Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, "Mərkəzi Bank haqqında" qanununda dəyişikliklər edilməsi barədə prezident İlham Əliyev tərəfindən imzalanmış 4 mart 2016-cı il tarixli qanun bunun üçün zəmin yaradır.Yeni dəyişikliyə görə, "Mərkəzi Bank haqqında" qanunun 1.14.49-cu maddəsi aşağıdakı redaksiyada verilib: "Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.""Əksər kommersiya banklarının mərkəzləşmiş kreditlərə çıxışı təmin ediləcək və bankların manatla kredit vermək üçün imkanı artacaq".İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramovmüsahibəsində bu dəyişikliyin ölkə üzrə manatla kreditlərin artmasına səbəb olacağını bildirib: "Bu, mərkəzləşmiş kreditlərin kommersiya bankları arasında proporsional şəkildə paylanmasına səbəb olacaq. Yəni kommersiya bankının likvidliklə bağlı problemi olduqda Maliyyə Bazarlarına Nəzarət Palatası mərkəzləşdirilmiş resurslar üçün Mərkəzi Banka (AMB) müraciət edə bilər. Bu müraciətdən sonra AMB iki gün ərzində ona cavab verməlidir. Bu cavab əsaslı olmalıdır. Bunun nəticəsində əksər kommersiya banklarının mərkəzləşmiş kreditlərə çıxışı təmin ediləcək və bankların manatla kredit vermək üçün imkanı artacaq".Bu, devalvasiyadan sonra ticarət dövriyyəsində və iqtisadiyyatın digər sahələrində yaranmış problemlər baxımından indiki məqamda çox vacibdir. AMB-nin statistikasına görə, 2015-ci ildə baş vermiş 100%-lik devalvasiyadan sonra bankların manatla kreditləri kəskin azalıb. Əgər 2015-ci ilin yanvar ayında ölkə üzrə manatla verilmiş kreditlərin toplam məbləği 13 milyard 561,4 milyon manat olubsa, 2016-cı ilin yanvar ayında bu göstərici 10 milyard 206,7 milyon manata düşüb. Göründüyü kimi, bir il ərzində 25% azalma olub. Bundan əvvəl isə manatla kreditlərin toplam göstəricisi ardıcıl olaraq artırdı. 2014-cü ilin yanvar ayında bu göstərici 11 milyard 140,5 milyon manat, 2013-cü ilin yanvar ayında isə 8 milyard 580,6 milyon manat olmuşdu. Göründüyü kimi, hər il təxminən 2 milyard manat artan bu göstərici son bir il ərzində 3 milyard manatdan çox azalıb. Hazırda banklar müştərilərə yalnız dollarla kredit təklif edir, müştərilərin xeyli hissəsi isə bundan imtina edir və yalnız manatla kredit istəyirlər. Nəticədə, ölkə üzrə kredit fəallığı, uyğun olaraq iş fəallığı aşağı düşür.Mərkəzləşmiş vəsaitləri kreditləşdirməyə yönəldən banklar istənilən halda devalvasiya riskindən sığortalanmış olurlar.İndi müştərilər əmanətləri dollarla qoyduğundan bu banklar da devalvasiya risklərini nəzərə alaraq, kreditləri dollarla verməyə məcbur olurlar. Mərkəzləşmiş vəsaitləri kreditləşdirməyə yönəldən banklar isə istənilən halda bu cür riskdən sığortalanmış olurlar. Yəni manatla aşağı faizləri götürdükləri vəsaitləri manatla kreditə yönəltdiklərinə görə əldə etdikləri faiz fərqi banklara qazanc kimi qalır. Mərkəzləşmiş kreditlər isə bir neçə banka verilir və geniş müştəri bazasına xidmət göstərən əsas banklar əsasən depozitlər hesabına likvid vəsaitlər əldə edə bilirlər. Bu isə kredit dərəcələrinin yüksəlməsinə səbəb olur. Mərkəzləşmiş kreditlərdən kənarda qalan banklar son dəyişikliyə qədər AMB-yə etiraz da edə bilmirdilər, çünki lisenziyanı AMB-dən alırdılar və onların fəaliyyətinə də AMB nəzarət edirdi. "Qanunvericilikdəki son dəyişmələrdən sonra Mərkəzi Bank yalnız uçot fəaliyyəti ilə məşğul olacaq. Banklara və valyuta bazarına nəzarət isə Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib. Yəni AMB bir qədər ABŞ federal rezerv sisteminə bənzədilib", - deyə Vüqar Bayramov vurğulayır.AMB-dən əsas funksiyalarını qəbul etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın perspektivdə iki əsas işi təmin etməlidir. Birincisi, manat yenidən əsas maliyyə vasitəsi kimi pul-kredit təşkilatları üçün aparıcı alətə çevrilməlidir ki, manata təzyiqlər dayansın. Palata həm də manatın yumşaq devalvasiyası nəticəsində ölkə iqtisadiyyatını idxal recimindən xilas etməli, həmçinin Azərbaycan mallarının xaricdə rəqabət qabiliyyətini təmin etməlidir. Yəni yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan iqtisadiyyatını balanslaşdıraraq odla suyun arasından keçirib aparmalıdır. Hələ ki, oddan yanıb sudan boğulanların sayı çoxdur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda yaşayan erməni əsilli qadın türkiyəli jurnalistlərə danışdı - VİDEO
Aparıcı geyiminə görə canlı yayımda işdən çıxarıldı-FOTO
Koronavirus məhdudiyyətlərinə maraqlı etiraz hər kəsi güldürdü - FOTO
Hicablı xanımlar üçün
94 kq arıqlayıb MODEL oldu-FOTO
Düşmən mövqelərimizi minalarla vurur
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Xama alarkən nələri bilməliyik?
Koronavirus vaksinini sınaqdan keçirən “Putinin qızı” danışdı – VİDEO
Hərbçimizin meyiti tapıldı - RƏSMİ
Tavada toyuqlu börək (foto resept)
Murad Boz Bakıya gələcək - FOTO
Pakistan müşahidə missiyası: "Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün zəruri işlər görülüb"
Ledi Qaqa Maurisio Quççinin qatili olacaq
"Normand dördlüyü"nün görüşü bitdi
Sabahın HAVAsı
Gecikmiş qadınlıq
Azərbaycan toyları: sevinc, yoxsa bəla?
Günün ulduz falı
Sahibinin dediklərini 9 dilə tərcümə edən maska
Günün qoroskopu: Bu gün dünənkindən yaxşıdır...
Facebook çökdü
Xanımların nəzərinə
Kosmosa 2 saatlıq uçuş üçün xərcəlnəcək məbləğ açıqlandı
Prezidentin köməkçisi: “Yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir”
Bədən dili bizi ələ verir (3)
Artur Rasizadənin oxşarı tapıldı
Ayaqqabılar
Badamlı biskuvit (foto resept)
Qızıl bahalaşdı
Qızıl 5 dollaradək ucuzlaşdı
Günün ulduz falı
Müəllimlərin NƏZƏRİNƏ
10 min dollarlıq ayaqqabı su qiymətinə satıldı
Müəllimlər mənzillə təmin olunsun
Pişikləri haqqında bunları bilirsiniz?
Bu yay trend olan geyimlər
Dəmir çatışmazlığının səbəbləri
Cəbrayıl və Hadrut elektrik enerjisi ilə təmin olundu
Ermənilər cəbhədə minaatan və pulemyotları işə saldılar
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı çıxış edirlər - CANLI
Qozlu çuğundur salatı (foto resept)
Hadisənin ev almağa pulu çatmadı, kredit götürür
Bu institutun filialı bağlandı
Zakir Həsənov göstəriş verdi
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakı şəhər İcra Hakimiyyəti icazə verdi
Şuşada yaralanan əsgər: “Vətənə canım da qurbandır”
Şahzadə toyuna xalqı da ÇAДћIRDI
İnsan beyni haqqında bilinməyənlər














