Qafqazinfo-nun verdiyi xəbərə görə, bu barədə artıq onlayn ticarətlə məşğul olan saytlar xəbərdarlıq elanı yayımlayıblar.Elan yalnız "Apple" şirkətinə məxsus mobil telefon, planşet və digər məhsullara aiddir. Başqa şirkətlərin avadanlıqları heç bir problem olmadan sifariş olunur və ünvana çatdırılır."iPhone"lar üçün hər məhsulun lövhəsində yerləşdirilən elanda qeyd olunur ki, gömrükdə həmin məhsula görə əlavə pul tələb edilə bilərlər. Elanda bildirilir ki, saytda qeyd olunan qiymətlərə gömrük xərci daxil deyil. Gömrükdə yaranacaq əlavə xərcləri öyrənmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq tövsiyə edilir.Halbuki, qanunvericiliyə əsasən, 1000 ABŞ dolları məbləğinə qədər edilən sifarişlərə gömrük rüsumu tutulmur.Şirkətdən Qafqazinfo-ya bildirib ki, onlara "iPhone" sifarişi götürməmələri tapşırılıb: "Deyirlər ki, "Apple"in məshullarını gömrük saxlayır, buraxılmayacaq. Biz də müştərilərlə problem yaranmasın deyə öncədən xəbərdarlıq yaymışıq".Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən biri qafqazinfo-ya məlumat verərək bildirib ki, bu barədə qeyri-rəsmi qadağa var: ""iPhone"ların gətirməsinə qadağa qoyulub, bu "kommerski" qərardı. Bir şirkət distiribyuterliyi öz üzərinə götürüb, qoymur başqaları gətirsin. Deyir ancaq mən gətirə bilərəm, məndən başqa heç kim gətirə bilməz. Son zamanlar xaricdən internet üzərindən sifariş kütləvi hal aldığı üçün qoymurlar. Sifariş verdiyin "Apple"a aid məhsulun gəlib sənə çatacağına nə poçtlar, nə də vasitəçi şirkətlər zəmanət verə bilir".Qeyd edək ki, Azərbaycanda satışı həyata keçirilən "iPhone"lar xaricdən sifariş edilən eyni məhsulla müqayisədə 2 dəfə bahadır. Belə ki, "İphone 6 16 GB Gold" telefonu "İrşad Telekom"da 1198 manat, Dubaydan sifariş olunduqda isə 636 manata başa gəlir.iPhone 6 Plus 128 GB Space Gray" Bakıda 1739 manat, eyni telefonun Dubaydan sifarişlə qiyməti 869 manatdır.Qadağa ilə bağlı artıq bir çox telefon satışını həyata keçirən şirkətlərdə "Apple" məhsulları tükənir. "İrşad Telekom"un saytında satışda yalnız iki "iPhone" olduğu görünür.Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov telefon zənglərimizə cavab vermədiyi üçün dövlət qurumunun bu barədə münasibətini öyrənə bilmədik.Qeyd edək ki, bu məsələ iki ay öncə də gündəmə gəlmişdi. Bu il avqust ayının 1-dən etibarən Azərbaycanda nazirlərdən biri "Apple" məhsullarının ölkəyə gətirilməsi ilə məşğul olmağa başlayıb. Qadağanın da buradan qaynaqlandığı qeyd olunur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
Azərbaycan futbolunun "mərdimazar"ları
Metroda şalvarsız gün
Nyu-York moda həftəsi, Ralph Lauren
Uşaq otaqları üçün fərqli dizaynlar
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Ömrü uzadan səbəblər
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Məhkəmə ANS-lə bağlı QƏRARını açıqladı
Saç uzadan zeytun yağı
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Doğum gününə görə xarekter ( sentyabr)
“Helikopteri ruslar vurub”
Üz formasına görə qaş formaları
Ayrılmağı Serenay istəyib
Kriştianu Ronaldunun bacısı qardaşının koronavirusa yoluxmasına inanmır
Ağız qoxusuna son
Kosmetikamızı özümüz hazırlayaq
Həkiməqədər ilk yardım
Çuğundur salatı
ABŞ yeni qırıcıları sınaqdan çıxarıb
Dərini 1 gecəyə ağardan maska
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Diqqət: Xəzərdəki xəstəlikdən qorunun
Göz hərəkəti nədən xəbər verir?
Azərbaycanda 5 gün iş olmayacaq
Britni Spirsin fotoşop yalanı üzə çıxdı - FOTO
Payız aksesuarı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
Londonun hava məkanı bağlandı
Qarğıdalı unundan hazırlanan maskalar
Azərbaycanın tanınmış professoru vəfat etdi
“Zəfərə doğru” bayraq yürüşü oldu - FOTO
Depressiyanın əlamətləri
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı
Demet Özdemir İlk Dəfə ETİRAF etdi-FOTO
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA
İlham Əliyev başsağlığı verdi
Məşhur aktrisa ərə getdi-FOTO
Limonla gözəlləşin
Yanvarın 17-si UŞAQLARI bağçalara APARMAYIN!-RƏSMİ XƏBƏRDARLIQ
Yalançı toyuq budu (foto resept)
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
Cennifer Lopez güllə keçirməz villada qalacaq!-FOTO
"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var"
Jerar Depardye Rusiyadan qaçdı
- ŞƏRHLƏR