"Psixoemosional sferada problemi olan insanlar praktik sağlam insanlara nisbətən kəskin hava dəyişkənliyinə adaptasiya ola bilmirlər. Ən çox da temperatur və rütubətliliyin yüksək olması belə şəxslərdə stress, yorğunluq, halsızlıq, həyəcan hissi, yüksək qıcıqlanma kimi hallara səbəb olur, xəstələr çox vaxt başağrısı və yuxu pozulmasından şikayət edirlər".
Milli.Az bildirir ki, bunu report-a həkim-nevroloq, Azərbaycan Tibb Universiteti (ATU) Nevrologiya və tibbi genetika kafedrasının assistenti, ATU Tədris Terapevtik Klinikanın nevroloqu Nuran Əmənullayev deyib.
Nevroloq bildirib ki, havada baş verən dəyişikliklər nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər: "Təbiətin pis havası yoxdur" deyilsə də, bəzi meteohəssas insanlar üçün bu deyim uyğun gəlmir. Hava şəraiti göstəriciləri insan orqanizminə güclü təsir edən faktorlardır. Çox zaman tək bir yüksək temperatur deyil, həmçinin havanın rütubətliliyinin yüksək olması, külək, siklonlar, atmosfer təzyiqi dəyişkənliyi, günəş aktivliyinin yüksəkliyi, maqnit burulğanı və s. amillər birlikdə insan orqanizmində ciddi dəyişikliklərə, müxtəlif xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər. Çox isti hava və günəş şüalarının birbaşa baş nahiyəsinə təsiri nəticəsində insanda istilikvermə və tərləmə artır. Bu isə orqanizmdə maye itkisinə, beyin qan damarlarının genişlənməsinə, qan dövranının mərkəzləşməsinə, günvurmaya səbəb olur. Belə hal uzun müddət davam edərsə, trombəmələgəlmənin artmasına və nəticədə ağır nevroloji xəstəlik olan insulta gətirib çıxarır".
N.Əmənullayev bildirib ki, isti hava şəraitində hər bir insan, xüsusən arterial hipertenziya, şəkərli diabeti olan xroniki xəstələr, eləcə də yaşlılar günün çox qızmar olduğu saatlarda havada olmamalı, lazımi qədər maye qəbul etməlidirlər. Həkim qeyd edib ki, günəşdən qorunmaq üçün gün eynəkləri, baş örtükləri və açıq rəngli geyimlərdən istifadə olunmalıdır.
Milli.Az
XƏBƏR LENTİ
"Lirikada fizika və dünyəvilik"(2)
Manikür formaları
Abituriyentlərin nəzərinə: Bu gün son gündür
Hamiləlik dövründə vacib olan qidalar
Azərbaycanda zavodlar tikiləcək
Tər qoxusunun qorxulu səbəbləri
Cennifer Qarner və Ben Afflek küçədə mübahisə etdilər-FOTO
HAVA necə olacaq?
Salatlar
Ukraynada qubernatoru istefa ərizəsi yazmağa məcbur etdilər
Şirniyyata sevgi insanı vaxtından əvvəl qocaldır
Balqabaq şirnisi(foto resept)
Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı
H&M 2012 ci-ilin yaz modası
"Bakinternet" çökdü
Ürək formalı ad günü tortu (foto resept)
Görənlər şoka düşürlər: o, "Dənizlərin Himni"dir
Koronavirusla bağlı SON STATİSTİKA
Nəsillərin söyüş nəsihəti
2020-nin ən məşhur çantaları
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Tarixə düşən "Qarabağ" futbolçusu
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
“Evdə qal” çağırışına etiraz etdi koronavirusa yoluxdu-FOTO
Klimatoloqlardan DƏHŞƏTLİ PROQNOZLAR
Ermənilər üçün faciəvi proqnoz
vDİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
ABŞ-da qarğa dəstəsi insanlara hücum etdi - VİDEO
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Yaşıl çay içmek çox faydalıdır.
Badamlı sadə peçenye(foto resept)
Aromaterapiyanın faydaları
Ermənilərin qaçan komandiri - VİDEO
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
Bu qidalar boy inkişafını dayandırır
Hikmət Hacıyev: “Erməni barbar işğalı nəticəsində Füzuli xarabalığa çevrilib”
Türkiyə gözəlindən qeyri-adi addım-FOTO
Məktəb fənləri azaldıla bilər
Koronanın yayıldığı Çində ilk – 105 yoluxma, ölüm isə...
Darçınlı peçenye (foto resept)
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Pandemiya dövründə özümüzü necə təcrid edək? - YENİ ŞƏRTLƏR
Serenay Sarıkaya Cem Yılmazla Sevgili Olduğunu Etiraf Etdi
Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Moskvada Qurban bayramında qurban kəsmək qadağan olunub
Maykl Duqlas villasını sata bilmədi
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
Gökçe Bahadırı Bensu Soral ƏVƏZ EDƏCƏK
İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi
Zeynəb Bəşərlər Ozan Güvən qalmaqalına fikir bildirdi














