Qadin.NET / Bölgələrdə 8 Mart qeyd olundu

Bölgələrdə 8 Mart qeyd olundu

Bölgələrdə 8 Mart qeyd olundu
KANAL S (REGİON TV) xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bölgələrdə  bayram tədbirləri keçirilib, viktorinalar, müsabiqələr təşkil olunub. Fəal qadınların əməyinə yüksək qiymət verilib.

Bayram münasibəti ilə Zaqatalada keçirilən tədbirdə rayonun fəal qadınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər qadınları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Azərbaycan qadınının respublikanın ictimai-siyasi həyatındakı rolundan danışılıb. Bildirilib ki, əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında böyük xidmətlər göstəriblər. Övladlarımızın doğma Vətənə məhəbbət ruhunda yetişdirilməsində onların rolu danılmazdır. Qeyd edilib ki, Zaqatala qadınları da fəallıqları ilə həmişə seçilib, rayonun ictimai-mədəni proseslərində yaxından iştirak ediblər. Tədbirin sonunda rayonun ictimai-siyası və mədəni həyatında fərqlənən qadınlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.İsmayıllıda da bayram tədbirləri keçirilib. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal qadınların iştirakı ilə keçirilən tədbirdə bütün qadınlar bayram münasibəti ilə təbrik edilib. Son illər ölkəmizdə və rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışılıb, onların ictimai-siyasi fəallığı, rayonun sosial-iqtisadi və mədəni həyatında rolu yüksək dəyərləndirilib. Azərbaycanın Beynəlxalq Konvensiyaya qoşulduğundan bəhs edən icra başçısı qadınlarımızın ən yüksək dövlət vəzifələrində çalışdığını diqqətə çatdırıb. Çıxışlarda respublikamızda və eləcə də İsmayıllı rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə prezidentinə minnətdarlıq çatdırılıb. Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Rayonda 1 saylı uşaq bağçasında "Anam mənim həyatımdır" devizi altında bayram tədbiri keçirilib. Körpə fidanlar analarının timsalında bütün qadınları müxtəlif şeirlər, musiqilər və rəqslərlə təbrik ediblər. Uşaqların səhnələşdirdiyi kompozisiya böyük marağa səbəb olub. Tədbir şən əhval-ruhiyyədə davam etdirilib.8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən bayram tədbiri keçirilib. 200-dən çox qonağın qatıldığı tədbirdə qadınlar əlamətdar gün münasibəti ilə təbrik olunub. Onların ictimai-siyasi həyatda fəaliyyəti yüksək qiymətləndirilib, təhsil, səhiyyə və mədəniyyət sahəsində uğurlarından danışılıb.Tədbir çərçivəsində viktorina da keçirilib. İştrakçılar 30-a yaxın intellektual və əyləncəli xarakterli sualları cavablandırıb. Bundan əlavə, məktəblilər arasında "Ən yaxşı şirniyyat süfrəsi" müsabiqəsi keçirilib. Qaliblərə hədiyyələr təqdim olunub.Eləcə də təhsil sahəsində uğur qazanan müəllimələrə diplomlar təqdim olunub.

Tədbir musiqi kollektivinin çıxışları ilə başa çatıb. 

Mənbə: Milli.Az

 

8 mart 2016
GO BACK