Azərbaycanlı azərbaycanlıdan gözləməlidir. Ona görə ki, bu saat hamı gözləyir. Azərbaycanda çaxnaşma olan kimi ermənilər az qala Gəncəyə qədər gəlib çıxmışdı. XX əsrdə İrəvan, Zəngəzur, Qarabağ və ətrafındakı rayonları itirdik. Kim deyir ki, 20 faizdir bu itki? Biz bəlkə də tarixi torpaqlarımızın 40 faizini itirmişik. Onlar bu ilin bismillahında oturub yeni torpaqlara amadədirlər.
Onlar da, arxalandıqları da. Nəyi gözləyirlər. Əbəttə əlverişli şəraiti, yəni mitinqləri, iğtişaşları, qırğınları... Mən burda day başqa qonşulardan danışmıram. Allah hamısının canını salamat eləsin. Təbii ki, o cümlədən bizim də. Adam dara da düşər. Bir yerdə olsaq bu mərhələni də tez, asan və torpaq itirmədən keçib gedəcəyik.
Sunami vurmuş Yaponiya var dünyada. Onlar bu dünya qiyamətinin altından necə qürurla çıxdılar. Birlikdə. Şəstlə. Neçə illərdir tam təcrid şəraitində yaşayan, öz yerli iqtisadiyyatını, istehsalını və istehsalat vasitələrini muxtar rejimdə işləməyə öyrədən İran İslam Respublikasındanda, sanksiyaların altında xüsusilə birləşən, hətta ən ciddi fikir ayrılıqlarını bir kənara ataraq milli vəhdət və dirəniş taktikası seçən, az qala bütün dünyaya mətanətlə meydan oxuyan Rusiyadan da öyrənmək olar.
Çin atıq paralel planetə çevrilməkdədir. Niyə? Ona görə ki, MAO keyfiyyətli təhsillə Çinin bütün dünyada hegemon olacağına inanırdı.
İkinci Dünya müharibəsindən tam məğlub çıxmış Almaniya bu gün Avropanın tam lideridir! Bizə nə olub maşallah?! Bəli bu gün bizdə narazılar var və artan sıra ilə dəyişir. Amma niyə? Dövlət gömrük komitəsinin sədri Aydın Əliyevlə söhbət edirdik. Deyirdi ki, artıq inhisarçılıqla mübarizə öz bəhrəsini tam verdi. Yəni inhisarçılar olmayacaq. Əlbəttə yaxşı xəbərdir. Amma bu inhisarçılar da portfellərini götürüb ölkədən getməyəcəklər axı. Onlar var və müqavimət göstərəcəklər, itirdikləri mövqeyi asanlıqla əldən verməyəcəklər. Onlar gizli mübarizə aparacaqlar və artıq belə mübarizəyə də başlayıblar.
Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurları xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir.
Uzağa niyə gedirik. Əgər dövlət büdcəsinə bir qəpik belə gəlir gətirməyən MTRŞ dövlətə hər il kifayət qədər vergi ödəyən, ANS-in başına belə oyun açırsa, özü də bizim heç olmasa bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir.
Prezident "ASAN xidmət"inin fəaliyyət sahəsini genişləndirir. Niyə? Rüşvət və korrupsiya ilə mübarizə məqsədilə. Bu əlbəttə yaxşıdır. Amma başqa bir tərəfdən səlahiyyətləri, pul qazanmaq, oğuramaq imkanı əlindən alınanlar var və onlar təslim olmayacaqlar. Təbii ki, ölkənin zəifləməsində rolu olan hər bir kəs aşkar edilməli və dürüst cəzalandırılmalıdır.
Azərbaycan da əldəqayırma respublika deyil. Bu ölkənin istedadlı, zəhmətkeş, işgüzar xalqı var. Hər şeyimiz çatır. Taxılımızdan tutmuş, paxılımıza qədər. Sadəcə imkan verilməlidir ki, vətəndaş işləsin, ailəsini və dövlətini dolandırsın. Qanunla.
Azərbycan maraqlı bir yerdədir. Ona görə ki, onun olduğu yerdə çoxlu maraqlar var. Çoxlu dövlətlərin maraqları və Azərbaycan öz müstəqilliyini bu maraqlar və marıqlar kontekstində qorumalıdır.
Azərbaycanın müstəqilliyini nə Ermənistan, nə Gürcüstan nə də Qazaxıstanın müstəqilliyi ilə müqayisə eləmək olar. Bu xalq öz müstəqilliyini vuruşaraq. Şəhidlər verərək. Şəhidlər Xiyabanı salaraq əldə edib.
Bakının barrikadlarında Sovet Tanklarının üstünə yüyürən yeniyetmədən tutmuş infakt keçirmiş, ev dustağı, KQB-nin nəzarətində olmasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməyi və xalqımızla birlikdə olmağı bacaran Heydər Əliyevədək milyonlarla azərbaycanlı dövlətimizin müstəqilliyi üçün vuruşublar.
Bu gün vəziyyətdən çıxış yolu var. İslahatlar aparılmalıdır. Bu islahatların nəticəsinin ilk təsirinin necə olacağından çəkinmədən, qorxmadan. Son hadisələr zamanı bir para şeylər oldu ki, mən doğrusu başa düşmədim.
Niyə araq və siqaretin satışı xüsusi qaydalara keçirildi və tez bir zamanda da qaydalar geri oxundu. Mən şəxsən cənub zonasından olan bir adam kimi tam məsuliyyətimlə deyirəm: dinə, mənəvi-ruhani dəyərlərə bağlı Lənkəran camaatı arağa və siqaretə görə küçələrə çıxmazdı. Burda kimlərinsə barmağı var idi və o barmaq eşələndiyi burundan və ya başqa bir yerdən dərhal çıxarılmalıdır.Dövlət atdığı addımı geri çəkməməlidir. Belə olmasa neft rahatlığının ərköyün sakini hər dəfə uşaq kimi ağlayacaq istədiyini alacaq, ta ki, növbəti istədiyinə və növbəti ağlamasınadək.
Mirşahin-Hesabat
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Həftəsonu yağış var
Səhərin 10 dəqiqə məşqi
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Necə qonşusunuz? (test)
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
Vurulan təyyarə siyasətə düşdü
Azərbaycan əhalisinin sayı açıqlandı
Bir neçə rayonda qaz problemi olacaq
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
Rusiyada quş qripi yayıldı
Energetika Nazirliyinin strukturu təsdiq edildi
Saç tökülməsinin qarşısını alan qidalar
Aşiq olanda bədəndə nələr baş verirmiş?! - Maraqlı faktlar
OpenSSL-in probleminin səbəbkarı danışdı
Moskva Vahid Mustafayevi alqışlayır
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
"Facebook Messencer"də YENİLİK
İspan aksesuarları
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
Kraliça II Elizabet Azərbaycan Prezidentinə məktub yazdı
"Bilik günü" ərəfəsində ailələr sevindirildi
Qadın bədəni ilə bağlı maraqlı faktlar
Evdə idmanla məşğul olmaq üçün hansı alətlər lazımdır? - QİYMƏTLƏR
Две знаменитости в одном фильме
Məşhur milyarder vəfat etdi
Aclıq, yoxsa özünə qəsd?
Cəbhədən SON XƏBƏR
Demək Akalın qəzəbləndi-FOTO
Dodaq ətrafı qırışları necə yox etməli?
Azərbaycanın Qaynanasının vəfatından 10 il ötür
Uşağınız yemək yedikdə yorulursa...
Tatuajla bağlı sensasiyalı açıqlama
Manat bir qədər bahalaşdı
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
1 həftəyə qarındakı yağları necə əritməli?
"Qadınlar məni qısqanır" - FOTO
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər
Dilənçilik,yoxsa "sənət"- dilənçilik
NASA Yupiterin "böyük qırmızı ləkə"sinin həqiqi rəngini aşkara çıxarıb
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Manatın MƏZƏNNƏSİ
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Culyetta Drueni və Viktor Hüqo
Yaz dekorasiyası
Hava haqqında - 26.09.2013
Girovlarımızdan xəbər var
Gün var əsrə bərabər: ötənləri yada salaq
Azərbaycanın bəzi yerlərində yağış yağacaq














