Bayram münasibəti ilə Zaqatalada keçirilən tədbirdə rayonun fəal qadınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər qadınları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Azərbaycan qadınının respublikanın ictimai-siyasi həyatındakı rolundan danışılıb. Bildirilib ki, əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında böyük xidmətlər göstəriblər. Övladlarımızın doğma Vətənə məhəbbət ruhunda yetişdirilməsində onların rolu danılmazdır. Qeyd edilib ki, Zaqatala qadınları da fəallıqları ilə həmişə seçilib, rayonun ictimai-mədəni proseslərində yaxından iştirak ediblər. Tədbirin sonunda rayonun ictimai-siyası və mədəni həyatında fərqlənən qadınlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.İsmayıllıda da bayram tədbirləri keçirilib. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal qadınların iştirakı ilə keçirilən tədbirdə bütün qadınlar bayram münasibəti ilə təbrik edilib. Son illər ölkəmizdə və rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışılıb, onların ictimai-siyasi fəallığı, rayonun sosial-iqtisadi və mədəni həyatında rolu yüksək dəyərləndirilib. Azərbaycanın Beynəlxalq Konvensiyaya qoşulduğundan bəhs edən icra başçısı qadınlarımızın ən yüksək dövlət vəzifələrində çalışdığını diqqətə çatdırıb. Çıxışlarda respublikamızda və eləcə də İsmayıllı rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə prezidentinə minnətdarlıq çatdırılıb. Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Rayonda 1 saylı uşaq bağçasında "Anam mənim həyatımdır" devizi altında bayram tədbiri keçirilib. Körpə fidanlar analarının timsalında bütün qadınları müxtəlif şeirlər, musiqilər və rəqslərlə təbrik ediblər. Uşaqların səhnələşdirdiyi kompozisiya böyük marağa səbəb olub. Tədbir şən əhval-ruhiyyədə davam etdirilib.8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən bayram tədbiri keçirilib. 200-dən çox qonağın qatıldığı tədbirdə qadınlar əlamətdar gün münasibəti ilə təbrik olunub. Onların ictimai-siyasi həyatda fəaliyyəti yüksək qiymətləndirilib, təhsil, səhiyyə və mədəniyyət sahəsində uğurlarından danışılıb.Tədbir çərçivəsində viktorina da keçirilib. İştrakçılar 30-a yaxın intellektual və əyləncəli xarakterli sualları cavablandırıb. Bundan əlavə, məktəblilər arasında "Ən yaxşı şirniyyat süfrəsi" müsabiqəsi keçirilib. Qaliblərə hədiyyələr təqdim olunub.Eləcə də təhsil sahəsində uğur qazanan müəllimələrə diplomlar təqdim olunub.
Tədbir musiqi kollektivinin çıxışları ilə başa çatıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
15 sentyabr Bilik günüdür!
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Vyana hücumunda əli olan terror qruplaşması açıqlandı
Belə apreli gözləyirdik
Geyimlərinizi tamamlayacaq 4 bahar aksesuarı
Meltem 80 yaşlı ərindən qaçmasını AÇIQLADI-FOTO
İllərlə düşmən tapdağında qalan yurd yerimizdən ürəkdağlayan görüntülər - VİDEO
Peugeot 3008 cipə bənzəyəcək
Qış aylarındakı yaranan öskürək üçün nə etməli?
Cəbhədə irimiqyaslı təlimlər
Xırdalanda partlayışın səbəbi bəlli oldu - YENİLƏNİB
Peskov Rusiya və ABŞ münasibətlərindən danışdı: “Hazırda vəziyyət çox da yaxşı deyil”
Evlənmək üçün kişiyə PUL verən ölkələr-SİYAHI
Aktrisa Türkiyə qanunlarını dəyişdirdi
Əlfəcinlərim-3
Meyvələrdən canlı obrazlar yaratdı
Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİ
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Mövlana sözləri -1
Xavi "Barsa"dan gedə bilər
Prezidentdən Respublika Günü ilə bağlı paylaşım - FOTO
Şəkillərlə xəyal dünyasını canlandırdı
Heyva mürəbbəsi (foto-resept)
Sabahın HAVAsı
Dreykə yarım milyonluq hədiyyələr verildi-FOTO
Qozun sağlamlığımıza faydaları
Eda Taşpınarın sevgilisi kimdir?
Dahi alim də Facebook-da
Müdriklərin etmədikləri 10 əməl
Toyuq ətli, kartoflu piroq (foto resept)
Çəhrayi uggilər
Daimi ordusu olmayan ölkələr(2)
İştah kəsən banan çayı
Günün ulduz falı
Ramazan xülasəsi
Müdafiə Nazirliyindən düşmən təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Tuba növbəti dəfə ərə gedir?
Ərikdəki möcüzə
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Göz formasına uyğun makiyaj qaydaları
Günün qoroskopu:Aktiv olun!
ÜST-nin bu təşəbbüsündən bəhrələnəcəyik – Baş infeksionist
Azərbaycan yenidən Rusiyadan balıq məhsulları almağa başlayır
YADPLANETLİ gəmisi yoxsa?
Ətli pendirli börək (foto-resept)
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Günün qoroskopu - 23.11.2013
HAVA necə olacaq?- 20 APREL
İngilis dili-Bb (2)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]