
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xama məhsullarını alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, əsas xamanın tərkibinə, keyfiyyətinə, istehsal tarixinə və saxlanma müddətinə fikir vermək lazımdır.
Xama istehsalı üçün yağlılığı normalaşdırılan qaymaq 92-95 dərəcə C-də pasterizə edilir. 60-70 dərəcə C-də hemogenləşdirilir və 18-22 dərəcə C-yə qədər soyudulub, üzərinə 1-5% miqdarında əvvəlcədən hazırlanan maya əlavə edilir. Maya vurulan qaymaq ilk 3 saat ərzində hər saatdan bir qarışdırılır və 15-20 saat turşudulur. Xamanın turşuluğu 65-75 dərəcə olduqda, 2-4 dərəcəyə qədər soyudulur və tam yetişənə qədər saxlanılır.
Xamanı texnoloji qaydalara əsasən mövcud standartların tələblərinə uyğun hazırlayırlar. Yetişmə dövründə xamanın yağı bərkiyir və kristallaşır, zülallar şişir və xamanın özünəməxsus qatılığı yaranır. Tərkibində 30% yağı olan xama əla və I əmtəə növünə ayrılır.
Xama olan şüşə qablarda və daxilinə perqament sərilmiş karton qutularda, polistirol stəkanlarda qablaşdırılır. Açıq satış üçün xama çəlləklərə də qablaşdırıla bilər.
Xamanın saxlama şəraiti və istifadə müddəti istehsalçı tərəfindən müəyyən edilir. Orta hesabla mağazada xamanı 4-8 dərəcədə 72 saat, soyuducu olmayan mağazalarda isə 24 saat saxlamaq olar. Əla növ xama isə 14 gündən artıq olmayaraq saxlanıla bilər.
Markalanarkən məhsulun üzərində məhsulun adı, yağın kütlə payı, istehsalçının adı, ünvanı, əmtəə nişanı, məhsulun xalis çəkisi, məhsulun tərkibi haqda məlumatı əks etdirən yazı və s. olmalıdır.
Xama orqanoleptiki qiymətləndirildikdə qablaşması, xarici görünüşü, rəngi, konsistensiyası, dad və iyi müəyyən edilir. Bu göstəricilərinə görə xama turş süd məhsulları dadı verməməli, kəskin kənar dad və iylər qoxumamalıdır. Xamanın yağlılığı 10 faizdən 40 faizə qədər olur.
Standartın tələbinə görə, xamanın xarici görünüşü və konsistensiyası həmcins, lazımi qatılıqda olmalıdır. Bəzi hallarda cüzi miqdarda xırda dənələr ola bilər. Xamanın xarici görünüşü qiymətləndirildikdə taranın vəziyyəti, markalanması və s. yoxlanılır. Xama tökülmüş qabların qapağı kip bağlanmalıdır. Ağzı açıldıqdan sonra onun üzü hamar və kifsiz olmalıdır. Əgər xama qıcqırmışsa, kiflənmişsə satışa qəbul edilmir. Dadında acı, turş, pendir, piy, maya və s. tamların olması yolverilməzdir.
Xamanın tərkibində şorun, nişastanın, unun olması məhsulun saxtalaşdırılması sayılır. Xamaya süd, qatıq, kefir və s. qatmaqla da onun saxtalaşdırılması mümkündür. Bu saxtalaşdırmaları müəyyən etmək üçün daha əlverişli üsul xamanın yağlılıq faizinin təyin edilməsidir. Xamanın keyfiyyətinin yoxlanılmasının digər bir üsulu onun bir parçasının bir stəkan isti suya tökülməsidir. Əgər o keyfiyyətlidirsə dərhal suda həll olacaqdır, əks halda kütlə formasında suyun dibinə yatacaqdır.
Bu məhsulların ticarət şəbəkələrinə çatdırılması tez xarab olan yüklərin daşınması qaydalarına uyğun olaraq xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ev şəraitində hazırlaya biləcəyiniz 10 maska
Kefirin faydaları və evdə hazırlanması
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Dünyanın ən bahalı boşanması baş tutdu
Sağlamlığa ziyan vuran 4 vərdiş
Bunu necə qəbul edim?
30 yaşdan sonra evlənmək təhlükəlidir?
Elektrik enerjisi istehsal edən taxta döşəmə
Yaponlar niyə kökəlmir?
Analar mükəmməl olmayın!
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
Novruz bayramınız mübarək!
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Payız tortu (foto-resept)
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
4 günə 5 santimetr arıqladan detoks
Yeni dayanacaqlar - DÜNYADA İLK DƏFƏ - FOTO
Peçenye keks (foto resept)
Deniz Bulutsuz da həbs oluna bilər
Azərbaycanda bu yol ödənişli olacaq - CİHAZLAR QURAŞDIRILIR
Bunu bilmək maraqlıdır!
Manatın ikinci devalvasiyası qaçılmazdır
Çayınıza bal əlavə etmək üçün 5 səbəb
Bakıda mənzillərin qiyməti dəyişdi
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
Dünya tarixinin ən böyük sirlərindən biri açılır?
Ev geyimləri
BÜRCLƏR bizə nə vəd edir? -1 İyun
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Uşaqlarımız itəndə nə etməlidirlər
Sobada Vafli (foto-resept)
Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir
Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır
48 yaşlı Göksəl yeni şəklini paylaşdı - FOTO
Talış kəndində erməni hərbiçisi vuruldu
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Seren Serengil 2,5 milyona yaxta aldı
Güclü münasibətin 4 qaydası
Kıvanç Tatlıtuğun tətili-FOTO
Sobada göbələkli makaron (foto resept)
Müəllimlərin maaşı artırılıb, amma hamının yox...
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
NASA alimindən YADPLANETLİ açıqlaması
"Halal" markaları əslində...
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
Hamiləlikdə mənəvi qidalar
Dərmanlara görə 50 minlik cərimə
Kənd toyuğu bahalaşdı
Yoxmuş kimi görünən makiyaj
İflicin fəsadlarından xilas olmağın çarəsi tapılıb















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]