İctimai yerdə siqaret çəkənlərin sayı artıb. ANS TV-nin məlumatına görə, son vaxtlar ictimai yerdə- parkda, avtobusda, hətta metro keçidlərində belə siqaret çəkən şəxslərə tez tez rast gəlirik. Siqaretin çəkilməsinə qarşı məhdudiyyətlərin qoyulmaması necə deyərlər bu vərdişə sahib olan şəxslərin əl-qolunu açıb. Kim harada və necə gəldi siqaret çəkir. Siqaretə qarşı allergiyası olan, onun qoxusunu qəbul edə bilməyən şəxslər belə, onun çəkildiyi yerlərdə bu çətinliyə dözmək məcburiyyətindədir. Elə sosioloqlar da ictimai yerlərdə insanların bir-birinə qarşı hörmətlə davranmadığından narahatdı. Artıq qonşu ölkələrdə bu kimi problemlər nəzərə alınıb və öz həlli yollarını tapıb.
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, Türkiyədə müəyyən qanunlar əsasında ictimai yerlərdə siqaretin çəkilişi məhdudlaşdırılıb və qanunu pozanlara qarşı inzibati qaydada cərimələr tətbiq olunur. O bu məsələnin Azərbaycanda Milli Məclisin plenar iclasında bir neçə dəfə müzakirəyə çıxarılmaq istəsə də heç bir tədbir görülmədiyini dedi. Müsahibimin fikrincə insanlar arasında maarifləndirmə işi də ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını alan metodlardandır. Amma ən əsası isə cərimələrin tətbiqidir.
Elə həkimlər də siqaretin insan orqanizminə heç bir faydasının olmadığını, əksinə ağ ciyər və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olduğunu bildirir. Söhbət siqaretin təkibindəki 4 minə yaxın olan zəhərli maddədən gedir.
Siqaret çəkən şəxslər özü ilə yanaşı ətrafdakı insanları da təhlükəyə atır. Uşaqların, xüsusən hamilə qadınların yanında isə siqaret çəkmək qadağandır. Şəhərdə apardığımız kiçik sorğu zamanı da həkimlərin bu xəbərdarlığından insanların məlumatlı olduğunu və ictimai yerlərdə siqaret çəkilməyin əleyhinə olduqlarını öyrəndik.
Odur ki özünzü və sevdiyiniz insanları düşünün. Bu gün cəmiyyətimizin sağlamlığının qeydinə qalaq ki, sabah sağlam mühitdən söhbət aça bilək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Prezident seçkiləri ilə bağlı qeyri-iş günlərinin sayı açıqlandı
Anomal, yoxsa normal hava?
Castin Biber Tənqid olundu-SƏBƏB/FOTO
Elastik smartfon bilərzik nümayiş olundu - VİDEO
Saytların 45 faizində Facebook...
Yaşlı modellər
Cəbhədə vəziyyət gərginləşdi
Müasir cəmiyyətimizdə psixoloqa müraciət niyə normal qəbul edilmir?
“Disney”dən ailə ənənələrinin əks olunduğu maraqlı animasiya -VİDEO
Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir
Gözəl üzüklər
Yayın əvəzedilməz trendi: İpək donlar
2012-ci ilin Hündür daban ayaqqabı modelləri
Aleyna Tilkinin sevgilisi açıqlama verdi-FOTO
Araz çayı dondu
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
24 saata 11 min kompüter...
Manikur (2-ci hissə)
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Futbola görə toya kimsə getmir
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Azərbaycanın məşhur həkimi vəfat etdi
Həftədə 2 dəfə görüşən cütlüklərin...
Beren Saat rəfiqələri ilə tətildə - FOTO
Şuşa
Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
Yeni ili evdə keçirmək istəyənlər üçün filmlər
Cennifer və Kendall məşhur brendin siması oldular-FOTO
Azərbaycanlılar ətsiz qalacaq
Namazın vaxtı dəyişə bilər
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Emin 4 övladı ilə fotolar paylaşdı
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Varlanmaq üçün iki şey lazımdır
90-cı illərin məşhur cütlükləri
Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Mürəbbələrin inanılmaz faydaları
Eyni ölçülü kənd yumurtası almayın
Dünyanın ən vahiməli dəlikləri
250 illik qüllə evə çevrildi
Hazırda düşmən kəndlərimizi atəşə tutur - RƏSMİ
Qarın piylərini əritmək üçün pəhriz
Maqnitli kirpik nədir?
Lukaşenkoya nə olub?
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi - FOTO
Təqaüdlərin məbləği açıqlandı
Heç yerdə görmədiyiniz 10 meyvə
Azərbaycan nefti bahalaşıb














