Qoç - sizi dilə tutmaq çəkin deyil. Belə olmamalıdır. Mövqelərinizi müdafiə edin. Başqalarının dedikləri ilə dərhal razılaşmayın. Maraqlar münaqişəsi olarsa, güzəştə getməyi bacarın. Amma sərfəli olmayan, ziyanlı şərtləri əsla qəbul etməyin. Daha qətiyyətli, sərt olun.
Günün ikinci yarısında alış-veriş məsləhət deyil. Əsla ehtiyac duymadığınız əşyalar və ya məhsullar ala bilərsiniz. İdmanla məşğul olmaq, pəhrizə başlamaq üçün əlverişli zamandır. Qida rasionuna ciddi fikir verin. İstənilən sağlamlıq prosedurlarında xeyir var.
Buğa - mühüm işlərdən birini unutmayın. Adi günlərdən fərqli olaraq diqqətsiz davranmayın. Emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar nə baş verdiyini anlamağa çətinlik çəkirlər.
Səmimi olmağa çalışın. Məruz qaldığınız hissləri, yaşadığınız emosiyaları etiraf etməkdən çəkinməyin.
Günün ikinci yarısı tədqiqat, araşdırma, təhqiqat və ya münasibətlərin aydınlaşdırılması üçün əlverişli deyil. Sadə, amma faydalı biliklər, bacarıqlar əldə edə bilərsiniz. Maliyyə çətinlikləri yaranacaq. Amma onlar ciddi səciyyə daşımayacaqlar.
Əkizlər - yeni planlar və ideyalar yaranır. Onların reallaşdırılmasını təxirə salmayın. Nə qədər tez işləməyə başlasanız, nəticəyə bir o qədər tez nail olarsınız. Qəfil səfər, çoxdan bəri görmədiyiniz insanlarla görüş istisna deyil. Gün narahat və qayğılı, amma maraqlıdır.
Günün ikinci yarısında qəfil hədiyyə və xoş sürpriz ola bilər.
Maliyyə durumu yaxşı olmasa da, bədbinliyə qapılmayın. Az sonra işlərdə köklü dəyişiklik olacaq. İntuisiyanızın səsinə qulaq asın, risk etməkdən qorxmayın.
Xərçəng - yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Ən xırda məsələləri ürəyinizə salmayın. Yaxınlarınız sizi dəstəkləməyə, yardım göstərməyə hazırdır. Hisslərinizi gizlətməyin. Sizi narahat edən problem barədə etibar etdiyiniz insana danışa bilərsiniz.
Günün ikinci yarısında situasiya o qədər də əlverişli deyil. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ümumi bihallıq, zəiflik, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun. Ağır iş görərək həddən artıq yorulmayın, orqanizmi sınağa çəkməyin.
Şir - görüşlər üçün əlverişli zamandır. İşgüzar maraqlarla bağlı olduğunuz insanlarla təmaslarda aktiv olun. Birgə biznes, yeni kommersiya layihəsi ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İntuisiyanız kimə inanmağın mümkün olduğunu, kimdən də uzaq durmaq gərəkdiyinizi sizə deyəcək.
Günün ikinci yarısında ciddi səhvlərə yol verməməyə çalışın. Romantik görüşün təəssüratları yaddaqalan olacaq. Adi, rutin və gündəlik işlərdən birini orijinal məşğuliyyətə çevirmək olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - maliyyə baxımından çox əlverişli gündür. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Alış-veriş, sövdələşmələr, anlaşmalar və sifarişlər üçün münasib zamandır. Əsla gözləmədiyiniz halda işgüzar təklif alacaqsınız. Bu təklifi dəyərləndirsəniz, gəlir mənbələrinizi daha da artıra bilərsiniz.
Günün ikinci yarısında əhvalınız pis olmayacaq. Ruhdan düşənlərə, bədbinliyə qapılanlara ürək-dirək verin, onlara yol göstərin. Şəxsi problemlər ilk baxışdan nə qədər çətin görünsə də, onları həll etmək olar.
Sevdiyiniz insanla dil tapa biləcəksiniz.
Tərəzi - günün ilk saatları gərgin və çətin olacaq. İşlərin əksəriyyəti gözləntilərinizin əksinə olacaq. Dostlar, yaxınlar və qohumlarla ünsiyyətdə problemlər yaranacaq. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Əhvalınız yaxşılaşacaq, nikbin və qüvvələrinizə əmin olacaqsınız.
Günün ikinci yarısının emosional fonu müsbətdir. Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir. Səfərə və ya gəzintiyə yollanmaq olar.
Əqrəb - gərgin, amma çox maraqlı gündür. Ən yaxşı məziyyətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. İşlər çox olsa da, yardımçılarınız və köməkçiləriniz az olmayacaq. Kənardan gələn məsləhətlərə qulaq asmayıb bildiyiniz kimi hərəkət etsəniz, bütün işlərin öhdəsindən gələcəksiniz. Xoş xəbərlərin alınması istisna deyil. Uzaq qohumlardan biri barədə məlumat sizi sevindirəcək.
Günün ikinci yarısı alış-veriş, qarderobun yenilənməsi üçün pis deyil.
Axşam saatlarında bihallıq yarana bilər. Amma narahat olmayın, səhhətinizdə ciddi problemlər olmayacaq.
Oxatan - asan və rahat gündür. İşlərin axarı pis deyil. Məcra ilə hərəkət edin, olaylara süni təkan verməyin. Şərtlər uğurludur. Gərəkli vaxtda gərəkli yerdə olmağı bacarın. Faydalana biləcək insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün ikinci yarısı astagəllik etməyin. İdeyalarınız çox cəsur və qeyri-adi təsir bağışlaya bilər. Ətrafınızdakı insanların narazı baxışlarına fikir verməyərək yolunuzla hərəkət edin. Sizə özünüzdən savayı kimsə yardım etməyəcək.
Axşam saatlarında xoş tanışlıq ola bilər.
Oğlaq - əvvəllər başladığınız işi başa vurmaq imkanı var. Bütün diqqəti işlərə yönəldin. Ailə üzvlərinin əyləncə və istirahət tələblərini qulaqardına vurun. Onlardan fərqli olaraq, sizin boş vaxtınız yoxdur və üstəlik, pul qazanmalısınız.
"Darıxıram" tipli sözlərə əsla əhəmiyyət verməyin.
Günün ikinci yarısında münaqişə yaratmayın. Ailə və məişət qayığları sizə yorucu, usandırıcı təsir bağışlamasın. Rutin məsələlərin həllinə yaradıcı yanaşın. Eksperimentlər etmək olar.
Dolça - qarşınıza qoduğunuz məqsədə çatmaq asan olmasa da, bədbinliyə qapılmayın. Səhər saatlarında alınmayan işi yarımçıq saxlamayın. Qətiyyətli və iradəli olun. Günün ikinci yarısına doğru aktivləşin.
İşlər yetərincə usandırıcı, yorucudur. Qüvvələrinizi bərpa etmək və irəliləmək istəyirsinizsə, bunun üçün xüsusi tədbirlər görün. Yaxınlarınız və dostlarınızdan yardım istəməkdən çəkinməyin. Rədd cavabı almayacaqsınız.
Planlaşdırılmamış alış-veriş, xərclər olacaq. Məsrəflər ailə üzvlərindən birinə nə isə almaq və ya çətin situasiyaya düşmüş insana yardımla bağlıdır. Pulların dərdini çəkməyin. Az sonra gəlir əldə edəcəksiniz.
Balıqlar - söhbət və görüşlərin heç də hamısı xoş olmayacaq. Başqa günlərdə mütləq şəkildə yayınmağa çalışacağınız söhbətlərə, müzakirələrə qatılmaq məcburiyyətində qalacaqsınız. Təmkinli, soyuqqanlı olun. Təxribatlara uymayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Romantik münasibətlərin başlanması istsina deyil. Həmin münasibətlər asan və rəvan olmasalar da, pozitiv emosiyalar bəxş edəcəklər. Üstəlik, təcrübə əldə edəcəksiniz.
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər