Bütün bu deyilənlərdən alınan nəticə budur ; insanın davranışı bədən kimyasını dəyişdirir. Özünüzü sıxıntılı və gücsüz hiss edirsinizsə, bədən duruşunuzu və mərkəzinizi istifadə formasını nəzərdən keçirin.
Yalan! İş həyatında ən çox yalan söyləmək məcburiyyətində qalan insanların katibələr olduğu bir gerçəkdir. Bunun səbəbi, xüsusilə idarəçimiz adına başqaları ilə ünsiyyətdə olmağımızdır. Rəhbərimizlə digər işçilər arasında, rəhbərimizlə digər rəhbərlər arasında, rəhbərimizlə şəxsi həyatındakı şəxslər arasında, rəhbərmizlə rəhbəri arasında həmişə bir körpü vəzifəsi daşıyırıq.
Rəhbərlərimiz görüşmək istəmədikləri şəxsləri müəyyən edib geri çəkilirlər, sonrası bizə aiddir. Ayrıca xəbərsiz, qeydiyyatsız gələn qonaqlar ilə maraqlanmaq da var. Ən çox rast gəlinən də, rəhbərimizin bir xətasını üzərimizə götürməyimizdir. Bizə verməyi unutduğu bir yazı gecikmişdir. Baş direktor əsəbləşməsin deyə günahı bizə atar, “hələ də yazmadınmı?” deyər, biz də “ siz mənə yazını vermədiniz ki” demək əvəzinə “ günahkaram, indi yazacam” kimi bir şey deyərik. Halbuki yazını belə görməmişik.
Bax belə hallarda vücud dilimizi nəzarət altına ala bilərsək, qarşımızdakı insanın bizə etibar etməsini təmin edər və vəzifəmizi çox daha yaxşı etmiş oluruq. Daha da vacibi vücud dili ilə yalan söyləməyi həll edərsək qarşımızdaki şəxsin də bizə yalan söyləyib söyləmədiyini çox asan anlayarıq.
Vücud diliylə yalan söyləmək olarmı? Bu suala veriləcək cavab; əsas hərəkətlər, vücudun mikro işarələri və söylənən sözlər arasında meydana çıxacaq uyğunluq əskikliyindən dolayı “xeyr” olacaqdır. Məsələn, açıq ovuclar dürüstlük göstərir, amma qarşınızdakı yalan söylərkən ovuclarını açıb sizə gülümsəsə belə, mikro hərəkətləri onu ələ verir. Gözbəbəkləri balacalaşa bilir və ya ağzının köşəsi səyrilə bilir və bu işarətlər açıq ovuc hərəkəti və içdən gülümsəməylə ziddiyyət təşkil edir.Nəticə olaraq qarşısındakı, söylənənə inanmama meyili göstərir.
Yalanları ört-basdır etmək üçün vücudun başqa hər hansı bir yerindən daha çox üzümüzü istifadə edirik. Ört-basdır edə bilmək üçün gülümsəmələr, baş sallamalar və göz qırpmalardan istifadə etsək də çox təəssüf vücud işarətlərimiz burada da doğrunu söylər və üz işarətlərimizlə vücud hərəkətlərimiz arasında bir uyuşmazlıq ortaya çıxar.
Yalan söyləməylə bağlı çətinlik, şüuraltı zehnimizin avtomatik olaraq işləməsi, şifahi yalanımızdan müstəqil olaraq hərəkət etməsilə vücud dilimizin bizi ələ verməsidir. Çox nadir yalan söyləyən insanların nə qədər inandırıcı olurlarsa olsunlar asanlıqla yalanlarının üzə çıxmasının səbəbi də budur. İşi səbəbiylə çox yalan söyləməsi lazım olan insanlar hərəkətlərinə iki yolla incəlik qazandıra bilərlər. Birincisi; yalan söyləyərkən doğru olduğunu hiss etdikləri hərəkətlərlə praktika edə bilərlər. Ancaq çox uzun müddət sonra və saysız yalan söylərkən praktika etdikdən sonra nailiyyət qazana bilirlər. İkincisi isə; yalan söyləyərkən heç bir müsbət ya da mənfi hərəkəti istifadə etməyəcəkləri şəkildə əksər hərəkəti aradan qaldıra bilirlər amma bu da çox çətindir. İş görüşlərində bədən dili Bədən dili istifadəsiylə bağlı vacib nüanslardan biri də iş üçün müraciət etdiyimiz yerlərdi. İş görüşləri əsnasında özümüzü rəqib meydandaymış kimi hiss edərik. Bunun səbəbi tanımadığımız bir mühitdə özümüzü gərgin hiss etməyimizdir. Çünki ora bizim üçün demək olar ki, bir arenadır. Qarşımızdakı matadora qarşı qalib gəlməyə çalışırıq. O halda bu arenada nələr etməliyik? Hər şeydən əvvəl iş üçün müraciət edəcəyiniz qurumu, startegiyalarını, missiyasını, məhsullarını bilməyiniz lazımdır. İş müraciəti etdiyi müəssisəni tanımayan şəxsin şirkət mədəniyyətinə gec uyğunlaşacağına inanılır. İş görüşünə son dərəcə uyğun, gözəl, amma həddi aşılmamış bir qiyafətlə, mümkünsə kostyumla gedilməlidir. Xanımların da dəst paltar geyinməsi uyğun olar, amma tuman (qısa olmamalı), pencək, köynək bir- birinə uyğun olmalıdır. Ayaqqabılarınız palçıqsız və boyalı olmalıdır. Bəylərin üzü təmiz və gözəl ətirlər sürtərək, xanımlar xəfif makiyajlı və yenə ağır olamayan xəfif bir ətir istifadə edərək getməlidirlər. İş görüşünə beş dəqiqə də olsa əsla gec getməyin. Görüşün vacib meyarlarından biri vaxtdan istifadə bacarığıdır. Artıq müəssisələr vaxtını uyğun və səmərəli istifadə edən işçilərə üstünlük verir. Daha ilk dəqiqədən gecikərək zamanlamaya görə əskik xal almaq istəməzsiniz deyilmi? Gecikməniz sizə mənfi xal qazandırmaqdan əlavə, o görüşə tənginəfəs girmənizə və danışmağınızın ahənginin pozulmasına səbəb olur. Buda özünüzü ifadə etməkdə çətinliklər yarada bilər.
Psixoloq: Abdullah Topal
Tərcümə: Aidə
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
İki telekanalın yayımı dayandırılır - 5 günlük cəza
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Vitamin çatışmazlığının həlli
Aqressiv uşaqları belə yedizdirin
İrəvana ikinci zərbə
Cehiz istifadəsiz qalanda nə etməli?
Gəlin birlikdə gülək
Nənə öz nəvəsini dünyaya gətirdi
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
Multikultiralizm nədən başlayır?
101 yaşlı aktrisa serialı məhkəməyə verib
2020 qarderobunuza ilham olacaq məşhurlar
Paytaxtda temperatur enəcək
Bu gecədən ekspres avtobusların fəaliyyəti dayandırılacaq
Yalan xəbər yayan saytların adları açıqlanacaq
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Dəbli ayaq bilərzikləri
Kivi maskası ilə gözəlləşin
Koronavirusa görə xəstəxanaya yerləşdirilən zaman lazım olan əşyalar
Yaddaş şkalasında yeriniz
İlin ən çox qazanan ölü məşhurları: 60 milyon dollar...
Bakıda cənub küləyi əsəcək, rayonlara yağacaq
Cessika Alba geyiminin qiyməti ilə diqqət çəkdi!
Ermənistana yeni Xarici İşlər naziri təyin olundu
Bakı sakinlərinə şad xəbər
Seray Kaya imicini dəyişdi
Ana südü və əmizdirmə
Azərbaycanda toylar bərpa edilir
Suriyada növbəti faciə
Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ + VİDEO
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yeni ildə əfv olacaq
Con Kerrinin "unutduğu" Qarabağ
178 illik ingilis şirkəti iflas oldu
O şəhərdə göz-gözü görmür
Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
Uşaqda skoliozun əlamətləri
Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? – VİDEO
Soğan həvəskarlarını əbədi cavanlıq gözləyir
İngiltərənin ən yaxşı futbolçusu seçildi
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
12 il sonra sahibini tapdı
60 ildir bığını kəsmir - FOTO
Passivlik insan həyatını yorur...
Məleykə Abbaszadə müraciət etdi
Torpaq Məcəlləsinə dəyişiklikləri təsdiqləndi

- ŞƏRHLƏR