Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Milli.Az Azərtac-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək: mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Müəyyən edilir ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir."Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İdmançılarımız çətin sınaq qarşısında
Koronavirus peyvəndini tapan türkiyəli alimlər “ilin adamı” seçildilər
Gülben Ergen FOTOsu ilə diqqət çəkdi
Qan, tər və göz yaşları: ən gözəl pullar
Erkən yaşlarda qeydə alınan abortlar
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
"Mançester Yunayted"in "şrek"i 150-ni partlatdı
Moda tarixində mif və reallıq
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Nişan və ziyafət paltarları
Hava haqqında
Bekhemin böyük oğlu ağladı-SƏBƏB
Qarğıdalı ununun faydası və qarğıdalı çörəyinin bişirilmə qaydası
Chrome yeniləndi
Məşhur modeli məsxərəyə qoydular-FOTO
2015-ci il yaz-yay geyimləri
Səhər yeyildikdə arıqlamağa kömək edən 5 ərzaq
Uşaqlarda zərərli vərdişlər
Zövqlü don modelləri
Azərbaycanın millət vəkilləri Gürcüstanda prezident seçkilərini müşahidə edəcəklər
Ayrılığa alışmadım (Etiraf)
"Plyonka"ya icazə veriləcək?
Azərbaycanda zəlzələ oldu
Azərbaycan dili - VII dərs
Ronaldo, yoxsa Ronaldu: Ata oğlunu ələ saldı - VİDEO
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Gəlin pəhrizi necə edilir?
Bütün dövrlərin ən yaxşı yazıçısı Lev Tolstoy oldu
Hava şəraiti kəskin dəyişəcək
Belinizi incə göstərəcək geyimlər
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Övladını məktəbə göndərmək istəməyənlərin sayı açıqlanıb
2013 nələr vəd edir?
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Təqaüdçülər üçün ən yaxşı ölkə
Ermənistan Vəkillər Palatasının sədri: “Paşinyan getməlidir və gedəcək”
Gözəllik sirləri
Haydi Klum beşinci uşağına hamilədir-FOTO
Eyni ana-atanın fərqli əkiz qızları: bir ağ, digəri qara - FOTOLAR
Prezidentin köməkçisindən təqdirəlayiq addım - VİDEO
Badımcandan hazırlanmış yemək (foto-resept)
İflicin dərmanı: gündə 30 dəqiqə...
Burak Özçivit Yeni İmicdə-FOTO
Castin Biber ağır xəstəliyə yoluxdu
İranda qadınlar stadiona buraxıldı - FOTO
Sarkisyanın savaş qorxusu
"Arayışsız kredit" niyə ləğv olundu?
Ölüm anındakı işığın sirri














