadid çılpaq FOTOsessiya etdirdi
Qonşu ölkədə elektromobillərin kütləvi istehsalına başlanılır - VİDEO
Bakı metrosu sabah açılır - RƏSMİ
HAVA necə olacaq?
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Kosmosda sərvət tapıldı-FOTO
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
Prezident İlham Əliyev: "Müstəqil Azərbaycan öz tarixini yazır"
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı
Актриса-певица показала свой дом стоимостью 5 миллионов
ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib
Sarışın qızlar haqda miflər və həqiqətlər
Pəhrizə necə başlamalı?
Dəmir yol xətti ətrafında təhlükəli vəziyyət
Şeyma Subaşı oruc tutmağa çalışan sevgilisindən danışdı
Məleykə Abbaszadə test imtahanlarının taleyindən danışdı
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Məşhur aktyor aparıcılıq etməyəcək-SƏBƏB
Balıq alarkən nələrə diqqət etmək lazımdır? - FOTO
Zövqlü geyimlər
Ermənilərin kitabı bağlandı
Şokolad souslu rulet (foto-resept)
Uşaqlarımıza ən faydalı oyuncaqlar
Hazır qidaların zərərləri
Çiy bibərin faydaları
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Murat ata olmaq istəyir
Qar dənəciyi düzəldək
Azərbaycanda onlayn xidmətlərin sayı artacaq
2017-ci ilin ən yaxşı kosmos fotoları
Nəqliyyat dəbi
"Fantaziya" salatı (foto-resept)
Niyə Syomin kimi səviyyəli məşqçi Azərbaycanda çalışır?"
Bürclərin sevgiliykən ortaya çıxan xüsusiyyətləri
Uşağı yemək yeməyə məcbur etməyin














