Buğa - uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.
Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.
Xərçəng - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Xərçənglər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Şir - bu günün hadisələri bir çox Şirləri sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.
Qız - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
Tərəzi - ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən sakitliyinizi qoruyub saxlayırsınız. Bu, diqqət və səliqə tələb olunan işlərdə müvəffəqiyyət qazanmağınıza imkan yaradır. Həmfikirlərinizlə aranızda fikir ayrılığı yarana bilər, ancaq haqlı olduğunuza dair sanballı dəlillər tapacaqsınız.Başqalarının günahı üzündən pozulmuş istənilən cür münasibətləri bərpa etməyin tam zamanıdır. Müdrik və təcrübəli insanların məsləhətlərini dinləyin. O zaman başqalarının səhvlərini təkrarlamazsınız.
Əqrəb - gün gözlənilməzliklərlə doludur. Bu, sizi çox sevindirəcək. Baş verən hadisələr həyata baxışınızı və planlarınızı dəyişməyə sizi vadar edəcək. Yeni başlayacağınız layihə qarşınızda yeni peşəkar perspektivlər açacaq.Romantik münasibətlərin inkişafını öz üzərinizə götürün: indi təşəbbüs göstərmək, əvvəllər cəsarət etmədiklərinizi etmək lazımdır. Risk etməkdən qorxmayın.
Oxatan - diqqətinizi gördüyünüz işə yönəltsəniz, emosiyaları bir kənara qoyaraq ağlınıza güvənsəniz, gününüz əla keçəcək. Əhvalınız dəyişkən, arzularınız isə təzadlıdır. Zəifliklərinizə sinə gərin: qətiyyətiniz və məqsədyönlülüyünüzə görə peşman olmayacaqsınız.Səfərlər üçün münasib gündür, şərait dəyişikliyi faydalı olacaq. Yeni tanışlıqlar qura bilərsiniz, ancaq diqqətli olun: təəssüf ki, bu gün sizə can atanlar arasında layiqlilərin sayı çox azdır.
Oğlaq - həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.
Dolça - Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək.Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.
Balıqlar - xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məsut Özildən karantində qalan izləyicilərinə jest
Eser evlənmə təklifi etdi-ÜZÜK məsxərəyə qoyuldu-FOTO
10 min çanta paylandı
Civzələr və sızanaqlar
Həddindən artıq yemək istəyinə səbəb olan hallar
O da "tükənmişlik sindromu"ndan əziyyət çəkir
Hansı həkim nəyi müalicə edir?
Dəbdəbəni sevən xanımlara
Bu gündən xarici vətəndaşlar Azərbaycana vizanı 3 saat ərzində ala biləcəklər
Madonna 3 əsrlik MALİKANƏ ALDI – Bu evdə TƏMİR QADAДћANDIR
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Bölgələrdə 8 Mart qeyd olundu
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)
Uşaqları yemək yeməyən valideynlərə tövsiyələr
Mürəbbəli peçenye (foto resept)
Cəlbedici makiyaj üçün 7 məsləhət
Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB
Bu yeməklər yuxuya təsir edir
Leyla Əliyeva və Emin Ağalarov "Zima" festivalını izlədi-FOTO
Tilavət nə deməkdir?
Qarnındakı piy həyatını xilas etdi-FOTO
"Ermənilər mənimlə döyüşdə məğlub olacaqlarını əvvəlcədən bilib, döyüşmədilər"
Məryəm Üzərlidən fərqli FOTO
COVID-19-a qalib gələn qoca qol qaldırıb rəqs etdi - VİDEO
Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab
Nəqliyyatda maska taxmamağa görə cərimə tətbiq olunacaq? - AÇIQLAMA
Bakıda işıqsız ev qalmadı
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
Gürcüstandan Marsla bağlı çılğın layihə: 25 il içində...
Niyə Syomin kimi səviyyəli məşqçi Azərbaycanda çalışır?"
Qatil olmaq istəyirsinizmi?
Maydanda üçüncü qüvvələr işləyir
Səs köməkçisinə malik ilk brauzer!
Kim harda gəldi siqaret çəkir
O tələbə diktatorun oxşarıdır
Bir ölkə də Ebola təşvişində
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
Qara mərcinin faydaları
Hər gün qəhvə içmək üçün 6 səbəb
Hava haqqında - 09.12.2013
Qadın.Netlə birlikdə hamiləlik (36-cı həftə)
Karyeranı davam etməyin yolu
Maaşı az olanlara da kredit veriləcək
Azərbaycan milli uşaq oyunları-11
"Ustad"dərgisinin 26-cı sayı işıq üzü gördü-FOTO
Yaddaş gücləndirən üsullar
Zövqlü saatlar
Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO














