
Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabrın 25-də Xaçmaz rayonunda 4-mərtəbəli 36-mənzilli yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda 11 ədəd NAZ-Lifan markalı minik avtomobili bölgədə yaşayan müharibə əlillərinə verilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Mənzillərin və minik avtomobillərinin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, ölkəmizdə mühüm sosial müdafiə tədbirlərinə, o cümlədən əlil və şəhid ailələrinin mənzillə, müharibə əlillərinin avtomaşınla təminatı işlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılıb. 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş məqsədyönlü siyasəti sayəsində müstəqil vətənimiz, dövlətimiz yeni inkişaf mərhələsinə daxil olmaqla yanaşı, eyni zamanda əlil və şəhid ailələrinin mənzillə təminatı işləri geniş vüsət alıb. Qeyd olunub ki, son 10 ildə möhtərəm Prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. 2003-2013-cü illərdə respublikanın müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. Yaxın günlərdə Qax rayonunda əlil və şəhid ailələri üçün tikilmiş 1 ədəd 4-mərtəbəli 36-mənzilli yaşayış binasının da istifadəyə verilməsi planlaşdırılır. Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4-mərtəbəli 36-mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində isə 1 ədəd 6-mərtəbəli 54-mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib. Cari ildə 280 ədəd minik avtomobilinin əlillərə verilməsi nəzərdə tutulur ki, onlardan 180-dək avtomobil bu günlərdə paylanıb. Tədbirdə əlil və şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kosmetikamızı özümüz hazırlayaq (2)
Yuxusuzluğun sağlamlığa mənfi təsirləri
Günün ulduz falı
Apple ilə Samsung barışacaq?
Yay aylarında formada qalmaq üçün nə yeməli?
Fərqi özünüz görün
Hava ilə bağlı XƏBƏRDARLIQ edildi
Goranboyda çay daşdı, 10 kəndi su basdı
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Bədən üçün kalsium və fosfor
Məşhur rəsmlər günümüzdə
Nazir anons verdi: "Tarif siyasətini davam etdirəcəyik"
Pizza xəmirində balıq
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Xəzər dənizində HƏYƏCAN: "Günəşli" yatağından neftçilər təxliyə olundular
75 yaşlı ulduzun çimərlik FOTOsu HEYRƏTLƏNDİRDİ
Bakı sakininin telefonu partladı
Əslində isə bunu yeyirik
Meyitlər qaytarılan zaman düşmən atəş açıb - Dövlət Komissiyası
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA
İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI
Günün ulduz falı
Bürcünüzə görə dekorasiya
2020-ci ilin bürclər üzrə PROQNOZU
3D formatında portretlər
Çanta və ayaqqabı modelləri
Nişan peçenyesi(foto resept)
Milyarderlər bu şəhərə toplaşır
Ermənistan geri çəkilir
İstidə südü bu cür saxlayın
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
Göbələk dolması (foto resept)
Günün qoroskopu: bütün xırdalıqları nəzərə alın
Şokoladlı keks (foto-resept)
Yumurtalı toyuq supu (foto resept)
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Dahilərdən gözəl sözlər - 3
Zərfdən hədiyyə paketi düzəldək
Qara donun tarixi haqqında
Günün qoroskopu:Qətiyyətli olun
Əl işlərim
Məşhur aktyor ilk dəfə ata olacaq
Niderland Türkiyədən üzr istədi
Vazelindən faydalanın
Hava dəyişiklikləri hansı xəstəliklərə yol açır?
Britaniyalılar superkompüter yaratdılar
Saçları seyrəkləşdirən səbəblər
Bakıya 10 vaqonluq müasir qatar gətirildi - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]